[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

DININ AZADLığı / Bəyənat

Tsalki dövlət məktəbində dini neytrallıq prinsipinin pozulması faktı dövlətdən müsbət tədbirlər tələb edir

Sosial Ədalət Mərkəzi Təhsil, Elm və Gənclər Nazirliyinə geniş, əsaslandırılmış məktubla müraciət edərək onu ictimai məktəblərdə dini cəhətdən bitərəf, inklüziv və bərabərcə bir mühitə dəstək vermək üçün lazımlı pozitiv və sistemli tədbirlərin həyata keçirilməsinə çağırdı.

2 fevral 2024-cü ildə, Tsalka bələdiyyəsinin Artsivani kəndində, xristiyan ruhani şəxslər dərs prosesi vaxtı, sinif otaqlarını təbərrük edərək divarlara xaç təsviri çəkdilər.[1] Prosesdə məktəb direktoru iştirak edirdi və bunun haqqında müəllimlər kollektivi, şagirdlər və valideynlər əvvəlcədən məlumatlı deyildilər. Tsalka bələdiyyəsinin etnik cəhətdən müxtəlif bölgə olduğu nəzərə alınmalıdır. Artsivani kəndində Acarıstandan məskunlaşmış ekomiqrantlar yaşayırlar, onların böyük əksriyyəti müsəlmandır. Məktəb pedaqoqlarının, şagirdlər və valideynlərinin bir hissəsi baş verənlə bağlı etirazını bildirdi və hüquqi cəhətdən reaksiya verdi.

Qeyd edilmiş məsələni Daxili Audit Departamenti öyrənməyə başladı və bir neçə gün əvvəl aldığı qərarda ümumi təhsil qanunu tələblərinin məktəb direktoru tərəfindən pozulduğunu təyin etdi. Nazirlik baş vermis hadisəylə bağlı reaksiyanı məktəbdən tələb etdi və məktəbdə oxşar faktların prevensiyası üçün nə kimi tədbirlərin keçirilməli olduğunu dəqiqləşdirmədi.

Təəssüflər olsun ki, ictimai məktəblərdə prozelitizm və dini indoktrinasiya yenə də davam edir. Xalq Müdafiəçisi hesabatlarında da eyni problemdən danışılır. Xalq müdafiəçisi dini indoktrinasiyası və prozelitizm üzrə konkret halları təsvir edir. Daha konkret 2021-ci ildə, Kvemo kartlinin iki ictimai məktəbində, Gürcüstan Patriarxlığı və “Çuxalılar Cəmiyyəti“ təşəbbüsü ilə “Vətənşünaslıq” dərsi silsiləsi keçirilməyə başladı. Dərs kəskin şəkildə provoslav konfesiya məzmunlu və Gürcüstanın etnik və dini müxtəlifliyini təkzib etməklə xarakterizə edilirdi [2] təhsil müəssisələrində mövcud olan prozelitizmi Xalq Müdafiəçisi yanında olan Dini Şura da problem kimi göstərir. Şura qeyd edir ki, ictimai məktəblərdə dini neytrallıq prinsiplərinə bir çox hallarda riayət edilmir – Dərslərdə dini riatualların keçirilməsi, o cümlədən dərsdən əvvəl dua etmək, din xadimlərinin məktəbə getməsi və şagirdlərə xeyir-dua vermələri, vaiz etmələri tez-tez baş verir. Məktəblərdə dini rəmzlərin qeyri-təhsil məqsədilə sərgilənməsi də çox yayılıb .[3] Bir neçə il əvvəl Sosial Ədalət Mərkəzi tərəfindən keçirilən tədqiqatın nəticələri də eyni təmayülə işarə edir .[4]

Qeyd etmək lazımdır ki, Gürcüstanda, ictimai məktəblərdə dini azadlıq və təhsil fəaliyyəti prosesində dini neytrallığı tənzimləyən müxtəlif aktlar fəaliyyət göstərir. Onlar ictimai məktəblərdə dini indoktrinasiyanı, prozelitizmi və ayrı-seçkiliyi eksplisitid olaraq qadağan edir.

