საერთო ცხელი ხაზი +995 577 07 05 63
Son illər ərzində dövlət kənd təsərrüfatının inkişafı üçün mühüm sərmayələr həyata keçirir. Gürcüstan kənd təsərrüfatının inkişafının strateji nəzərləri ötən illərdə də və yeni 2021-2027-ci illər dövründə də, davamlı inkişaf prinsiplərinə istinad edərək, aqrar-ərzaq sektorunda rəqabət qabiliyyətinin artırılmasına, yüksək keyfiyyətli məhsulun istehsalının davamlı artımına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, ərzağın zərərsizliyi və kəndlərdə yoxsulluğun qarşısının alınmasına dəstək verən mühitin yaradılmasını nəzərdə tutur. 2021-2027-ci illərin kənd təsərrüfatı və kənd inkişafı dövlət strategiyasına əsasən, “2012-ci ildən Gürcüstan hökuməti kənd təsərrüfatı və kəndin inkişafı üçün[1]” mühüm və ölkə üçün misilsiz addımlar atıb. Onun məqsədi də ölkənin davamlı inkişafı və inklüziv iqtisadi artımdır. Dövlət tərəfindən kənd təsərrüfatına ilbəil yüz milyonlarla lari dəyərində sərmaye yatırımına və maddi yardıma baxmayaraq, bir sıra ekspertlər bu sahənin rentabelliyinə şübhə ilə yanaşırlar[2]. Tənqidin əsaslarından biri də, dəstəyin artmasına baxmayaraq, kənd təsərrüfatı sahəsində iqtisadi artım tam iqtisadi artım göstəricisindən hələ on dəfə geridə qalır.[3] Qeyd etmək lazımdır ki, sosial dövlət və bərabərlik prinsiplərindən irəli gələrək və sabit iqtisadi inkişaf üçün, dövlət tərəfindən kənd təsərrüfatının dəstəkləndirilməsi və onun inkişafı üzrə proaktiv iş çox vacibdir, çünki Gürcüstan əhalisinin 41%-i hələ də kənd təsərrüfatında işlə təmin olunub və bəzi regionlar üçün iqtisadiyyatın aparıcı sahəsini təqdim edir[4], ölkənin istehlakçı səbətinin 80%-i isə idxal olunmuş maldır[5].
Kənd təsərrüfatı və yoxsulluğun kəsişməsini müzakirə edəndə, mərkəz və regionlar arasında mövcud dərin iqtisadi bərabərsizliyi mütləq nəzərə almaq lazımdır. Həyat səviyyəsinə əsasən, kənd və şəhər tipli yaşayış məntəqələri arasında mühüm fərq var. Məsələn, 2018-ci ildə kənddə yaşayan ailə təsərrüfatçıları ilə müqayisədə, şəhərdə yaşayan ailə təsərrüfatçılarının orta aylıq gəliri 19.0% ilə yüksək idi. Həmin ildə, mütləq yoxsulluq kənddə 23.1%-i, şəhərdə − 18.0%-i təşkil edirdi.[6] Mərkəz və regionlar arasında bərabərsizlik bazis infrastrukturunun inkişafı səviyyəsində də görünür və bu da regionların inkişafı imkanlarına ağır təsir göstərir. Məsələn, yolların, ictimai nəqliyyatın, elektrik enerjisi və başqa enerji vasitələrinin nasaz sistemləri birbaşa kənd təsərrüfatına cəlb olunan kəndlilərin və fermerlərin gündəlik həyatına təsir edir.
Bununla yanaşı, kənd təsərrüfatının daxilində mövcud iqtisadi bərabərsizliklər hələ də əsas problem olaraq qalır. Kooperativlərdən başqa, Kənd Təsərrüfatı Nazirliyi kiçik və ailə təsərrüfatı və ya fermerin nə demək olduğunu izah etmir[7]. Kənd təsərrüfatında xüsusən həssas qruplar zəif qadınlar, sağlamlıq imkanları məhdud şəxslər və etnik azlıqlardır. Bir çox hallarda onların torpaqları yoxdur və ya mövcud proqramlardan faydalana bilmirlər. FAO-nun 2019-cu il hesabatına əsasən, sözügedən qrupların ehtiyaclarını daha yaxşı görmək və onların həlli üçün xüsusi addımlar atmaq lazımdır.[8] 2021-ci ildə Human Development İndex-ə (HDI) əsasən, Gürcüstanın, pandemiya böhranına baxmayaraq, çox yüksək göstəricisi var (0.802). Amma müxtəlif sosial qruplara və regionlara əsasən, bərabərsizliyin hesablanması nəticəsində göstərici 12 ilə azalır və 0.706 bala qədər aşağı düşür [9].
