საერთო ცხელი ხაზი +995 577 07 05 63
Sosial Ədalət Mərkəzi (keçmiş EMC) 2012-ci ildə təsis edildi və insan hüquqları və sosial ədalət üzrə işləyən solçu təşkilatdır.
Baxış
Biz azad, bərabər və həmrəy cəmiyyət ideyasına inanırıq. Buna isə iqtisadi, sosial və siyasi zülmdən azad və ümumi rifah üçün mübarizə etməyimizlə nail ola bilərik. Yuxarıda sadalananlar, mübarizə kompromissiz, hamı ilə birlikdə olduğu və ondan heç kəsin kənarda qalmadığı halda mümkündür.
Missiya
Sosial Ədalət Mərkəzi insan hüquqları və sosial ədalət üzərində işləyən solçu təşkilatdır. Onun məqsədi iqtisadi, sosial və siyasi ədalətsizliklərin struktur səbəblərini üzərə çıxarmaq, siyasi bilik yaymaq və mövcud qaydanı demokratik yollarla dəyişməkdir.
Müstəqilliyi əldə etdikdən sonra ölkənin iqtisadi inkişafı aqressiv bazar iqtisadiyyatı qaydaları ilə yönəldildi. Bunun nəticəsində get-gedə artmaqda olan yoxsulluqla, işsizliklə və dərin iqtisadi bərabərsizliklə üzləşməli olduq. Ölkədə həyata keçirilən iqtisadi eksperimentlər və siyasət Balaca Dövlət ideyası və tərəqqi adı ilə doğruldulur, bu isə həmin eksperimentlərin vurduğu ağır sosial zərəri normalaşdırır. Derequlyasiyanı, özəlləşdirməni və zəif sosial məsuliyyəti nəzərdə tutan Kiçik Dövlət ictimaiyyətdə mövcud olan narahatlıqlar və maraqlara cavab verə bilmir, geniş ictimai qrupların sosial faydalara, resurslara və qüdrətə əlçatanlığını məhdudlaşdırır. Kiçik Dövlətin hakim kəsilmiş ideyası siyasi məkanı daha da sıxır və iqtisadi, sosial həyatın əhəmiyyətli tərəflərini demokratik nəzarətdən kənarda qouyur. Sosial narazılıqların qarşısını hakimiyyətlər bir çox hallarda genişmiqyaslı tədbirlərlə alırlar. Bu isə nəinki insan hüquqlarının kütləvi pozulmasına yol açır, habelə demokratik proseslərdən insanı ögeyləşdirir və insanlığını əlindən alır.
Belə bir şəraitdə əhalinin əksəriyyətinin real narahatlıqları və maraqları gündəmdən dəf olunur və onları gündəmə gətirmək üçün nə fəaliyyətdə olan siyasi elitalar, nədə ki maraq qrupları bir səy göstərirlər. Siyasi sahəni daha çox ekspertlərin, maliyyə və intellektual elitaların tutduğu bir şəraitdə vətəndaşlar gerçək siyasi agentlikdən və hakimiyyətdən məhrum vəziyyətdədirlər. Müstəqillik əldə edildikdən sonra siyasi elitlər birləşdirici siyasi baxışın yaradılmasına səy göstərməmişlər. Həmin səy ictimai birliyin daha ədalətli və inkluziv anlayışına əsaslanar və qeyri-dominant etnik və dini qruplara bu anlayışda özlərini və öz maraqlarını sezərdilər. Tərəqqi haqda hakim kəsilmiş baxışlar və praktikada sosial ədalətin, hamılıqlı rifahın və ümumi maraq məsələlərinin üstündən keçilib. Bu vəziyyət onların ictimai legitimliyini zəiflədir. Əmtəələşdirmə və mübadilənin əhatəli prosesi həmrəylik, birlik və qayğıkeşlik təcrübələrini, ənənələrini daha da pozmaqdadır. Bu proses gündəlik həyatda mədəni münaqişələr və yadlaşmalara gətirib çıxarır.
Biz mövcud iqtisadi və siyasi gündəmin kəskin bərabərsizlik, ədalətsiz və humanizməzidd təbiətini dərk edir və onun radikal şəkildə dəyişməsinə ehtiyac duyulduğu qənaətindəyik. Biz hər bir qrup üçün həm siyasi, həm də sosial səviyyədə ədalətli, inkluziv və demokratik bir mühitin yaradılması üçün mübarizə edirik.
Biz demokratik təşkilatçılığın aşağıdan yuxarıya uzanan prinsiplərlə, tənqidi biliyə və həmrəylik şəbəkələrin qurulması amalı ilə hərəkət edirik. Bunun üçünsə fəallıq mübarizə metodlarını, fərdi və kollektiv hüquqları əhatə edən radikal potensialdan istifadə edirik.
Bu hədəflərə nail olmaq üçün Sosial Ədalət Mərkəzi sosial siyasət, bərabərlik, ədalət məhkəməsi və demokratiya məsələləri üzərində işləyir.
Sosial siyasət proqramı elə bir sosial və iqtisadi siyasət yaratmaq üçün işləyir, hansı ki, sosial ədalət, həmrəylik və insan hüquqları prinsiplərinə əsaslanır.
Bərabərlik Siyasəti Proqramı vətəndaşların inkluziv və ədalətli anlayışını tətbiq etmək, qeyri-dominant qruplara görə həqiqətən də bərabər və həmrəy olan siyasi və sosial mühit yaratmaq üçün işləyir.
Ədalət məhkəməsi və demokratiya Proqramının məqsədi bir tərəfdən siyasi sistemin hədsiz və demokratik nəzarətə tabe olmayan gücdən azad etmək, ikinci tərəfdən isə hamı üçün əlçatan, sosial cəhətdən duyarlı və insan hüquqlarına əsaslanmış ədalət məhkəməsi və hüquqmühafizə sistemlərini tətbiq etməkdir.
Fəaliyyət strategiyaları
Biz tənqidi bilik istehsalı, sosial qruplar və vətəndaşlarla dərin və real dialoq, aşağıdan yuxarıya uzanan demokratik təşkilatlanma, müxtəlif qruplar arasında həmrəylik qurmaq yolundan çıxış edirik. Biz, siyasi gündəmə yerli icmaların real ehtiyaclarını, rahatçılıqlarını və siyasi tələblərini, onlar üçün və onlarla birgə sosial və siyasi dəyişikliklərə təkan verməyə çalışırıq. “İndi və burda” adlı kiçik dəyişikliklər vətəndaşlarımızı gücləndirmək, gələcəkdə onları azad etmək və fundamental sosial dəyişiklikləri başarmaq üçün bir vasitədir.
Dəyərlər
Bizim gündəlik fəaliyyətimiz, iş etikası, metodlar və strategiyalar iştirak, bərabərlik və həmrəylik ideyalarına əsaslanır. Sosial Ədalət Mərkəzinin idarəçilik qaydası üfqi və demokratikdir; O, Direktorlar Şurası tərəfindən kollektiv şəkildə idarə edilir. Əhəmiyyətli qərarlar əməkdaşlarla diskussiya yolu ilə qəbul edilir.
Təlimat