[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

ETNIK AZLıQLAR / Baxış

„Həbsxanadan Məktub“ Azadlıq uğrunda mübarizə aparanlara Afqan Sadıqovun həmrəyliyi

Son zamanlar Gürcüstanın Tiflis Şəhərində səngiməyən etiraz aksiyalarında etiraz edən xalqa qarşı amansız olan hökümət tərəfi və polis qüvvələri jurnalistlərə də qarşı çox ciddi və sərt zorakılıq göstəriblər. Əzilən vətəndaşlarla birlikdə xeyli sayda jurnalistlər də var. Jurnalistlər həbs edilib, çox ciddi formada döyülənləri isə sınıq və müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriblər.

Hər zaman mənə dəstək olan Gürcüstanın cəsarət, dönməzlik, iradə nümayiş etdirən müstəqil mediasını, jurnalistləri alqışlayıram, öz təşəkkürümü bildirirəm və mən də onları dəstəkləyirəm.

Eşq olsun Gürcüstanın müstəqil mediasına, jurnalistlərinə!

Eşq olsun demokratiya, azadlıq sevənlərə!

Nə olursa olsun, gürcü xalqı imkan verməməlidir ki, ölkədə diktatura yaransın. Çünki bu bütün bəlaların başlanğıcıdır, ölümdən pisdir.

Görünən odur ki, Gürcüstan höküməti də dünyaya qənim kəsilən diktatorlar birliyinə üzv olmağı planlaşdırıb( Rusiya, Azərbaycan, Türkiyə, Belorusiya, Ş. Koreya və s. Kimi) və onlara doğru gedir.

Azərbaycanda isə siyasi durum qat-qat daha ağırdır. Həbsxanalar siyasi məhbuslarla doludur. 20 ildən artıqdır ki, diktator İlham Əliyev hakimiyyəti öz cinayətkar, korrupsioner, qatil, rüşvətxor məmurlardan ibarət olan komandası ilə dövət büdcəsini talan edir, xalqa divan tutur – zülm edir, siyasi partiya üzvlərini, müstəqil media nümayəndələrini, ictimai fəallarını sərt şəkildə təhdid edir və onlara qarşı apardığı represiyaları gücləndirərək pik həddə çatdırıb.

Mənə gəlincə, Azərbaycanda jurnalist fəaliyyətimə, araşdırmalarıma görə ailəlikcə daima ən sərt təhdid və təqiblər içində olmuşuq. Ailəmin namusuyla şantaj olunmuşuq, azyaşlı övladlarımızın ölümüylə hədə-qorxu gəliblər. Ailəm indi də burada təhdid və təqib edilir, həyatları çox ciddi bir təhlükə altındadır.

Azərbaycan diktaturasının sifarişi ilə Gürcüstanda həbs edilmişəm

Azərbaycan hakimiyyətinin sifarişilə 2 dəfə uzunmüddətli, 3 dəfə də inzibati olaraq həbs edilmiş və siyasi məhbus həyatı yaşamışam.

Rədd olsun diktatura!

Repressiylara son!

Bütün siyasi məhbuslara azadlıq!

Əfqan Sadıqov. Gürcüstan, Tiflis şəhər həbsxanası.

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“