საერთო ცხელი ხაზი +995 577 07 05 63
19 yanvarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Maçalikaşvili və başqaları Gürcüstana qarşı işlə bağlı qərarını dərc etdi. Qərarla bəyənatçının tələbi qismən təmin edildi və Temirlan Maçalikaşvilinin həyatına qıymaq işi üzərində aparılan istintaqda fundamental qüsurların olduğu müəyyənləşdirdi. Daha çox istintaqda baş vermiş nöqsanlara görə idi ki, məhkəmə əsas suala cavab verə bilmədi- Temirlana qarşı istifadə edilən güc qeyri-proporsional idi ya deyildi. Məhz bunun üçün idi ki, məhkəmə yaşamaq hüququnun məzmun etibarı ilə pozulmasını görə bilmədi. Məhkəmə şikayətçilərin xüsusi əməliyyat keçirilərkən onlara qarşı yol verilmiş nalayiq rəftarla bağlı tələblərini müzakirə etmədi. Həmçinin, məhkəmə effektli hüquqi müdafiənin daxili vasitələri üzrə hüququn pozulmasını da müzakirə etmədi, çünki bu məsələni 2-ci maddəni prosedual aspekti tamamilə ehtiva edir.
Sosial Ədalət Mərkəzi qərarın icmalını təqdim edir. İcmalda bütün əsas məsələlərin məhkəmə tərəfindən qiymətləndirilməsi təqdim edilmişdir.
Yaşamaq hüququnun prosedual pozulması hissəsində məhkəmə istintaqın müstəqilliyini, adekvatlığını və zərərçəkənin cəlb olunması məsələsini qiymətləndirərək istintaqın heç bir cəhətdən İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci maddəsi ilə müəyyənləşdirilmiş standartları təmin etmədiyini söylədi.
Avropa məhkəməsi istintaqın müstəqilliyi prinsipinin pozulması ilə bağlı arqumentləri qəbul etdi. Məhkəmə qeyd etdi ki, Dövlət Təhlükəsizliyi Xidməti müstəntiqləri tərəfindən, hansılar ki xüsusi əməliyyatda iştirak edən şəxslərdən müstəqil subyektlər hesab edilə bilməzlər, xüsusi əməliyyat başa çatan kimi ilk istintaq əməliyyatları, o cümlədən Temirlanın otağını yoxlamaq və iş üçün əhəmiyyətli dəlilin - əl qumbarasının götürülməsi doğru deyildi. Məhkəmənin izahına görə, Prokurorluğun Temirlan Maçalikaşvilinin qətli ilə bağlı başlatdığı istintaq DTX-nın apardığı istintaqın əsasında aparılmışdır. Məhkəmə göstərdi ki, oxşar kontekstdə “prosedual qüsurlar (istintaq fəaliyyətlərin müstəqilliyi və tərəfsizliyi cəhətdən) istintaqın sonrakı inkişafını təhlükə altına atır” məsələsini dəfələrlə izah etmişdir.
İstintaqın adekvatlığını qiymətləndirərkən, məhkəmə bir neçə amilə diqqət yetirdi. İlk növbədə, məhkəmə istintaqın çərçivələrinin nə qədər adekvat olduğu, xüsusi əməliyyatın planlaşdırdığı və həyata keçirilməsi hissəsini əhatə edib-etməməsi barədə müzakirə apardı. Bu istiqamətdə, məhkəmə qeyd etdi ki, şikayətçilərin təkrar tələbi üzrə, DTX-nın yüksəkrütbəliləri yalnız 20 aylıq bir gecikmə ilə, xüsusi əməliyyatın planlaşdırılması və keçirilməsi halları ilə bağlı dindirildilər. Lakin, buna baxmayaraq, məhkəmənin göstərdiyi kimi, bu hissədə istintaq yenə də məhdud aparılırdı, çünki işdə xüsusi əməliyyatın planlaşdırılması və həyata keçirilməsi prosesini əks etdirən heç bir sənəd və/ya hesabat yox idi.
