საერთო ცხელი ხაზი +995 577 07 05 63
Avropa İnsan Hüquqları Məhkəməsi Marneuli Büdcəsindən dini təşkilatların guman edilən ayrı-seçkilikli maliyyələşdirilməsi işi üzrə müzakirəyə başlamağa dair qərar verdi və bu işlə bağlı Gürcüstan Hökumətilə rəsmi kommunikasiya başlatdı.
Qeyd olunan işlə bağlı Sosial Ədalət Mərkəzi PHHŞ Ümüm Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsini təmsil edərək bildirir ki, Marneuli Bələdiyyəsi tərəfindən yalnız bir dini təşkilatı maliyyələşdirmək praktikası Avropa Konvensiyasının 12-ci maddəsinin əlavə protokolunun birinci müddəsinə ziddir. Həmin maddə qanunla müəyyənləşdirilmiş istənilən hüquqdan hər hansı bir ayrı-seçkiliyə yol vermədən faydalanmanı təmin edir. Sosial Ədalət Mərkəzi qeyd olunan işlə bağlı bəyənatı Strasburq məhkəməsinə 20 noyabr 2023-cü ildə təqdim etdi.
Avropa Məhkəməsi Konvensiyanın 12-ci maddəsinin əlavə protokolunun birinci maddəsinin guman edilən pozulması ilə bağlı Hökumətə müraciət etdi. Hökumət üçün göndərilmiş suallar çərçivəsində, Avropa Məhkəməsi bəyənatçı dini təşkilatın Gürcüstan Provoslav Kilsəsilə analoji situasiyada maliyyələşmə nöqteyi-nəzərindən, fərqli münasibətə məruz qalıb qalmadığı və bu cür rəftarın legitim və ağlabatan bir əsasladırılmasının olub olmadığı ilə maraqlandı.
Sosial Ədalət Mərkəzi ictimai fəal Samirə Bayramova və PHHŞ Ümum Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin adından milli məhkəmələrdə, 2019-cu ildən etibarən, mübahisə aparır və Marneuli Bələdiyyəsindən yerli yeparxiyanın maliyyələşdirilməsinin ayrı-seçkilikli praktikasını boynuna almağı və onu aradan qaldırmağı tələb edirdi.
Qeyd olunan işlə bağlı 2022-ci ildə Bolnisi Rayon Məhkəməsi presendent xarakterli qərar verdi və Marneuli Bələdiyyəsi Sakrebulosunun qərarının Bələdiyyə büdcəsindən ayrılan məbləğin (400 000 lari) tamamilə Marneuli və Hucabi Yeparxiyasına verilməsi ilə bağlı normasını ləğv etdi. Qeyd olunan işlə bağlı məhkəmə maliyyələşdirmənin ayrı-seçkilikli olduğunu qəbul etdi və şikayətçilərin, həmin qaydanın sekulyarizmin konstitusional prinsipləri ilə ziddiyyət təşkil etəsilə əlaqədar arqumentlərini qəbul etdi.
Marneuli Meriyası alınan qərarı Tbilisi Apellyasiya Məhkəməsində şikayət etdi. Apellyasiya məhkəməsi 3 il ərzində sürən, normativ aktın ləğvini, dini əlamətlə ayrı-seçkiliyi və ayrı-seçkiliyin nəticələrinin aradan qaldırılmasını nəzərdə tutan iri həcmli və kompleksiv inzibati mübahisəni bircə iclasda yekunlaşdırdı. Məhkəmə Bolnisi Rayon Məhkəməsinin qərarını əsassız şəkildə ləğv etdi. İş üzrə məruzəçi hakim Leila Mamulaşvilinin tərəfkeşliyi və şikayətçilərə qarşı mənfi münasibəti aydın şəkildə sezilirdi. Onun bu cür rəftarının səbəbi şikayətçilərin etnik mənsubiyyətləri idi. Məhkəmə prosesin gedişatında yersiz suallar verir və şikayətçi Samirə Bayramovadan, etnik azərbaycanlı Gürcüstan vətəndaşı olduğu üçün, Azərbaycanda dini təşkilatların maliyyələşmə məsələsinin necə tənzimləndiyini, Azərbaycan dövlətindən xristianlara nəsə bir maliyyə verilib verilmədiyini dəfələrlə soruşurdu.
Gürcüstan Ali Məhkəməsi, işi mahiyyətcə müzakirə etmədən, Apellyasiya məhkəməsinin qeyd olunan qərarını qüvvədə saxladı.
Qeyd etmək lazımdır ki, Bolnisi Rayon Məhkəməsi hakiminin, Nino Qiorqadzenin 2022-ci ildəki qərarını Marneuli və Hucabi Yepiskopu kəskin şəkildə tənqid etdi. Sonradan Ali Ədliyyə Şurası tərəfindən Nino Qiorqadzenin vəzifəyə müddətsiz təyin edilməməsi, o cümlədən, bu işlə bağlı hakimin kritik mövqeyini basdırmaq marağı ilə də izah edildi.
Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsasən, tərəflərə öz aralarında razılaşmaları üçün 12 həftə vaxt verilir. Əgər belə bir razılaşma baş tutmasa, Hökumət əlavə olaraq 12 həftəlik müddətdə, bəyənatda işarə edilən hallarla bağlı öz düşüncələrini təqdim etməlidir.
Sosial Ədalət Mərkəzi ictimaiyyətə işin icraatı ilə bağlı yenilikləri mütəmadi şəkildə təqdim edəcəkdir.
Qeyd olunan işlə bağlı Avropa Məhkəməsinin qərarı yerli özünüidarəetmələrin büdcəsindən dini təşkilatların ayrı-seçkilikli maliyyələşdirmə praktikasını kökündən dəyişəcəyinə inanırıq. Həmin praktikanın, Konstitusional hüquqlar və prinsiplərlə ziddiyyət təşkil etməsilə yanaşı, müxtəlif qrupların bərabərcə və ədalətli yaşama prinsipinə və inklüziv, demokratik ictimaiyyətin qurulması prosesinə mənfə təsiri var.
Təlimat