[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

BAşQA / Bəyənat

Avropa Komissiyasının Gürcüstan haqqındakı qərarı əhəmiyyətli və sevindirici hadisədir

Sosial Ədalət Mərkəzi gürcü ictimaiyyətini Avropa Komissiyası tərəfindən Gürcüstan üçün namizədlik statusunun verilməsi haqqında dərc etdiyi müsbət tövsiyyəni təbrik edir və ümid edir ki, Avropa İttifaqı Şurası qeyd olunan tövsiyyəni son qərarı verdikdə də nəzərə alacaqdır. Avropa Komissiyası Gürcüstanla bağlı özünün müsbət tövsiyyəsini bir şərtlə vermişdir. Həmin şərt 12 prioritet adı altında 2024-cü ilin payızınadək yerinə yetirilməli olan tövsiyyələrin yenilənmiş siyahısını nəzərdə tutur. Avropa İttifaqı Gürcüstanın üzvlüyü haqqında danışıqlar prosesini məhz bundan sonra açacaqdır. Bu şəraitdə Gürcüstan qeyd olunan tövsiyyələri təmin etməli və şərtləri real şəkildə yerinə yetirməlidir.

Avropa Komissiyası tərəfindən bu gün Gürcüstan haqqında dərc olunan Birinci illik genişlənmə hesabatı Gürcüstan tərəfindən əldə olunan tərəqqini, o cümlədən 12 tövsiyyənin yerinə yetirilməsi vəziyyətini və sonrakı tövsiyyələri təsvir edir. Bununla belə, Komissiya ölkədə son illər ərzində yaranmış problem və çağırışlar barədə də danışır və xüsusi diqqəti siyasi meyarlara, demokratik təsisatlara və ölkədəki insan hüquqlarının müdafiə edilməsinə ayırır.

Avropa Komissiyası Gürcüstan tərəfindən həyata keçirilən ishalatları alqışladı. Həmin islahatların hədəfi ölkənin Avropa İttifaqına inteqrasiyası idi. Komissiyanın sözlərinə əsasən, Deoliqarxizasiya Fəaliyyət Planının qəbul etməsi olduqca əhəmiyyətlidir. Həmin plana əsasən “şəxsiləşdirilmiş” yanaşma sistemli yanaşma ilə əvəz olunmuşdur; antikorrupsiya bürosu yaradılmışdır; Gürcüstan mütəşəkkil cinayətə qarşı mübarizədə beynəlxalq əməkdaşlığını gücləndirmişdir; Media azadlığı istiqamətində cəzaçəkmə müəssisəsindən müxalifət media rəhbərinin rəhbərinin azad olunması olduqca əhəmiyyətlidir; Parlament Avropa İttifaqı Qanunvericili ilə yaxınlaşmaq məqsədilə “Yayımçı haqqında” qanunda dəyişiklik apardı; İnsan hüquqlarının müdafiəsi strategiyası və fəaliyyət planı təsdiq edildi; Gürcüstan qadınlara qarşı zorakılıq və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını nəzərə alaraq qanunvericilik aktlar və siyasi sənədlər qəbul etdi; Yeni Xalq müdafiəçisi seçildi. Komissiyanın qiymətləndirilməsilə, Qanunvericilik və Parlament reqlamentində yeni müsbət dəyişikliklər qəbul edildi. Həmin dəiyşikliklər Dövlət təsisatlarının fəaliyyətinə və hesabatlılığına, habelə seçki sisteminə aiddir.

Qeyd olunan tərəqqiyə baxmayaraq, Avropa Komissiyası mövcud çağırışlar barədə də geniş danışmışdır. Komissiyanın qiymətləndirməsilə, ümumiyyətlə, Qanunvericilik çərçivəsi, institusional quruluş və canlı vətəndaş sektoru Gürcüstanın növbəti demokratik islahatlarını şərtləndirən amillərdəndir. Lakin, cari islahat prosesi uzanan gərginlik, dərin qütbləşmə, siyasi partiyalar arasında konstruktiv əməkdaşlığın olmaması və milli maraqlar üçün əsas məsələlərdə konsensusun əldə edilməsindəki problemlər ucbatından çətinləşmişdir. Bununla belə, Komissiya islahatlar üzərindəki iş prosesində müxalifətin və vətəndaş cəmiyyətinin iştirakının azlığına diqqət vermişdir. Buna əsasən hakim partiyanın yanaşmaları səbəb olmuşdur. O cümlədən 2023-cü il mart hadisələri də qeyd edilməlidir. Komissiyanın qənaətincə “Xarici təsir agentləri haqqında” qanunlayihəsi vətəndaş sektorunun hakimiyyətə olan etibarını azaltmış və islahatlar üzrə məsləhətləşmə prosesini bloklamışdır.