Bundan əlavə, məhkəmə dəlillərin əldə edilməsi hallarının altına bir daha xətt çəkərək bu cəhətdən istintaqın müstəqilliyinin fundamental problemini vurğuladı. Məhkəmənin izahına görə, Temirlanın otağının axtarılması „DTX müstəntiqləri tərəfindən aparıldı ki, onlar xüsusi təyinatlılardan kifayət qədər müstəqil şəxslər deyildilər. Yoxlayışdan sonra, hadisə yeri mühafizə edilmədi və ora əvvəlki şəklinə salınmadı… bu pozuntunun isə istintaqa birbaşa təsiri vardı.“ Misal üçün, məhkəmə göstərdi ki, istintaq Temirlanın otağından çıxarılan mobil telefonun atəş açılan vaxt harda olduğunu və telefonun üzərindəki qan izinin mənşəyini göstərə bilmədi, habelə hadisə yerində qulaqlıqların olduğu faktını da. Bu vəziyyəti müəyyənləşdirmək atəş açılan an üçün Temirlanın hərəkətini bilməkdə və Dövlət tərəfindən inkişaf etdirilən versiyanı yoxlamaq üçün son dərəcə əhəmiyyətli idi. O ki qaldı, əl qumbarasının əvvəlki yerini müəyyənləşdirməyə, məhkəmə əl qumbarasının yerini Temirlan üçün təxirəsalınmaz tibbi yardım göstərərkən dəyişdirilə biləcəyinə eytimal verdi. Burdaca, məhkəmə qeyd etdi ki, əl qumbarasını DTX əməkdaşları zərərsizləşdirdilər və hadisə yerindən onu DTX əməkdaşları götürdülər. Məhəkəmə xüsusi əməliyyatda iştirak edən şəxslərin Temirlana qarşı güc tətbiq etməyin yeganə şahidləri olduqlarını nəzərə alaraq, onların ifadələrinin dəlil dəyərində olduğunu qeyd etmişdir. Bunun üçün məhkəmə xüsusi təyintlıların 5 həftədən sonra sorğulanmasını bəraət qazandırılmaz hesab etdi, çünki bunu ləngitməklə versiyaların uzlaşdırılma riskləri yarandı. Bununla belə, vaxt ötdüyü üçün xüsusi təyinatlılar tərəfindən işin detallarını xatırlamaq da çətinləşdi. Bununla bağlı, məhkəmə, işin materiallarından xüsusi təyinatlıların xüsusi əməliyyatı keçirmək haqqında nəsə bir hesabat yazdıqlarının görünmədiyini qeyd etdi. Məhkəməyə əsasən, bu hallar „Bəyənaçşılar və cəmiyyətdə elə bir təəssürat yaratdı, sanki təhlükəsizlik qüvvələri üzvləri boşluqda hərəkət edir və sanki ədalət orqanları qarşısında öz hərəkətləri üçün hesabatlılı deyildilər.“ Nəyahət, məhkəmə belə bir nəticəyə gəldi ki, xüsusi təyinatlıların sorğulanmasının ləngidilməsi istintaqın qeyri-adekvatlılığından xəbər verirdi.
Məhəkəmə, effektli istintaqın bir komponenti kimi, zərərçəkənin prosesdə iştirakı barədə ayrıca müzakirə apardı. Məhkəmə bununla bağlı qeyd etdi ki, “Xüsusi əməliyyatın planlaşdırılması və həyata keçirilməsi fazası ilə bağlı yeganə birbaşa dəlilə” – xüsusi təyinatlıların ifadələrinə - bəyənatçıların əlinin çatmasına istintaqa xitam verilməzdən bir neçə gün əvvəl ixtiyar verildi. Beləki, onların istintaqda effektli iştirak etmək hüquqları məhduddalşdırılmış oldu, xüsusilə də Prokurorluğun işə xitam verməklə bağlı, yekunlaşdırıcı qərarı xüsusi təyinatlıların ifadələrində inkişaf etdirilən versiyaya söykəndiyi bir vəziyyətdə. Dövlət həmin dəlilləri gec ötürməsini doğrultmaq üçün bəyənatçıya heç bir izahat verməmişdir.
Bundan əlavə, məhkəmənin göstərişi ilə, Prokurorluq zərərçəkənə status vermədiyi üçün, bu sonuncu istintaqa xitam verilməsilə bağlı Prokurorluğun qərarını şikayət etmək hüququndan məhrum olmuş oldu. Məhkəmə qeyd etdi ki, Gürcüstana qarşı başqa işlərdə də belə bir problem baş vermişdir. Məhkəmə vurğulayaraq bildirdi ki, prokurorun qərarları üzrə məhəkəm nəzarəti Dövlət orqanlarının hesabatlılığını və şəffaflığını təmin etmək üçün əhəmiyyətli zəmanətdir. Beləliklə, məhkəmə bu nəticəyə gəlşmişdir ki, „bəyənatçı üçün zərərçəkən statusunun verilməsinə rədd cavab vermək nəticəsində onun tərəfindən qanunla nəzərdə tutulmuş əhəmiyyətli prsedual hüquqdan istifadə etmək qeyri-mümkün olmuşdur.“
Ümdə, məhkəmə bəyənatçılar istintaq orqanlarına və sonra Strasburqda təqdim etdikləri bəyənatda göstərdikləri bütün fundamental arqumentləri qəbul etmişdir. İlkin istintaq fəaliyyətini keçirtmək, o cümlədən iş üçün əhəmiyyətli dəlilləri əldə edərkən üzərə çıxmış nöqsanlar, xüsusi əməliyyatı planlaşdırdıqda və nəzarət məsələsini lazımınca araşdırmamaq, xüsusi təyinatlıların gecikdirilmiş ifadələri və bəyənatçıya zərərçəkmiş statusunun verilməməsi, məhkəmə tərəfindən yaşamaq hüququ üzrə prosedual pozuntunu müəyyən etmək üçün bir əsas oldu.
