საერთო ცხელი ხაზი +995 577 07 05 63
Sosial Ədalət Mərkəzi Marneuli Bələdiyyəsinə müraciət edərək Bələdiyyəni Bolnisi Şəhər Məhkəməsinin 1 iyul 2022-ci il tarixli, olduqca əhəmiyyətli qərarına hörmət bəsləməyə və özünüidarəetmə büdcəsindən dini təşkilatların maliyyələşdirmənin diskriminativ və qeyri-sekulyar praktikasının təkrar olunmamasına çağırır.
İctimaiyyətə məlum olduğu kimi, 1 iyul 2022-ci ildə Bolnisi Şəhər Məhkəməsi Sosial Ədalət Mərkəzinin şikayətini təmin etmişdir. Şikayət Bələdiyyə büdcəsindən yalnız yerli Yeparxiyanın maliyyələşdirilməsinin diskriminativ qaydasına etiraz edirdi. Sosial Ədalət Mərkəzi bu işi yerli fəal, Samirə Bayramova və PHHŞ ÜmumGürcüstan Müsəlmanlarının Ali Dini İdarəsi adından aparırdı.
Maliyyə dəstəyinin həmin bərabərsizlik praktikası ilə, yalnız son dörd il ərzində Marneuli və Hucabi Yeparxiyasına ümdə 1 550 000 (2019-cu ildə -350 000 lari; 2020-ci ildə - 400 000 lari; 2021-ci ildə -400 000 lari; 2022-ci ildə -400 000) lari verildi. Dini fəaliyyətin maliyyələşdirilməsinin bir məqsədi kimi özünüidarəetmə büdcəsində Dini Dözümlülüyün Təşviqatı və Əhalinin Mənəviyyatının Yüksəldilməsi müəyyənləşdirilmişdir. Bu kimi dəstəkdən isə, daha çox, yerli Yeparxiya faydalanırdı. Bu kimi maliyyələşdirilmə praktikası məzmunu etibarı diskriminativ olsa da, o yalnız bir dini təşkilata üstünlük verirdi (Marneuli Bələdiyyəsi əhalisinin əksəriyyəti müsəlmandır), sekulyar dövlətin Konstitusiya prinsipləri ilə də ziddiyyət təşkil edir və ictimai resursların konfesiya məqsədləri üçün istifadə etmə praktikasını yaradırdı.
1 iyul 2022-ci ildə Bolnisi Şəhər Məhkəməsi Marneuli Bələdiyyəsi Sakrebulosunun adı çəkilən normasını ləğv edərək Marneuli Bələdiyyəsi tərəfindən dini əlamətlə birbaşa ayrı-seçkilik müəyyən etmişdir. Məhkəmə qeyd etmişdir ki: “Marneuli və Hucabi Yeparxiyasının” kamil surətdə fəaliyyətinə 400, 000 lari ilə dəstək hissəsində, PHHŞ ÜmumGürcüstan Müsəlmanları Ali Dini İdarəsinə qarşı, eyni vəziyyətdə olan subyektlərə fərqli münasibət bəsləmək halı təsbit edildi. Bu hal şikayətçini daha az arzuediləcək bir şəraitə salır və həmin şərait birmənalı şəkildə fərqli dini mənsubiyyətə əsaslanır. Bununla belə, mübahisə dini təşkilatlara qarşı fərqli yanaşmanı təyin etdiyi üçün, məsələ din əlamətilə, birbaşa ayrı-seçkilik çərçivəsində qiymətləndirilir”.
