[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

DININ AZADLığı / Bəyənat

Tbilisi Apelyasiya Məhkəməsi, birinci instansiya məhkəməsinin Marneuli büdcəsindən Gürcüstan Patriarxlığının  maliyyələşdirilməsinin ayrı-seçkilik olmasını təyin edən qərarını ləğv etmişdir

8 dekabr 2022-ci ildə, Tbilisi Apelyasiya Məhkəməsi Bolnisi Rayon Məhkəməsinin 2022-ci il 1 iyul qərarını, hansı ki, Marneuli Bələdiyyəsi tərəfindən Bələdiyyə Büdcəsindən Gürcüstan Patriarxlığının Marneuli və Hucabi Yeparxiyası üçün 400 000 larinin verilmə prosesində dini əlamətlə birbaşa ayrı-seçkiliyi təsdiqləyirdi, ləğv etdi.

Məlum olduğu kimi, Sosial Ədalət Mərkəzi vətəndaş fəalı Samirə Bayramova və PHHŞ Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi adından 2019-cu ildən etibarən məhkəmədə mübarizə aparır və Marneuli Bələdiyyəsi tərəfindən yerli yeparxiyanın maliyyələşdirilməsinin ayrı-seçkilik kimi tanınmasını tələb edir. 2022-ci ildə Bolnisi Rayon Məhkəməsi presedent xarakterli qərar qəbul edərək Marneuli Bələdiyyəsi Sakrebulosunun dini fəaliyyəti maliyyələşdirmək üçün Bələdiyyə büdcəsindən ayrılmış məbləğin (400 000 lari), hansı ki, tamamilə, yalnız Marneuli və Hucabi Yeparxiyasına verilirdi, ləğv etdi. Məhkəmənin qərarın Marneuli Meriyası Tbilisi Apelyasiya Məhkəməsinə şikayət etdi.

Apelyasiya Məhkəməsi tələsdirilmiş müddətdə, normativ aktın ləğv edilməsini, dini əlamətlə birbaşa diskriminasiyanı və diskriminasiya nəticələrinin aradan qaldırılmasını nəzərdə tutan, 3 il ərzində aparılan olduqca həcmli və mürəkkəb inzibati mübahisəni bircə iclasda yekunlaşdırdı. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən halları tam və obyektiv şəkildə öyrənmədən, bir-birilə uzlaşdırmadan Bolnisi məhkəməsinin qərarını əsassız şəkildə ləğv etdi. Məhkəmə bununla mübahisənin əhəmiyyətini, kontekstini, antidiskriminativ qanunvericiliyi və Konstitusiya prinsiplərini təkzib etmiş oldu. İnzibati orqana heç bir sual vermədən, mübahisə detallarını incələmədən məsələyə formal şəlikdə yanaşdı.

İşə baxan hakim Leila Mamulaşvilinin şikayətçilərə bəslədiyi mənfi münasibətlər xüsusi ilə təşviş doğurucudur. Belə münasibətin təməlində şikayətçilərin etnik mənsubiyyətləri dayanırdı. Hakim, etnik azərvaycanlı, şikayətçi tərəf olan, Samirə Bayramovadan Azərbaycanda dini təşkilatların maliyyələşdirmə məsələsinin necə olduğunu, orda xristianlara dövlət tərədindən nəsə bir maliyyə verildiyini dəfələrlə soruşdu. Hakimin buna oxşar replikaları, məhkəmə prosesini formallaşdırmaq və diqqəti qeyri-relevant mövzulara cəlb etmək məhkəmə müstəqilliyini, tərəfsizliyini şübhə altına ataraq hakimin baxacağı məsələyə əvvəlcədən münasibət formalaşdırdığına dair bir dəlildir. Bizim üçün hakim tərəfindən Gürcüstan vətəndaşı olan azərbaycanlıları Azərbaycan dövlətilə əlaqələndirmək, habelə etnik azlıqların bərabərhüquqlu vətəndaşlar kimi görməmək, xüsusilə ağır bir hadisədir.

Bu il noyabrda dərc edilmiş, Marneulinin 2023-cü il üçün nəzərdə tutulmuş büdcə layihəsində dini fəaliyyətin maliyyə dəstəyi məsələsi yenə də yalnız bir konfensiyanın nəfinə həll edilib. Dini və başqa ictimai fəaliyyət çərçivəsində yalnız Marneuli və Hucabi Yeparxiyasına 400 000 lari veriləcəkdir. Burdaca qeyd etmək lazımdır ki, 2022-ci il 2 dekabrda Sosial Ədalət Mərkəzi bütün müvafiq idarələrə, o cümlədən, Marneuli Bələdiyyəsinə yazılı surətdə müraciət edərək Bolnisi Şəhər Məhkəməsinin 1 iyul 2022-ci ildə qəbul etdiyi son dərəcə əhəmiyyətli qərarını nəzərə almağa və özünüidarəetmə büdcəsindən dini təşkilatların maliyyələşdirilməsinin diskriminativ və qeyri-sekulyar praktikasına yol verməməyə çağırdı.

Büdcənin təsdiqindən bir neçə gün əvvəl isə Apelyasiya məhkəməsi, işin formal və tələsdirilmiş müzakirəsi nəticəsində birinci instansiyanın qərarını ləğv edərək Bələdiyyəyə illər ərzində büdcə məbləğlərinin diskriminativ və yerli əhalinin maraqlarına zidd şəkildə bölüşdürülmə prosesinə davam etməsinə təkan vermiş oldu.

Sosial Ədalət Mərkəzi məhkəmə qərarını əldə edən kimi Apelyasiya Məhkəməsinin qərarının detallı tənqidini təqdim edəcəkdir. Bununla belə, Mərkəz mübahisəni Ali Məhkəmədə davam etdirir.

Sosial Ədalət Mərkəzi qeyd olunan işi USAID Ədalətin aliliyi Proqramı dəstəyi ilə aparır.

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“