[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

ETNIK AZLıQLAR / Hesabat

Saqareco bələdiyyəsində etnik azərbaycanlıların ehtiyacları icmalı

Sosial Ədalət Mərkəzinin qeyri-dominant və dini qrupların hüquqi məsələləri üzərində fəal işləməsi göstərir ki, Gürcüstanda müxtəlif qruplar qarşısında siyasi iştirak, həyati əhəmiyyət kəsb edən resurslar və sosial proqramlara əlçatımlılıq problemi olduqca kəskin şəkildə dayanır. Sosial Tədqiqat və Təhlil İnstitutu tərəfindən 2021-ci ildə keçirilən kəmiyyət xarakterli tədqiqatına əsasən, etnik azlıqların 15%-i daha yoxsuldur, ali/texniki təhsil göstəricisi isə azlıqlar arasında 2 dəfə daha azdır.[1]

Eyni tədqiqata əsasən, Kaxetinin etnik azərbaycanlı əhalisində  tam ümumi təhsili olmayan əhalinin sayı 54%-ə bərabərdir. Məktəbəqədər təhsil isə Kaxetinin etnik azərbaycanlılarının  56%-i üçün əlçatmazdır.[2] Burdaca qeyd etmək gərəkdir ki, Kaxeti bölgəsində yaşayan etnik azərbaycanlıların ehtiyacları nəinki Dövlət, habelə bir çox hallarda vətəndaş və insan hüquqları institutlarının fokusuna belə düşmür.  

Kaxeti azərbaycanlı icmasının ehtiyaclarına fokuslaşmış təhlil üçün, Sosial Ədalət Mərkəzi Saqareco Bələdiyyəsində qeyri-dominant etnik qruplarla məskunlaşmış kəndlərdə: Qazlarda, Ləmbəlidə, Keşəlidə, Muğanlıda, Paldoda və Düzəyrəmdə ehtiyaclar üzrə tədqiqat aparmışdır. Bu kəndlər dörd inzibati vahidlikdə birləşmişdir, lakin yerli əhali onları vahid bir məkan kimi görür və azərbaycan dilində Qaraçöp (Muğanlı) adlandırır.  Bunun səbəblərindən biri kəndlər arasında fiziki və coğrafi ayırıcı xətlərin olmaması ola bilər ki, bir çox hallarda əhali kəndlər arasındakı sərhəldləri ayıra bilmirlər.     

Bu kəndlərdə əhalinin əhəmiyyətli hissəsi kənd təsərrüfatı, xüsusilə də heyvandarlıqla məşğuldur. Bununla belə, kənd əhalisinin əhəmiyyətli hissəsi müxtəlif tipli kiçik sahibkarlıq  fəaliyyəti və ticarət işinə cəlb edilmişdir. İor-muğanlının girişində bazar olur,  o yaxında yerləşən gürcü kəndləri üçün də əhəmiyyətli məkandır. Kənddə bir neçə il bundan əvvəl yerli sakinlərin maliyyələşdirilməsi ilə açılan xəstəxana da var. Kənddə 8 məscid fəaliyyət göstərir. Onlardan ikisi şiə, 6 isə sünni islam məktəbinə məxsusdur.   

Kaxeti bölgəsində yaşayan azərbaycanlılar arasında məktəbi bitirdikdən sonra nə qədər də az göstəricilər olsa belə, hər il, 2010-cu ildən etibarən Vahid Milli İmtahanların 1+4 proqramı çərçivəsində ən əla qiymətlər alanlar var. Bu isə, yerli əhalinin izahına görə, yerli müəllimlərin fəal işləməsindən irəli gəlir.    

Qarşıdakı sənəd ehtiyacları yerli özünüidarəetmə orqanlarına və mərkəzi idarələrə təqdim etmək və advokatlaşdırmaq məqsədilə  kənddə mövcud olan siyasi, sosial, iqtisadi və mədəni çağırışları araşdıraraq öyrənir. Ehtiyaclar xəritəsinin əhalinin təcrübəsi və biliyinə əsaslanması üçün Sosial Ədalət Mərkəzi analizin bu metodologiyasından istifadə etmişdir:

  • İcma problemlərini üzərə çıxaran sorğu kitabçası
  • KWHW[3] (Nəyi bilirik, Nə dəyişməlidir, Necə dəyişməlidir, Kim dəyişməlidir) analiz metodu

Bu metodlar  bizə icmanın ehtiyaclarını, əhalinin bilavasitə iştirakı və maksimum sistemli şəkildə görmək imkanı verir. İcmanın problemlərini üzərə çıxarmaq üçün nəzərdə tutulan  sorğu kitabçasının məqsədi nəinki kənddə mövcud olan problemlərin simptomlarını, habelə dərin əsaslarını, onlara bais olan səbəbləri üzərə çıxarmaqdır. KWHW  təhlil metodundan, öz növbəsində, problemin üzərə çıxarılması prosesində, problemin həllinin necə olması, onları həll etməkdə kimin məsul olduğu barədə kənd əhalisinin fikrini öyrənmək üçün istifadə edilir. Tədqiqat çərçivəsində 8 fokus qrup keçirildi. Tədqiqatda ümdə 63 nəfər iştirak etdi. Bunlardan 26 qadın, 37-i isə kişi idi. Fokus qruplarda müxtəlif yaş kütləsindən olan insanlar iştirak edirdilər – həm gənclər, həm də yaşlılar.   

Aşağıdakı informasiya yerli icmalar tərəfindən dilə gətirilən və paylaşılan şəkildə təqdim edilir.

Saqareco_bələdiyyəsində_etnik_azərbaycanlıların_ehtiyacları_icmalı_1703689372.pdf

Sxolio və biblioqrafiya

[1] Piranişvili, T; Barbakadze, Z. 2023, Etnik azlıqların sosial və iqtisadi eksklüziyası, burdan baxa bilərsiniz: https://socialjustice.org.ge/ka/products/etnikuri-umtsiresobebis-sotsialuri-da-ekonomikuri-ekskluzia

[2] Ordaca.

[3] Know, What, How, Who

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“