საერთო ცხელი ხაზი +995 577 07 05 63
Büdcə: EUR 376,585.04
Müddət: 2022-2025 İl
Təhlükəsizlik sektorunun şəffaflığı və hesabatlılığı Gürcüstan üçün böyük problemlərdən birini təşkil edir. Hesabatlılığın aşağı səviyyəsi və effektsiz nəzarət mexanizmləri ölkənin təhlükəsizlik sisteminin institusional demokratiyası üçün ciddi sədlər yaradır. Sistemdəki ən böyük problem isə, Dövlət Təhlükəsiz Xidmətinin (DTX) fəaliyyətidir. DTX üzərində məhkəmə ya parlament nəzarəti formal xarakter daşıyır və ənənəvi olaraq hüquqi zəmanətlərdən kənarda dayanır. Hazırkı parlament nəzarəti praktikası məhduddur, çünki nəzarəti həyata keçirmə hüququ yalnız parlament üzvlərinə verilmişdir. DTX-nın məhkəmə tərəfindən nəzarəti vətəndaşların şəxsi həyatının müdafiə hüququ baxımından əhəmiyyətli zəmanətdir. Müsbət qiymətləndirilən qanun dəyişikliyinə baxmayaraq, DTX-nin fəaliyyətinin əsas cəhətləri hələ də məhkəmə nəzarətindən kənarda qalır.
Münaqişələrin idarəsi üzrə müvafiq siyasətin olmaması şəraitində, DTX-nın bu cür fəaliyyəti, xüsusilə də müəyyən bölgələrdə inkluziv yanaşmalardan məhrumdur. Müvafiq olaraq, təhlükəsizlik siyasəti və strategiyaları sosio-mədəni amillər, həmçinin cəmiyyətinin təhlükəsizlik qavrayışlarını nəzərə almadan formalaşdırılır. Hətta, milli təhlükəsizlik siyasətinin hazırlanma prosesi ictimai və ekspert qrupları nümayəndələrinin iştirakını ümumiyyətlə nəzərə almır.
Ölkə təhlükəsizliyi sektorunun qarşısında dayanan çağırışları nəzərə alaraq, layihənin məqsədi təhlükəsizlik sektorunun monitorinqini və insan hüquqlarını müdafiə standartları həyata keçirməkdir. Bunun üçün o ekspert təhlili, advokatlaşdırılma və təfəkkürün yüksəldilməsi ölçülərini təklif edir.
Hədəfə çatmaq üçün layihə ilə bu kimi qayələri yerinə yetirməyi nəzərdə tutur:
1) Təhlükəsizlik sisteminin monitorinqində mövcud olan mexanizmlərin yaxşılaşdırılması və Parlament və məhkəmə nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi
2) Təhlükəsizlik sektorunda insan hüquqlarına əsaslanmış və yüksək sosial məsuliyyəti olan siyasət və praktikalarının Gürcüstanın konkret bölgələrində gücləndirilməsi (Xüsusilə münaqişə və etnik azlıqlarla kompakt şəkildə məskunlaşmış bölgələrdə)
3) Ekspert fasilitasiyasına əsaslanmış Milli Təhlükəsizlik Strategiyaları və təhlükəsizlik arxitekturası ətrafında və Milli Təhlükəsizlik Strategiyalarının hazırlanması üzrə hamılıqlı prosesin dəstəklənməsi
4) Münaqişələrə, radikallaşmağa, zorakı ekstremizmə və başqa məsələlərə, habelə ictimai qavrayışlar , ictimai təhlükəsizlik və müdafiə üzrə məsuliyyət daşıyan institutlara qarşı etimadın formalaşmasında siyasət təsirinin təhlili və problemli məsələlərin inkluziv proseslər vasitəsi ilə həlli.
Təlimat