საერთო ცხელი ხაზი +995 577 07 05 63
Bu gün, 16 apreldə, Tbilisi Şəhər Məhkəməsi Prokurorluğun vəsatətini qəbul edərək Əfqan Sadıqov barəsində istifadə etdiyi esktradasiya məhbusluğunu girovla əvəz etdi. Əfqan Sadıqov elə bu gün azadlığa buraxıldı.
Sabah, 17 apreldə, saat 13:00-də , Sosial Ədalət Mərkəzi Əfqan Sadıqovla birlikdə mətbuat konfransı keçirəcək. Mətbuat konfransında onun mövqeyini, tələblərini və çağırışlarını təqdim edəcəyik.
Gürcüstan Qanunvericiliyinə əsasən, ekstradasiya məqsədilə məhbusluğun maksimum müddəti 9 aydır. Əfqan Sadıqov üçün bu müddət 3 may 2025-ci ildə başa çatırdı. Bunun üçün Gürcüstan prokurorluğu məcbur oldu və həbs qətimkan tədbirini əvəz etmək tələbilə məhkəməyə müraciət etdi.
Sosial Ədalət Mərkəzi Əfqan Sadıqov barəsində ümumiyyətlə qətimkan tədbirinin seçilməməsini tələb edirdi, lakin məhkəmə bu vəsatəti qəbul etməyib Əfqan Sadıqova qarşı 5 000 lari miqdarında girov qətimkan tədbirini seçdi.
Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqova qarşı verdiyi qərarı Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən 27 fevral 2025-ci ildə verilən qərarla əsaslandırdı. Avropa Məhkəməsi həmin qərarla, təqibə məruz qalmış jurnalistin Azərbaycana ekstradisiyasını Gürcüstan Hakimiyyətinə qadağan etmişdi. Strasburq məhkəməsi iş üzrə yekun qərar vermədən Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağandır - məhkəmə prosesi isə illərlə uzana bilər.
Sosial Ədalət Mərkəzi Əfqan Sadıqovun hüquqlarını müdafiə etməyə davam edir.
Təqiblərə məruz qalmış jurnalistin azadlığa buraxılmasına olduqca sevinirik. Ona və ailəsinə bir daha həmrəyliyimizi bildiririk.
Təlimat