  • Daha dəqiq,

Avropa Komissiyası depolarizasiya məqsədilə müəyyən müsbət addımların (Məs. Parlament boykotuna xitam vermək və bəzi qanunvericilik təşəbbüsünü çoxpartiyalı şəkildə dəstəkləmək) atılmasına baxmayaraq, kəskin ritorika və saxta məlumat yenə də əhəmiyyətli problem olaraq qaldığını vurğulayır. Beləki, komissiyanın tövsiyyəsilə, müxalifət partiyaları və vətəndaş cəmiyyətilə əməkdaşlıq və inklüziv konsultasiyalar dərinləşməlidir. Komissiya altına xətt çəkərək bildirir ki, siyasi qüvvələr Gürcüstanın Avropa İttifaqına üzvləşməsilə bağlı ictimaiyyətdə geniş konsensusun yaranmasına fəal töhfə verməlidirlər.

O ki qaldı Dövlət təsisatlarının fəaliyyətinə və seçki çərçivəsinin yaxşılaşdırılmasına, Komissiyanın verdiyi rəyə əsasən Gürcüstan ötən seçkilərlə bağlı ODIHR və Venesiya Komissiyasının inzibati resurslarından sui-istifadəsi məsələsindəki rəylərini nəzərə almalı və bunu vaxtlı, gələcək seçkilərin keçirilməsinə qədər etməlidir.

Ədalət mühakiməsi islahatları ilə əlaqədar, Avropa Komissiyası altına xəttə çəkərək bildirdi ki, müəyyən tərəqqiyə baxmayaraq, Gürcüstan Parlamenti tərəfindən hazırlanan Qanunvericilik dəyişiklikləri Venesiya Komissiyasının ən əhəmiyyətli, o cümlədən, Ədliyyə Şurasının fundamental islahı ilə bağlı tövsiyyələrini qəbul etməmişdir. Beləliklə, məhkəmə və prokurorluq təsisatlarının tam müstəqilliyini, tərəfkeşsizliyini və hesabatlılığını təmin edəcək islahatlar yenə də gündəlikdədir.

Komissiya habelə deoliqarxizasiya prosesi haqqında danışaraq bu problemə qarşı hakimiyyətin seçdiyi sistemli yanaşmanın üstünlüklərini vurğuladı. Lakin, komissiyanın təklifi ilə, fəaliyyət planı təkmilləşdirilməli və xüsusilə genişmiqyaslı maraqlar və siyasi, iqtisadi və məhkəmə sahələrinə onların zərərli təsirlərin öhdəsindən gəlmək lazımdır.

Antikorrupasiya agentliyinin, Şəxsi məlumatların Mühafizə Xidmətinin və Xüsusi İstintaq Xidmətinin fəaliyyəti hissəsində Komissiya Antikorrupsiya agentliyinin, xüsusilə də yüksək səviyyəli korrupsiya işləri müzakirə edərkən, müstəqilliyinin və fəaliyyət sahəsinin artmalı olduğunu vurğulayır. Bundan əlavə, Komissiya Xüsusi İstintaq Xidmətinin və Şəxsi Məlumatların Mühafizə Xidməti mandatının müvafiq resurslarla təchizini və institusional müstəqilliyini təmin etməyi tövsiyyə edir. Bu istiqamətdə, Komissiya Gürcüstan hakimiyyətinə ODİHR-in Şəxsi məlumatların mühafizə xidməti rəisinin təyin edilməsi və vəzifədən azad edilməsi haqqındakı 2022-ci il tövsiyyələrini nəzərə almağı tövsiyyə edir. Bundan əlavə və Antikorrupsiya bürosunun, Xüsusi istintaq xidməti və Şəxsi məlumatların mühafizə xidməti haqqındakı Qanunvericiliyi Venesiya Komissiyasının gələcək tövsiyyələrinə uyğun olaraq düzəldilməsini məsləhət görür.