Son illər ərzində, beynəlxalq təşkilatların dəstəyi və Avropa İttifaqı ilə dərin və hərtərəfli azad ticarət məkanı haqqında anlaşma nəticəsində, kənd təsərrüfatının dəstəkləndirilməsi proqramları daha strukturlaşdırılmış, vahid və şəffaf olub[10]. Gürcüstan Ətraf Mühitin Müdafiə və Kənd Təsərrüfatı Nazirliyi nəzdində Kənd İnkişaf Agentliyi yaranıb və kənddə real abadlaşma məqsədilə dövlət cəhdləri ilə bağlı bütün proqram və servisləri müəyyən hissədə birləşdirib[11].
Bu sənədin məqsədi tənqidi suallar qaldırmaqdan və kənd təsərrüfatında nazirliyin və müvafiq qurumların diqqətindən kənarda qalan dövlət proqramlarını və sərmayeləri müşahidə etməkdən ibarətdir. Belə bir məsələlərdən biri kənd təsərrüfatında işlə təmin olan qeyri-dominant etnik qrupların ehtiyaclarıdır.
Sosial Ədalət Mərkəzinin qeyri-dominant etnik qrupların yaşadığı regionlarda fəal işi göstərir ki, etnik azlıq nümayəndəsi olan kəndlilər, bir çox hallarda, kənd təsərrüfatında mövcud proqramlardan və layihələrdən faydalana bilmirlər, onlar tez-tez kəndlərindəki torpaq ehtiyatlarının ədalətsiz və ayrı-seçkilik bölgüsü təcrübəsi haqqında danışırlar. Bu da 90-cı illərin və eləcə də son illərin özəlləşdirməsinin parçalarla və nəzarətsiz prosesinin nəticəsidir. Etnik azlıqların yaşadıqları kəndlərdə suvarma su sistemləri bir çox hallarda işləmir və yerli əhali üçün ağır yük olur. Bu qruplar üçün kənd təsərrüfatının yeni proqramlarına və biliyə əlçatma məhduddur. Bütün bunlara baxmayaraq, azlıqların nümayəndələri öz-özünə təşkil edilmiş, öz əmək və təsərrüfat istehsalının ənənəvi metodları ilə işlərini davam etdirir və ölkə miqyasları ilə bir sıra məhsulların istehsalı göstəricisi ilə də liderlik edirlər. Məsələn, 2018-ci il göstəriciləri ilə Gürcüstanda kartof məhsulunun ən kütləvi istehsalçısı Samsğe-Cavaxeti regionudur, süd məhsulları və heyvandarlıq baxımından ən məhsuldar bölgə Kvemo Kartli idi.[12]
Bütün bunlardan irəli gələrək, etnik qrupların dəstəkləndirilməsi üçün kənd təsərrüfatı qurumlarının necə işlədiyinə, regionlara əsasən dövlət və beynəlxalq sərmayelərin necə bölündüyünə, dövlətin etnik azlıqların cəlb olunduqları sahələrə necə yardım etdiyinə dair suallar verilməlidir. Eləcə də maraqlıdır ki, hansı sosial qruplar dövlətdən dəstək alırlar, kiçik fermerlər və ya böyük iş adamları, kənd təsərrüfatında prioritet istiqamətlər necə formalaşır, bu və ya digər proqramın maliyyələndirilməsi haqqında qərarlar necə qəbul olunur.
Kənd təsərrüfatına artan dəstək və investisiyalar fonunda, sözügedən resursların müxtəlif regiona əsasən birbaşa kəndlilərə və fermerlərə nə qədər ədalətli, inklüziv və bərabər şəkildə çatdığını və müxtəlif qrup üçün bu proqramlarda və layihələrdə iştirakın nə dərəcədə əlçatan olduğunu müşahidə etməliyik.
[1] Gürcüstan Kənd Təsərrüfatı və Kəndin İnkişafı Strategiyası 2021-2027 https://mepa.gov.ge/Ge/Files/ViewFile/27243
[2] Gürcüstanın kənd təsərrüfatı dövlətin sosial siyasətinin bir hissəsidir https://forbes.ge/saqarthvelos-sophlis-meurn/
[3] Gürcüstanın kənd təsərrüfatı 2012-2019-cu illərin əsas tendensiyaları https://transparency.ge/sites/default/files/sakartvelos_soplis_meurneoba.pdf
[4] burada
[5] Gürcüstanın kənd təsərrüfatı dövlətin sosial siyasətinin bir hissəsidir https://forbes.ge/saqarthvelos-sophlis-meurn/
[6] Gürcüstan Kənd Təsərrüfatı və Kəndin İnkişafı Strategiyası 2021-2027 https://mepa.gov.ge/Ge/Files/ViewFile/27243
[7] https://www.fao.org/3/ca9822en/CA9822EN.pdf
[8] burada
[9] Georgia ranks high on Human Development Index https://www.undp.org/georgia/press-releases/georgia-human-development-index
[10] Ekspertlə geniş müsahibə, Müsahibə N1.
[11] Kənd İnkişaf Agentliyi http://www.rda.gov.ge/ge/static/chvenshesakheb
[12] Gürcüstan Milli Statistika Xidməti https://www.geostat.ge/ka/modules/categories/93/regionuli-statistika
Təlimat