საერთო ცხელი ხაზი +995 577 07 05 63
Etnik azlıqların sosial və iqtisadi eksklüziyası (ayrılması)
1. Gürcüstanda azlıqların sosial inklüziyası - problemin təsviri
Gürcüstanda etnik azlıqlar sosial və iqtisadi cəhətdən ən həssas qruplardır. Bunun səbəbi sözügedən qrupların sistematik şəkildə təcrid edilməsi və unudulması ilə bağlıdır. Azlıqların sosial və iqtisadi məişətinin yaxşılaşdırılması üçün heç bir hökumət şərtlərində müsbət addımlar atılmamış və onların sosial təcrid olunma səbəblərini aradan qaldırmaq üçün institusional və qanunverici mexanizmlər hazırlanmamışdır. Azlıqların sosial-iqtisadi inteqrasiyasının dövlətin strateji əsas məsələlərindən biri olmasına və dövlətin inteqrasiya strategiyasında və fəaliyyət planında öz əksini tapmasına baxmayaraq, kəmiyyət göstəriciləri nəticəsində aşkar edilmiş məlumatlardan da göründüyü kimi, eksklüziya (ayırma) mühüm problem olaraq qalır.
1.1 Etnik azlıqların sosial inklüziyası və həssaslığının reallığını göstərən sosial markerlər
1.1.1 Müqayisəli sosial və iqtisadi göstəricilər
Qarşıdakı yarımfəsildə Gürcüstanda yaşayan etnik azlıqların ümumi sosial-iqtisadi xüsusiyyətləri təqdim olunur. Bunlar Sosial Tədqiqatlar və Analiz İnstitutunun ( ISSA ) apardığı kəmiyyət araşdırması əsasında toplanmış və bütövlükdə Gürcüstan əhalisinin eyni məlumatları ilə müqayisə edilmişdir.[1] ISSA tərəfindən hazırlanmış tədqiqat nəticələrinin müqayisəli analizi üçün istifadə etdiyimiz araşdırmalar aşağıdakılardır: 1. Gürcüstan Statistikasının apardığı ailə təsərrüfatlarının inteqrativ sorğusu; 2. Eləcə də Gürcüstan Milli Statistika Xidməti tərəfindən aparılan işçi qüvvəsinin sorğusu. Bütün bu sorğu məlumatları 2021-ci ildəki vəziyyəti əks etdirir.
a) Ailə təsərrüfatlarının strukturunun təhlili
Sosial-iqtisadi vəziyyətin təhlilinin ilkin mərhələsində ailə təsərrüfatının strukturunun qiymətləndirilməsi vacibdir.
1-ci qrafikdən göründüyü kimi, etnik azlıqları təqdim edən ailə təsərrüfatlarının orta sayı bütövlükdə Gürcüstan əhalisinə nisbətən verilən eyni göstəricidən mahiyyətcə fərqlidir. Həqiqətən də, Gürcüstanın ümumi əhalisi səviyyəsində 1 nəfərdən ibarət ailə təsərrüfatlarının payı ümumi sayının 17,4%-ni təşkil edir. Eyni nisbət etnik azlıqlar üçün çox aşağıdır. Bu məlumatlardan göründüyü kimi, sorğuda iştirak edənlərin yalnız 0,4%-i təkcə 1 üzvdən ibarət ailə təsərrüfatlarıdır. Bununla yanaşı, etnik azlıqların məlumatları ilə müqayisədə 2 və 3 nəfərdən ibarət ailə təsərrüfatlarının payı ölkə səviyyəsində yüksəkdir. 4 və ya daha çox üzvdən ibarət ailə təsərrüfatlarına gəldikdə, bu kateqoriyaların hər biri üçün etnik azlığın müvafiq payı bütövlükdə Gürcüstan əhalisinin payından çoxdur. Məsələn, ISSA tərəfindən sorğu edilən etnik azlıqları təqdim edən ailə təsərrüfatlarının 18,4%-i 4 üzvdən ibarətdir, halbuki eyni rəqəm ölkə səviyyəsində 3,1% ilə aşağıdır (15,3%). Təqdim olunan yanaşma hətta nisbətən çoxsaylı ailə təsərrüfatlarında da (4 nəfərdən çox üzvdən ibarət olan ailə təsərrüfatlarında) qorunub saxlanılır. Təsvir edilən məlumatlar Gürcüstanın ümumi əhalisi ilə müqayisədə, etnik azlıqların yaşadığı ailə təsərrüfatlarının orta hesabla daha çox üzvdən ibarət olduğunu vurğulayır.
[1] Qeyd: əvvəldən bir tərifi qeyd etmək yerinə düşər ki, Gürcüstanda yaşayan əhali və ya ailə təsərrüfatlarından danışarkən, etnik gürcü əhalisi ilə yanaşı, etnik azlıqları da əhatə edən insanların və ya ailə təsərrüfatlarının ümumi sayı nəzərdə tutulur.
Təlimat