Nəhayət, fundamental insan hüquqları istiqamətində mövcud olan vəziyyət haqqında Avropa Komissiyası, ilk növbədə, insan hüquqlarının müdafiəsi üzrə milli strategiyasına diqqət verərək sosial hüquqlar üzrə müəyyən müsbət elementərin mövcud olmasına baxmayaraq, strategiyada əhəmiyyətli problemlərin, xüsusilə, cinsi orientasiya və gender identliyi əsasında ayrı-seçkilik istiqamətində problemlərin yenə də qaldığını vurğulayır. Bununla belə, Komissiya media məkanında mövcud olan qütbləşmə və düşmənvari mühitdə işləməyin əhəmiyyətli çağırışlarına da işarə etmişdir. O, tənqidi media fəaliyyətinə mənfi təsir bağışlayır. Avropa Komissiyası Gürcüstana media-tənzimləyicisinin (Gürcüstan Kommunikasiyalar üzrə Milli Komissiyası) müstəqilliyini təmin etməyə və media-sektorunun etimadını möhkəmlətməyə çağırır. Avropa Komissiyası jurnalistlərin təhlükəsizliyi və ya onlara qarşı edilən təhdid halları ilə bağlı işlərin effektli araşdırılması və cinayət üzrə təqibinin həyata keçirilməsinin əhəmiyyətini vuğulayır.

Azlıqlar/həssas qrupların hüquqi vəziyyəti haqqında danışarkən Avropa Komissiyası Gürcüstanda toplanma hüququnun həyata keçirilməsi istiqamətində çağırışların yenə də mövcud olduğunu, dinc etirazçıların müdafiəsiz qaldıqlarını vurğulamışdır. Komissiya Prezident tərəfindən veto qoyulan “Toplanma və manifestasiyalar” qanununda tezləşdirilmiş şəkildə qəbul edilən dəyişiklikləri mənfi qiymətləndirdi. Komissiya habelə qeyd edir ki, 5-6 iyul 2021-ci ildəki Tbilisi Pride-in iştirakına qarşı zorakılıq qruplarının hücumları hələ də araşdırılmamışdır. Gender bərabərliyi hissəsində Avropa komissiyası zorlamalar üzrə qanunvericilik definisiyasının İstambul Konvensiyası ilə uzlaşdırılmalı olduğuna işarə edir (razılaşmamaq hissəsində), habelə zorakılıq qurbanı qadınların sığınacaqla təmin etmək istiqamətində addımlar atılmalıdır.

Qeyd etmək gərəkdir ki, hesabatda Gürcüstanın xarici, təhlükəsizlik və müdafiə siyasəti istiqamətində fəaliyyəti də qiymətləndirilibdir. Komissiya hesab edir ki, bu cəhətdən məhdudiyyətli olsa da, tərəqqi əldə edilə bilər. Avropa Komissiyası tərəfindən Gürcüstanın Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlərə (sanksiyalara) qoşulmaması, o cümlədən, hava məkanının bağlanması hissəsindəki fakt tənqid edilib. Ukraynada müharibə başladıqdan sonra Gürcüstan Ukraynanı dəstəkləmək üçün beynəlxalq və Avropa İttifaqı təşəbbüslərinə, o cümlədən BMT Baş Assambleası və İnsan Hüququ Şurasının qətnamələrinə qoşulmuşdur. Lakin Gürcüstan nə Rusiya və Belorusiya əleyhinə məhdudiyyətlərə, nədə bu məsələdə Avropa İttifaqının yüksək nümayəndələri tərəfindən edilən açıqlamalara qoşulmuşdur. Avropa Komissiyasının sözlərinə görə, son ildə ümumi xarici və təhlükəsizlik siyasəti ilə bağlı (CFSP) Gürcüstanın uyğunluğu yaxşılaşmamışdır və əsasən eyni olaraq qalmışdır (44% 2022-ci ildə, 43% 2023-cü ilin avqustunda).