Məhkəmə bizim sekulyarizm prinsipləri ilə bağlı qiymətləndirmələrimizi də qəbul edərək göstərmişdir ki: “Dövlətin istənilən addımı sekulyarlıq məqsədinə əsaslanmalı, hər hansı bir dini dəstəkləməməli və “Dinlə hədsiz dərəcədə eyniləşmə “təəssüratını” yaratmamalıdır”. Verilmiş halda isə məhkəmənin qənaətincə, “Sekulyarlıq və neytrallıq prinsipi, Dövlət qarşısına, fərqli yanaşmaların legitim məqsədə nə qədər xidmət etdiyini və bərabərlik hüququnun məhdudlaşdırılmasının nə qədər yolverilən olduğunu əsaslandırmaq öhdəliyini qoyur. İlk növbədə qeyd edilməlidir ki, demokratik hüquqi dövlətin konstitusiya modeli sekulyarizm prinsipinə əsaslanır. Həmin prinsip dövlət və dini icmaları bir-birindən ayırır. Bu kimi model hüquqi dövlət üçün səciyyəvi olan dəyərlərə müvafiqdir.”
Qənaətimizcə, Bolnisi Şəhər Məhkəməsinin qərarı presendent xarakterini daşıyır. O, ümumiyyətlə yerli özünüidarəetmələr tərəfindən dini təşkilatların qeyri-sekulyar və diskriminativ maliyyələşdirilmə praktikasını dəyişir. Belə ki, həmin qərara Marneuli bə digər bələdiyyələr tərəfindən lazımınca hörmət bəsləmək, bizcə, çox əhəmiyyətlidir. Həmin qərar demokratik və hüquqi idarəçilik zəmanətlərinin, ictimai resurslardan legitim sosial məqsədlərlə istifadəsinin, bərabərlik prinsipləri sapmadan müdafiəsinin, dövlət və dini təşkilatların bir-birindən ayrılması və qeyri-demokratik affiliasiyalardan yayınmağın, habelə dini təşkilatların həddindən artıq siyasi təsirlərdən və onların siyasi cəhətdən instrumentallaşmasının qarşının alınması mexanizmi olmalıdır.
Təəssüflər olsun ki, məhkəmənin yuxarıda adı çəkilən qərarına baxmayaraq, Marneulinin 2023-cü il büdcəsinin cari layihəsində eyni qeyd yenə də mövcuddur. Yəni, dini və başqa ictimai fəaliyyətləri həyata keçirmə çərçivəsində 400 000 lari yalnız Marneuli və Hucabi Yeparxiyasına veriləcəkdir. Bələdiyyə yalnız vəsaitlərin verilmə məqsədlərində düzəliş etmişdir – Bələdiyyə ərazisində mövcud olan kilsə-monastırları və məscidlərin maliyyə dəstəyi. Bununla belə, məscidlərin kommunal vergiləri üçün olduqca az resurslar nəzərdə tutmuşdur (20 000 lari).
Ümid edirik ki, Sakrebulo sonunda büdcənin bu layihəsini təsdiqləyən deyildir, çünki bu Gürcüstan Qanunvericiliyinin kobud şəkildə pozulması və məhkəmə qərarına qarşı aşkar hörmətsizlik olacaqdır.
Nəzərə almaq lazımdır ki, söhbət əhalisinin etnik və dini cəhətdən müxtəlifliyilə fərqlənən bələdiyyədən gedir. Marneuli Bələdiyyəsində özünüidarəetmə əhalisi tərəfindən bərabərcə iştirak etmək və bütün fərqli qrupların bir yerdə mövcud olmasının təmini üzrə maraq vardır. Bu, Bələdiyyə orqanlarının başlıca təyinatlarından biridir. Yerli özünüidarəetmə orqanının büdcə maliyyələşdirilməsinə oxşar praktika isə dinin azadlığı və bərabərlik üzrə konstitusional hüquqlar və sekulyarizm prinsiplərinə birbaşa ziddir.
Yuxarıda qeyd ediləni nəzərə alaraq, Marneuli Sakrebulosunu dini və ictimai fəaliyyət altproqramının (050204 kodlu) diskriminativ məzmununu və Marneulinin 2023-cü il büdcəsinin təsdiqi mərhələsində eyni altproqramın mahiyyəti, məqsədləri və maliyyələşdirilmə qaydasını formalaşdırarkən:
Təlimat