საერთო ცხელი ხაზი +995 577 07 05 63
In the history of modern astronomy, there is probably no one greater leap forward than the building and launch of the space telescope known as the Hubble. While NASA has had many ups and downs, the launch and continued operation of the Hubble space telescope probably ranks next to the moon space exploration accomplishments of the last hundred years.
Bərabərlik Siyasəti Proqramının məqsədi qısnanmış qruplar üçün ədalətli, bərabər və ləyaqətli hüquqi, siyasi və sosial mühit yaratmaq, habelə qeyri-dominant qrupların qısnanması və siyasi, sosial və simvolik (rəmzi) səviyyələrdə kənarlaşdırılmasının hərtərəfli tədqiqini, onların ehtiyaclarını, narahatlıqlarını və tələblərini siyasi gündəmə daxil etməkdir.
Proqram ayrı-seçkilik əleyhinə siyasəti, dini və etnik azlıqların, habelə LGBTİ insanların və qeyd olunan qruplarda qadın hüquqlarının müdafiəsi məsələləri üzərində işləyir. Qeyd olunan qrupların hüquqi vəziyyətini yaxşılaşdırmaq, bərabərliyə nail olmaq, siyasi və sosial inkluziyaya dəstək vermək məqsədilə proqram, eyni vaxtda, tədqiqat, advokatlaşdırma, strateji hüquq icraatı, tədris və icmanın gücləndirilməsi/iştirakına əsaslanmış iş metodundan istifadə edir.
Dini azadlıqla bağlı proqramın iş mövzuları genişdir və bunları əhatə edir:Sekulyarizmi, Dini Məsələlər üzrə Dövlət Agentliyinin özbaşınalıqlı siyasətini, Təhlükəsizliyin və dinin kəsişməsini, restitusiya üzrə ayrı-seçkilik siyasətini, dini təşkilatların maliyyələşdirməsinin ayrı-seçkilik və qeyri-sekulyar şəkildə maliyyələşməsini, ictimai məktəblərdə dini neytrallıq və bərabərlik məsələlərini. Proqram Gürcüstanda yaşayan müxtəlif müsəlman icmalarının (Acarıstan, Samtsxe-Cavaxeti, Kvemo kartli, Pankisi) siyasi və sosial kənarlaşdırılması problemi və onların vətəndaş və siyasi iştiraklarına dəstək vermək üzrə işləyir. Bununla belə, proqram açıq diskussiyalarda və sosial ədalət üçün mübarizədə dinlərin rolunun qavranılması və onların iştirakını dəstəkləməyə çalışır.
Etnik azlıqlar mövzusunda proqram bir çox hallarda siyasi reprezentasiya, iştirak və sosial və iqtisadi marqinallaşdırılması üzərində onun təsiri məsələləri barədə işləyir. Bununla belə, proqram Dövlət İnteqrasiya Siyasəti modelini, narrasiyalarını və institusional çərçivələrini öyrənməyə cəhd edir.
LGBTİ insanların hüquqi vəziyyətini yaxşılaşdırmaq məqsədilə proqram Dövlət siyasətinin təhlili, advokatlaşdırılması, o cümlədən, strateji hüquq icraatı alətilə siyasi və hüquqi dəyişikliklərə dəstək verməyə çalışır. Təşkilatın fəaliyyət mövzuları genişdir və o cümlədən bunları nəzərdə tutur: nifrət motivasiyalı cinayətləri, onları qabaqlamaq və qurbanın müdafiəsinə əsaslanmış siyasəti, toplanma azadlığını, transgender insanların təcridini, LGBTİ insanların sosial cəhətdən marqinallaşdırılmasını, yoxsulluğu, təhsil, iqtisadi həssaslıq məsələlərini. KVİAR aktivizmini dəstəkləmək məqsədilə Proqram mövcud KVİAR gündəmini tənqid edir və avtentik, inkluziv, interseksiyalı KVİAR gündəmi yaratmaq üçün KVİAR forumlar təşkil etmək yolu ilə diskussiyaları təşviq etməyə çalışır. Proqram Gürcüstanda fəaliyyət göstərən LGBTİ icma təşkilatları ilə, müxtəlif KVİAR, feminist, yaşıl və solçu aktivist qrupları ilə fəal şəkildə iştirak edir.
Proqram gender məsələlərini öz mövzularına daxil edərək etnik, dini azlıqların, həmçinin LGBTİ qruplarda qadınların spesifik qısnanması və ehtiyacları araşdırmağa, habelə dəstək verməyə çalışır.
Təlimat