საერთო ცხელი ხაზი +995 577 07 05 63
19 yanvarda, Strasburq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Temirlan Maçalikaşvilinin işi ilə bağlı qərarı dərc etdi.
Məhkəmə 2-ci maddənin (həyata qıymaq) prosedual hissəsində pozulduğunu müəyyənləşdirdi. Məhkəmə istintaqın effektsiz aparıldığını göstərdi. İstintaq prosesilə bağlı olan bütün tənqidi fikirlərimizi məhəkəmə demək olar ki, tamamilə qəbul etdi: istintaqın ilk mərhələsində ən əhəmiyyətli dəlillərin (üstünü axtardıqda çıxarılan əşyaların, xüsusilə əl qumbarısının) çıxarılması prosesində DTX-nın iştirakından irəli gələrək istintaqın institusional müstəqilliyi prinsipinin pozulması; Habelə, prokurorluq tərəfindən istintaq çərçivəsində xüsusi əməliyyata cəlb olunmuş zabitlərin sorğulanmasının gecikdirilməsi; istintaq tərəfindən atəş açılarkən mobil telefonu və qulaqlıqların yerinin və onların üzərində qan izinin olması məsələsinin lazımınca öyrənilməməsi; həmçinin istintaq prosesində Maçalikaşvililər ailəsi üçün məxfi materialları gecikdirərək vermək və onlara zərərçəkən statusunu verməmək. Məhəkəmə bu cəhətdən zərərçəkən statusunun verilməməsinə tənqid etdi, çünki buna görə Maçalikaşvililər ailəsi istintaqa xitam verməklə bağlı Baş prokurorluğun qərarını şikayət edə bilmədi.
Yaşamaq hüququnun mahiyyət etibarı ilə pozulmasını məhkəmə təyin edə bilmədi, çünki, özünün göstərdiyi kimi, istintaq o qədər qüsurlu şəkildə aparılıb ki, işlə bağlı dəlilləri lazımınca qiymətləndirmək qeyri-mümkündür. Təəssüf ki, məhkəmə isbat etmək yükünü Dövlətin boynuna qoymadı və bu da hakimlər palatasının bir üzvünün fərqli fikir yazdığı üçün belə oldu.
Bununla belə, məhəkəmə 3-cü maddə ilə bağlı hüquqları müzakirə etmədi (işgəncə, qeyri-insani və ləyaqəti tapdayan rəftar və ya cəzanı qadağan etmək) həmçinin, 13-cü maddəni də ayrıca müzakirə etmədi (effektli hüquqi müdafiənin daxili vasitələri hüquqları), çünki onun fikrincə, əsas məsələlər 2-ci maddənin altında artıq qiymətləndirilmişdi.
Bir az sonra, təşkilatımız işin kamil surətdə qiymətləndirilməsini təqdim edəcəkdir.
Ən əsası odur ki, yaşamaq hüququ altında istintaq standartlarının pozulması, milli səviyyədə işə yenidən baxılması və istintaqın aparılmasına əsas yaradır. Ümudi edirik ki, bununla Maçalikaşvililər ailəsi ədalətli ədalət məhkəməsinə nail olacaqlar.
Maçalikaşvililərin ailəsinin adı ilə, Avropa məhkəməsinə bəyənatı Sosial Ədalət Mərkəzi Avropa İnsan Hüquqlarının İctimai Vəkillik Mərkəzi (EHRAC) birlikdə vermişdir.
Təlimat