საერთო ცხელი ხაზი +995 577 07 05 63
Büdcə: USD 99,500
Müddət: 2022-2024 İl
Müstəqilliyi əldə etdikdən sonrakı dövrdən etibarən Gürcüstanda yoxsulluq və sosial ekskluziya yenə də problem olaraq qalır. Bu məsələlər illər ərzində Milli Demokratik İnstitutu (NDI) tərəfindən aparılan sorğularda əhalini narahat edən problemlər sıralamasında ön mövqe tutur. Lakin, effektli və şəffaf Dövlət siyasətin mövcud olmaması fonunda, sosial müdafiə mexanizmləri həm mərkəzi (o cümlədən birdəfəlik pul müavinətləri, sosial yardım, başqa köməkçi xidmətlər, yaşayış və sığıncaqla təmin etmək, Sağlamlıq imkanları məhdud şəxslər üçün nəzərdə tutulmuş xidmətlər və s.) həm də bələdiyyə hakimiyyəti əlində siyasi manipulyasiyalar alətinə çevrilmişdir. Gürcüstanın sosial müavinət sisteminin effektivliyi ilə yanaşı, xərc effektlivliyi və müvafiqliklə əlaqəli məsələlər artıq ölkənin siyasi və ictimai gündəliyinin parçası deyildir. Dövlətin hərəkətsizliyi nəticəsində, sosial cəhətdən müdafiə olunmayan qruplar yerdə qalan ictimaiyyət üçün görünməz olaraq qalır və onların səsini qərarverən şəxslər eşitmirlər. Bu qrupu qərarverən şəxslər xeyriyyə edilməli insanlar kimi görürlər. İkinci tərəfdən, QHT təşkilatları da bu insanları adi benefisiyar kimi qəbul edir, unikal biliyə, təcrübəyə və konkret hüquqları olan subkyektlər kimi deyil.
Yaranmış situasiyanı nəzərə alaraq, layihənin məqsədi Gürcüstanın müavinət proqramının insan hüquqlarına əsaslanmış yanaşmalardan istifadə edərək qiymətləndirilməsidir, hansı ki öz növbəsində gücləndirməni, fərd mərkəzli yanaşmanı, ehtiyaclara uyğunlaşdırılmış xidmətlər dizaynını (xüsusilə ikiqat və üçqat həssaslığı olan insanlar üçün) və hədəf qruplarının iştirakını və onların iştirakının təmin etmək praktikası nəzərdə tutur.
Layihə ilə nəzərdə tutulmuş tədqiqi komponent bu kimi əsas dörd məsələni öyrənir:
Tədqiqatdan əlavə, layihəni həyata keçirən komanda elə aktivlikləri həyata keçirəcək, hansı ki insan hüquqları standartlarına və insan hüquqlarına əsaslanmış yanaşmalar yanında mövcud olan sistemin uzlaşdırılmasına, ölkədə yoxsulluğun aradan qaldırmasına və həssas icmaların gücləndirilməsi istiqamətinə töhfə verəcəkdir.
Təlimat