Yaşamaq hüququnun pozulması hissəsi barədə müzakirə apararkən, məhkəmə hesab etdi ki, Milli Qanunvericilik letal gücdən istifadə etmə çərçivəsini kifayət qədər aydın şəkildə təsvir edir. O ki qaldı, xüsusi əməliyyatın həyata keçirilməsi hallarına, məhkəmə işarə etdi ki, Dövlət təhlükəsizlik Xidməti xüsusi əməliyyatı keçirərkən spontan bir problem qarşısında durmayırdı, çünki Temirlanı həbs etmək əməliyyatını planlaşdırmaq üçün onların üç gün vaxtları vardı. Bununla belə. Məhkəmə altına xətt çəkərək onu da bildirdi ki, xüsusi əməliyyat terrorçu aktdan yayınmaq üçün keçirilmirdi. Məhkəmə həmçinin qeyd etdi ki, „Dövlət, Dövlət təhlükəsizlik Xidmətinin əməliyyatı planlaşdırdıqda və başa çatdırdıqda istifadə etdiyi sənəd və materialları təqdim etməmişdir. Əməliyyatın necə planlaşdırıldığı və necə inkişaf etdiyi barədə formal hesabatlar yoxdur və bu haqda Hökumət lazımlı izahat verməyibdir.“
Məhkəmənin izahına görə, Temirlanın vəfatı, ölüm halı həbsdə və yaxud, dövlət orqanlarının effektli nəzarət etdikləri başqa bir situasiyada baş vermis hallar kimi deyildir. Buna söykənərək, məhkəmə hesab etmişdir ki, güc tətbiq etmək üzrə proporsionallıqla bağlı isbat yükü dövlətin üzərinə düşməməlidir. Bu cəhətdən, məhkəmə hesab etdi ki, bu əsas sual xüsusi təyinatlıların onun otağına soxulduqları vaxt necə hərəkət etməsi ilə əlaqədardır. Bununla bağlı məhkəmə iki ziddiyyətli versiyanın mövcud olduğunu vurğuladı. İstintaqın versiyası ilə, Temirlana ünvanlanmış atəş, o əlqubmarasını işə salmaq istədikdən sonra açıldı. Bunun əleyhinə bəyənatçıları göstərirdilər ki, xüsusi təyinatlılar otağa soxulduqda Temirlan böyük ehtimalla, mobil telefondan istifadə edirdi. Temirlanın otağından çıxarılan əlqumbarasının üzərində onun qan izlərinin olmasını Strasburq məhkəməsinə Dövlətin versiyasını qəbul etməyə kifayət etdi. İsbat etmək yükünü bölüşdürdükdə məhkəməyə əsasən, „Belə hallarda, məhkəmə hesab edir ki, onun qarşısında olan dəlillər bu iki münaqişəli versiyanı qiymətləndirməyi qeyri-mümkün edir. Baxmayaraq ona ki, bu, minimum qismən istintaqın qüsurlarından irəli gəlir.“ İsbat yükü məsələsi haqqında müzakirə edərkən, məhkəmə xüsusi əməliyyatın məqsədinin, terrorçuluqla bağlı istintaq çərçivəsində Temirlanı həbs etmək olduğunu nəzərə alır və 2017-ci ilin 21-22 noyabr xüsusi əməliyyat fonunda, DTX Temirlanın silahlanmış olması ehtimalını verə bilərdi məsələsini qəbul edir.
Bundan əlavə, məhkəmə güc tətbiq etməklə bağlı işin Milli məhkəmə tərəfindən müzakirə edilməməsini də nəzərə aldı. Məhkəmənin mövqeyinə əsasən, o birinci instansiya məhkəməsi rolunu öz üzərinə götürə bilməz, çünki xüsusi təyinatlının hansı vəziyyətdə atəş açdığını və otağa daxil olarkən Temirlan onların effektli nəzarəti altında olub-olmadığını qiymətləndirmək üçün kifayət qədər imkanı yoxdur.
