საერთო ცხელი ხაზი +995 577 07 05 63
Gürcüstanda mövcud sosial müdafiə sistemi uzun müddət çox nöqsanlı olub və bir sıra qrupları əhatə edə bilmir və onların gerçəkdən gücləndirilməsini, yoxsulluğun aradan qaldırılmasını və kənarlaşdırılmasını təmin edə bilmir. Dövlətin hərəkətsizliyi üzündən, sosial-iqtisadi cəhətdən həssas əhalinin üzləşdiyi sistemli problemlər dəyişməz qalır və hökumətin dərhal reaksiyasını tələb edir.
Sosial müdafiə sisteminin uğursuzluqları ən kəskin şəkildə bir və ya bir neçə həssaslığı olan insanlara təsir edir. Onlar dövlətin tam və ya qismən etinasızlığı şəraitində yaşayırlar və hər gün xidmətlərə coğrafi, maliyyə, fiziki əlçatma, xidmətlərin keyfiyyəti, xidmətlərin yetərincə olmaması, planlaşdırılması və həyata keçirilməsində ayrı-ayrı qrupların ehtiyaclarına etinasız yanaşmaq kimi problemlərlə üzləşirlər.
Sağlamlıq imkanları məhdud şəxslərin sosial-iqtisadi həssaslığı və müvafiq servislərə onların əlçatması həm Gürcüstanda, eləcə də qlobal şəkildə kəskin problem kimi ayrılır.[1] Dünya miqyasında bir çox ölkələr bu qrupların nümayəndələrinin ehtiyaclarının aşkarlanması və müvafiq dəstəkləyici servislərin formalaşması və ya inkişafına yönəlmiş sosial siyasət tədbirlərinə müraciət edirlər. Bunun da məqsədi məhdud imkanlı şəxslər və cəmiyyətin digər üzvləri arasında mövcud bərabərsizliyin qarşısının alınmasıdır.[2]
Digər tərəfdən, etnik azlıqların nümayəndələri, hətta başqa həssaslıq əlamətləri olmasa belə, sosial iyerarxiyada autsayder olaraq qalırlar, - cəmiyyətdən ən çox təcrid olunmuş və diqqətdən kənarda qalan qruplardan biri kimi[3]. Ayrı-seçkilik yaradan qanunlara, siyasətlərə və təcrübələrə görə, onların çox vaxt zəruri xidmət və servislərə əlləri çatmır, bir sıra hüquq və azadlıqlardan tam və maneəsiz istifadə etməkdən məhrum olurlar və xüsusilə yoxsulluğa qarşı həssas olurlar. [4] Amma etnik azlıqların hüquqlarının təmin edilməsinə dair diskursun ayrı-seçkiliyin qadağan edilmə prinsipindən kənara çıxması və effektiv siyasi və qurumsal mexanizmləri, o cümlədən pozitiv tədbirləri, ikili və ya çoxsaylı həssaslığı olan şəxslərin müdafiəsinə yönəlmiş ölçüləri, eləcə də etnik azlıqların konsultasiya və iştirakçı mexanizmləri və prosesləri özündə əhatə etməsi vacibdir[5].
Sosial siyasətdəki uğursuzluqlar ikili və ya çoxsaylı həssaslığı olan məhdud imkanlı şəxslərə, o cümlədən etnik azlıqlardan olan məhdud imkanlı şəxslərə daha çox təsir göstərir.[6] Onların xidmətlərə əlçatma problemləri munisipalitetlərdən fərqli olaraq, əhali ilə daha az əlaqəsi olan və onların ehtiyacları haqqında bilik səviyyəsi nisbətən aşağı olan mərkəzi hökumətlə münasibətdə daha aydın görünür.
Yuxarıda sözügedən problemlərə əsaslanaraq, qarşıdakı araşdırmanın məqsədi etnik azlığı təmsil edən məhdud imkanlı şəxslərin sosial müdafiə və müstəqil həyat mexanizmlərinə əlçatma baxımından mərkəzi hökumət səviyyəsində qarşılaşdıqları əsas problemləri müəyyən etmək və müvafiq tövsiyələr hazırlamaqdır. Bu sahədə dövlət siyasətini qiymətləndirmək və mövcud uğursuzluqları effektiv aşkarlamaq üçün tədqiqat sahəsi kiçildilmiş və diqqət Kvemo Kartlidə yaşayan etnik azərbaycanlı məhdud imkanlı şəxslərə yönlənmişdir. Buna baxmayaraq, mövcud problemlər sistemli və kompleks xarakterini nəzərə alaraq Gürcüstanda yaşayan digər etnik azlıqlarla münasibətdə də aktualdır.
Sosial Ədalət Mərkəzi ümid edir ki, araşdırma nəticəsində üzə çıxarılmış problemlər məhdud imkanlılar icmasına və onların hüquqları ilə məşğul olan etnik azlıqların nümayəndələrinə və qurumlara başqa istiqamətdə advokatlaşdırmaya rəhbərlik etmək imkanı verəcək. Bundan başqa, aşkar edilmiş problemlərin məzmun və miqyasını nəzərə alaraq, dövlət qurumlarını onların qısa müddətdə aradan qaldırılması üçün müvafiq tədbirlər görməyə çağırırıq.
[1] Report of the independent expert on the question of human rights and extreme poverty, A/63/274, 2008, par. 40.
[2] Bax, misala: Report of the Special Rapporteur on the rights of persons with disabilities, A/70/297, 2015.
[3] Report of the independent expert on the question of human rights and extreme poverty, Arjun Sengupta, E/CN.4/2005/49, 2005, პარ. 14; Report of the independent expert on the question of human rights and extreme poverty, Arjun Sengupta, A/HRC/7/15, 2008, par. 28.
[4] Report of the independent expert on the question of human rights and extreme poverty, A/63/274, 2008, par. 20, 31; OHCHR, Guiding Principles on Extreme Poverty and Human Rights, 2012, გვ. 3.
[5] Report of the Independent Expert on Minority Issues, A/67/293, 2012, par. 14.
[6] Report of the independent expert on minority issues, Gay McDougall, A/HRC/13/23, 2010, par. 56.
Təlimat