Ümumi təhsil haqqında qanun şagirdə, valideynə və müəllimlərə onların dini etiqadına və vicdanlarına zidd olan öhdəlik verilməsini qadağan edir. [5] Qanunun 13-cü maddəsi İctimai məktəbdə təhsil prosesinin dini indoktrinasiyası, prozelitizm və ya məcburi assimilasiya məqsədlərilə istifadəsini qadağan edir.[6] Bununla belə, ümumi təhsil haqqında qanunla ictimai məktəb ərazisində dini rəmzlərin qeyri-akademik məqsədlərlə yerləşdirilməsi qadağandır.[7] Bununla belə, dərs prosesi ərzində, akademik məqsədlərə xidmət etmiş olsa da belə, dini ritualların keçirilməsi açıq-aydın şəkildə qadağan edilmişdir [8] Qanunun qeyd olunan reqlamentlərində ictimai məktəblərin dini məzmundan saflaşdırılmış mülki məkan olmasına dair Dövlətin iradəsi aydın görünür. Din məktəbə etiqad kimi deyil, bilik sistemi kimi daxil ola bilər ki, Dövlət bununla, təhsil siyasətinin sekulyar çərçivəsi tələblərilə uyğunlaşmasını müəyyənləşdirir. [9]

İctimai məktəblərdə dini neytrallığın pozulması tələbi Təhsil və Elm Nazirliyi tərəfindən təsdiqlənmiş müəllim və direktorun peşə etikası məcəlləsi ilə nəzərə alınmışdır.

Yerli qanunvericiliyinin səhmana salınmasından başqa, ictimai məktəblərdə dini neytrallığa riayət etmək prinsipinin əhəmiyyətini BMT,[10] Avropa İrqçilik və Dözümsüzlük Əleyhinə Komissiyası (ECRI),[11] ATƏT-in Demokratik İnstitutları və insan Hüquqları Ofisinin Din və Etiqad Azadlığı Ekspertləri Şürası [12]və s. altına xəttə çəkərək vurğulayır.

Eksplisit Qanunvericilik qadağanlara baxmayaraq, ictimai məktəblərdə dini indoktrinasiya və prozelitizm hallarının yenə də çox olması üçün Dövlət proaktiv yanaşmalarla və sistemli intervensiyalarla ictimai məktəblərdə inklüziv və bərabərcə dərs və sosial mühit yaratmağa səy göstərməlidir.

Bu məqsədlə, xüsusilə əhəmiyyətlidir ki, Təhsil, Elm və Gənclik Nazirliyi:

  • İctimai məktəblərdə (Etnik və dini cəhətdən müxtəlif bələdiyyələrdə fəaliyyət göstərən məktəblərdə) dini neytrallığın pozulması hallarını və tendensiyaları və onların qeyri-dominant etnik və dini qrupların hüququ və inkluziyasına təsirini proaktiv şəkildə öyrənsin;
  • Problemin öyrənilməsi prosesində Xalq müdafiəçisi yanında mövcud olan Dinlər Şurası ilə məsləhətləşsin;
  • Tədqiqat və müvafiq mülki aktorlarla məsləhətləşmə əsasında ictimai məktəblərdə (Prioritet olaraq isə etnik və dini cəhətdən müxtəlif bələdiyyələrdə fəaliyyət göstərən ictimai mıəktəblərdə), inkluziv, bərabərcə və dini cəhətdən neytral mühit yaratmaq üçün proaktiv və sistemli prevensiya tədbirləri keçirsin. Bunun üçün o cümlədən, 1. Nazirlik ümumi təhsil haqqında qanunun müvafiq tələbləri və hüquqi standartları haqqında məktəb administrasiyasının və müəllimlərin biliyini, duyarlılığını aktiv şəkildə yüksəltməlidir; 2. İctimai məktəblərdə bərabərlik, müxtəliflik və inklüzivliyin idarəsi üzrə rəhbər tutulacaq vəsait hazırlayaraq, dəstəkçi pozitiv proqramlarla məktəblərdə onların ardıcıl tətbiqinə imkan yaratsın; 3. İctimai məktəblərdə multikultural proqramlar və layihələrin həyata keçirilməsini təşviq etsin. Bura həm məktəb müəllimləri, həm şagirdlər, həm də yerli icmalar cəlb edilməlidirlər.

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“