Məhkəmə həmçinin qeyd etdi ki, DTX- nın antiterror departamenti əməliyyat yerində təcili tibbi yardım maşınını təmin edə bilmədi. Bu vəziyyət Temirlanın xəsətəxanaya köçürülməsini ləngitdi və nəticədə süni nəfəs verilmədi. Lakin, DTX-nın tibbi personalının Temirlana təxirəsalınmaz yardım göstərdiyi üçün qospitala aparılmasının gecikməsi və vəfatı arasında əlaqə təsbit edilmədi.
Nəhayət, məhkəmənin nəticəsilə, ağlabatan şübhədən kənar standartlarla Temirlanın vəfatında Dövlətin məsuliyyəti və Konvensiyanın 2-ci maddəsinin məzmun etibarı ilə pozulması öz təsdiqini tapa bilmədi.
Beşinci seksiya hakimlərindən biri – Qnatovskinin fərqli rəyinə əsasən, məhkəmə prosedurla birlikdə, yaşamaq hüququnun məzmun etibarı ilə pozulmasını da müəyyən etməli idi. Rəy müəllifi məhkəmə tərəfindən güc tətbiq etməyin proporsionallığı ilə bağlı əsas məsələnin müzakirəsini tənqid etdi. Qnatovskinin fikrincə, Dövlət tərəfindən inkişaf etdirilən versiyanı bəyənatçı tərəfindən göstərilən bir çox hal şübhə altına alırdı, o cümlədən əl qubmarasının çıxarılması və aradşırma məsələsi. Qnatovskinin fikrincə, oxşar işlərdə, mübahisəli məsələlər tamamilə və ya qismən hakimiyyətin eksklüziv biliyi sahəsində daxil olduqda, Avropa məhkəməsinin təyin etdiyi praktikası isbat yükünü Hökumətin boynuna qoymağı nəzərdə tutur. Fərqli rəyin müəllifinə əsasən, hakimiyyət tərəfinən yaşayış hüququnun prosedual pozulması onun məzmun etibarı ilə pozulması ilə birbaşa əlaqədədir. Çünki iş üzrə həqiqəti ortaya çıxarmaq yalnız istintaq yolu ilə mümkündür. Beləliklə, Dövlətin boynuna hadisəni effektli araşdırması, güc tətbiqinin proporsionallığı ilə bağlı ağlabatan və inandırıcı izahat təqdim etmək düşürdü ki, bunu təmin edə bilməmişdir.
Məhkəmə bəyənatçının tələbinin bir hissəsini, hansı ilə ki, bəyənatçı xüsusi əməliyyat keçirdikdə onlarla qeyri-insani şəkildə rəftar edilmişdir, təmin etmədi. Məhkəmə əməliyyatın gecəykən 32 silahlı və maskalı xüsusi təyinatlının iştirakı ilə keçirilməsinin zərurətini və ağlabatanlığını şübhə altına almağı lazım bilmədi. Məhkəmənin göstərişi ilə, bu cür əməliyyatlar mütləq mənfi emosiyalar doğurur və beləliklə, “bəyənatçılara da ağır təsir göstərmişdir”. Lakin, məhkəmə hesab etdi ki, işdə mövcud olan dəlillər xüsusi əməliyyatın məqsədi bəyənatçılara qorxu təlqin etmək və ya onlara qarşı alçaldıcı münasibət bəsləmək deyildi. Bəyənatçıların əməliyyat zamanı məruz qaldıqları stres və həyəcan, məhkəmənin fikrincə, bu növ əməliyyatları keçirərkən gözlənilən həddi aşmamışdır. Konvensiyanın 3-cü maddəsinin pozulması barədə müzakirə apararkən, məhkəmə onuda nəzərə aldı ki, aplikantlar ilk sorğuda onlara qarşı nalayiq rəftar haqqında etiraz bildirməmişlər, birinci bəyənatçı (Vaxa Maçalikaşvili) isə ümumiyyətlə təklif edilən tibbi müayinədən imtina etmişdir.
Sosial Ədalət Mərkəzi məhkəmənin çıxardığı qərar Avropa Məhkəməsinin Böyük Palatasında şikayət etməyi planlaşdırır. Mərkəz hesab edir ki, bu müzakirə məhkəmənin hüquqşünaslığı ilə uyğunluq təşkil etmir və bu iş üzrə bəyənatçının hüquqlarının kamil surətdə bərpası və gələcəkdə oxşar işlər üzrə aydın və ardıcıl presendet hüququn inkişafı bu üçün bu əhəmiyyətlidir. Bu cəhətdən Palata üzvü hakimin fərqli rəyi şikayətimizin mövqeyini bərkidir. Böyük palatada qərarı şikayətə vermək müddəti 3 aydır.
Təlimat