[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

Ədalət məhkəməsi və demokratiya / Layihələr

Müstəqil və ədalətli ədalət məhkəməsi sisteminin dəstəyi

Library Thumbnail Image

Büdcə: GEL 290,822.70

Müddət: 2021-2023 İl

Gürcüstandanın demokratik cəhətdən inkişafı üçün müstəqil və effektli ədalət məhkəməsi sisteminin formalaşması çox əhəmiyyətlidir. İslahatların bir neçə “dalğasına” baxmayaraq, ölkədə ədalət məhkəməsi sisteminə qarşı etimadsızlıq problem olaraq qalır, bu isə sistemin daxili və xarici amillərin təsirindən azad olmaması ilə şərtləndirilmişdir. Bundan əlavə, ədalət məhkəməsi sisteminin institusional əsasları hələ də inkişaf etməmişdir, sistemin köklü problemlərinin dərin təhlili isə yenə də həyata keçirilməyibdir.  Beləliklə, layihənin məqsədi sistemli problemlərə adekvat reaksiya  verməkdir.

Daha konkret olaraq, lahiyənin məqsədi ədalət məhkəməsi sisteminin monitorinq, sübutlara əsaslanmış advokatlaşdırılma, hakimlərlə dialoq və vətəndaş cəmiyyətinin səfərbərliyi, iştirak proseslərinə dəstək vermək, ictimai düşüncənin formalaşması və aktivist qruplarının gücləndirilməsi vasitəsilə islahatını nəzərdə tutur.

Layihənin həyata keçirilməsi nəticəsində (1) monitorinq hesabatları hazırlanacaqdır və onun vasitəsilə keçirilən  islahatların nəticələri və islahata ehtiyac duyan istiqamətlər qiymətləndiriləcəkdir (2) Geniş ictimai cəlbolunmanı gücləndirmək məqsədilə, məsələlərə tənqidi gözlə baxılması üçün  inkluziv platform yaradılacaqdır. (3) Ədalət məhkəməsi sisteminin ətrafında baş verən diskussiyalar və müzakirələrə ictimaiyyətin qoşulması artacaqdır.  Bundan əlavə,  layihə çərçivəsində yaradılmış araşdırmalar/tədqiqatlar tapıntılarının, məqalələrin və infoqrafik materialların dərci  ədalət məhkəməsi sistemilə bağlı problemlərin ictimai gündəliyə gətirilməsini və media tərəfindən həmin məsələlərin fəal şəkildə işıqlandırılmasını təmin edəcəkdir.

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“