Yuxarıda qeyd olunanı nəzərə alaraq Avropa Komissiyası Gürcüstana bu kimi tövsiyyələr verdi:

  • Dezinformasiyaya, xarici manipulyasiyaya, Avropa İttifaqı və onun dəyərlərinə müdaxilə etməyə qarşı mübarizə aparsın;
  • Gürcüstanın Avropa İttifaqının xarici və təhlükəsizliyi siyasəti ilə uzlaşdırılması;
  • Siyasi qütbləşmə probleminə qarşı mübarizəni davam etdirsin, o cümlədən Parlamentin müxalifət partiyaları ilə inklüziv qanunvericilik fəaliyyəti, xüsusilə Gürcüstanın Avropaya inteqrasiyasıyla bağlı qanunvericiliyin hazırlanmasında əməkdaşlıq etsin;
  • Azad, ədalətli və rəqabətli seçki prosesini təmin etsin, xüsusilə 2024-cü ildə və ATƏT/ODİR-in tövsiyyələrini tamamilə əks etdirsin. Seçki islahatlarını başa çatdırsın, o cümlədən seçicilərin seçkilər gününə qədərki təmsilçiliyini təmin etsin;
  • Parlament nəzarətini daha da yaxşılaşdırsın, xüsusilə də, təhlükə xidmətləri üzərində. Əsas təsisatların, xüsusilə də seçki administrasiyasının, Milli bankın və Milli Kommunikasiya Komissiyasının institusional müstəqilliyini və tərəfkeşliksizliyini təmin etsin;
  • Holistik və effektli məhkəmə sistemi islahatını başa çatdırsın və tətbiq etsin, o cümlədən, Ali Ədliyyə Şurasının fundamental, habelə prokurorluq islahatını. Venesiya komissiyasının tövsiyyələrini tamamilə nəzərə alsın, şəffaf və inklüziv prosesi təmin etsin;
  • Antikorrupsiya bürosunun, Xüsusi İstintaq Xidmətinin və Şəxsi Məlumatların Mühafizə Xidmətinin institusional müstəqilliyini və tərəfkeşsizliyini, habelə effektivliyini təmin etsin. Venesiya Komissiyası tövsiyyələrinin implementasiyasını inklüzivlik prosesi ilə təmin etsin. Korrupsiya və mütəşəkkil cinayət işləri üzrə istintaq istiqamətində güclü təcrübə yaratsın;
  • Deoliqarxizasiya haqqında mövcud olan fəaliyyət planını yaxşılaşdırsın. Deoliqarxizasiya çoxsektorlu, sistemli yanaşma ilə, Venessiya Komissiyasının tövsiyyələri üzrə şəffaf və inklüziv proses nəticəsində müxalifət partiyaları və vətəndaş cəmiyyətinin iştirakı ilə həyata keçirilməlidir;
  • İnsan hüquqlarının müdafiəsi insan hüquqlarının müdafiəsi üzrə ambisiyalı strategiyanın tətbiqi ilə, toplanma və ifadə azadlığını təmin etməklə yaxşılaşdırılmalıdır. Həssas qruplar, mediapeşəkarları və vətəndaş fəallarına qarşı hədələmə faktları ilə bağlı tərəfsiz və vaxtlı istintaq aparsın, zorakılığı təşkil edənləri və təqsirkarları məsuliyyətə cəlb etsin. Vətəndaş sektorunun azad fəaliyyətini və onların siyasətin formalaşdırmasında və qanunvericilik proseslərində azad fəaliyyətlərini təmin etsin.

Sosial Ədalət Mərkəzi Avropa Komissiyasının Gürcüstanın Avropa İttifaqına üzvlük statusunun verilməsi haqqındakı müsbət rəyini bir daha alqışlayır və ilk növbədə Gürcüstan hakimiyyətini Avropa Komissiyasının verdiyi tövsiyyələri kamil sürətdə həyata keçirmək üçün real və əməli addımlar atmağa çağırır. Siyasi partiyaların bu prosesdəki məsuliyyətlərini və rollarını dərk etmələri də olduqca əhəmiyyətlidir.

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“