[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

SOSIAL TəMINAT / Bəyənat

Hökumət tərəfdarı media, yoxsulluqla əlaqədar statistik məlumatlarla manipulyasiya etməkdədir

Gürcüstanın Milli Statistika Xidmətinin mayın 29-da açıqladığı məlumatlara əsasən, ölkədə mütləq yoxsulluq göstəricisi azalaraq tarixi minimuma – 11,8%-ə çatıb. Hökumət yanlı media orqanları (İmedi, POSTV) bu göstəriciləri manipulyativ şəkildə izah edərək, 145 mindən çox insanın yoxsulluğa qalib gəldiyini iddia edib.

Əslində, Milli Statistika Xidmətinin məlumatları yalnız Gürcüstanın indiki əhalisinin hansı hissəsinin mütləq yoxsulluq içində olduğunu əks etdirir və bu göstəricinin əsasları və səbəbləri barədə heç nə demir. Aydındır ki, yuxarıda qeyd olunan media vasitələr bunu sübut etməyə çalışsalar da, mütləq yoxsulluq göstəricisinin aşağı düşməsi heç də avtomatik olaraq əhalinin bu hissəsinin yoxsulluğu dəf etdiyi mənasına gəlmir.

Real olaraq, ifrat yoxsulluq içində yaşayan insanların payı təkcə iqtisadi tərəqqi və yoxsulluğun aradan qaldırılması hesabına deyil, həm də bir sıra digər amillər hesabına azala bilər. Bu amillər arasında əhalinin kütləvi miqrasiyası da yer almaqdadır, beləki 2023-cü ildə rekord sayda - 163 min nəfərdən çox, Gürcüstan vətəndaşı ölkəni tərk edib.

Mütləq yoxsulluq səviyyəsinin azalmasına digər bir sıra amillər əhəmiyyətli təsir göstərə bilər, o cümlədən:

  • Sosial müavinət və onunla əlaqədar digər imtiyazlardan faydalanmaq - 660,000-ə qədər insan ünvanlı sosial yardım, eləcə də sosial baxımdan həssaslıq balıyla əlaqədar olaraq bir sıra sosial dəstək xidmətləri alır. Dövlətdən bu yolla əldə olunan gəlirin qeydə alınması insanların mütləq yoxsulluq kateqoriyasından çıxmasına əsas yarada bilər. Lakin dövlətin bu cür dəstəyi bir çox insan üçün yeganə gəlir mənbəyidir və onun dayandırılması hətta onların fiziki mövcudluğunu da təhlükə altına qoya bilər.
  • Miqrantların göndərdiyi puldan asılılıq - Gürcüstan Milli Bankının məlumatına görə, 2023-cü ildə xarici ölkələrdən edilən pul köçürmələrinin həcmi 4 mlrd. ABŞ dollarını, 2024-cü ilin ilk dörd ayı ərzində isə 1 mlrd. ABŞ dollarını keçib. Hər kəsə bəllidir ki, mühacirlərin maddi dəstəyi olmasaydı, əhalinin bir hissəsinin rifahı ciddi şəkildə sual altına düşərdi.

Yoxsulluq və sosial bərabərsizlikdən danışarkən nisbi yoxsulluq və Cini əmsalı kimi göstəriciləri nəzərə almaq olduqca mühümdür. Bu iki göstəricini təhlil edərkən məlum olur ki, 2023-cü ildə əvvəlki illə müqayisədə vəziyyət ciddi şəkildə yaxşılaşmamaqla yanaşı, həm də bəzi hallarda daha da pisləşib.

Nisbi yoxsulluq sosial baxımdan həssaslığın və gəlir bərabərsizliyinin mühüm göstəricilərindən biridir. O istehlak xərclərinin median göstəricisinin 60%-indən azını xərcləyən əhalinin payını bildirir. Məlum olduğu kimi, 2023-cü ildə ölkə üzrə nisbi yoxsulluq səviyyəsi cəmi 0,1% azalaraq 19,8% təşkil edib. Xüsusilə vurğulamaq lazımdır ki, kənd tipli yaşayış məntəqələrində nisbi yoxsulluq göstəricisi 0,2 faiz artaraq 26,8 faizə çatdı ki, bu da bölgələrdə yaşayan həmvətənlərimizin müdafiəsizliyinə və sosial müdafiə siyasətinin zəiflini və parçalanmışlığına dəlalət edir.

2023-cü ildə cəmiyyətin gəlirləri arasında bərabərsizliyin əlaməti olan Cini əmsalının göstəricisində də artım müşahidə olunub. Statistik məlumatlardan da göründüyü kimi, əmsal ümumi istehlak xərclərinə əsasən 2 bənd artaraq 2020-ci ilin göstəricisinə bərabər olub ki, bu da ölkədə sosial bərabərsizlik səviyyəsinin artdığını göstərir.

Dövlətin, ölkəmizdə insanların layiqli yaşaması üçün lazım olan imkanları təmin edəcək, ədalətli və insan hüquqlarına əsaslanan siyasəti hələ də yoxdur. Hökumət real islahatlar əvəzinə, əhalini sosial müavinətlərdən asılı vəziyyətə salan sistemi qoruyub-saxlayır və bu asılılığı və, ümumiyyətlə, sosial məsələləri siyasi cəhətdən alətləşdirməyə davam edir.

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“