საერთო ცხელი ხაზი +995 577 07 05 63
Sosial Ədalət Mərkəzi vətəndaş fəalı Samirə Bayramovanın sıxışdırılması və təqibinin növbəti epizodu ilə bağlı hüquq mühafizə orqanlarını qadın fəalın təhlükəsizliyini, ləyaqətini və azadlığını qorumağa çağırır.
4 oktyabrda Samirə Bayramova foto material yaydı. Fotoda (yaşayış binasında) mənzilinin qapısında, rəmzi olaraq anadan olma günü ilə bağlı, naməlum şəxslər tərəfindən Rusiya bayrağı və xaçın çəkildiyi görünür. Bunun ötən ilin baharında Marneulidə baş verən epizodla əlaqəli olması ehtimal edilir. O vaxt Samirə Bayramova Putinçi, ekstremist “Mühafizəkarlar hərəkatı” partiyası üzvləri tərəfindən sıxışdırılmağa və təhdidlərə məruz qalmışdı.
Təəssüflər olsun ki, Samirə Bayramova öz fəaliyyətləri və ifadələrinə görə müxtəlif radikal qruplar, yerli dövlət rəsmilərinin təhdidlərinə, təqiblərinə və sıxışdırılmalarına tez-tez məruz qalmaqdadır. O cümlədən, yuxarıda adı şəkilən epizodda da. 2022-ci ilin baharında, Samirə Bayramova ekstremist partiya üzvləri tərəfindən həyatına qıyılacağı haqqında təhdiddolu və təhqiramiz bildirişlər almışdır. Bunun səbəbi həmin partiyanın binasına Samirə Bayramova tərəfindən etiraz əlaməti olaraq Avropa İttifaqı və Ukrayna bayraqlarının çəkilməsi olmuşdur. Bununla belə, 2 iyul 2022-ci ildə Samirə Bayuramova başqa fəallarla birlikdə Marneuli şəhərində „Şin evropisken“ (Avropaya - evimizdə doğru) məlumat xarakterli kampaniya apararkən Meriya və Sakrebulo əməkdaşları ona hücum çəkdilər və onu təhqir etdilər. Təəssüflər olsun ki, qeyd olunan fakta da hüquqi reaksiya verilmədi.
Samirə Bayramovanın mənzili yanında bu gün baş verən hadisələri, o cümlədən 2022-ci il baharında edilən təhdid epizodlarını və baş verən hadisənin həmin epizodlarla əlaqəsi olduğu ehtimalını, fərqli baxışlarını və etnik identliyini nəzərə alaraq, vaxtlı istintaqa və hüquqi reaksiyaya ehtiyac vardır.
Hüquq mühafizə orqanlarının bu növ hərəkətlərin müxtəlif qrupların sosialca bərabər yaşamaları, bərabərlik və vətəndaş inteqrasiya prosesə xələl gətirdiyini dərk etmələri olduqca əhəmiyyətlidir. Samirə Bayramova illərdir ki, fəallıqla məşğuldur. Kvemo kartli bölgəsində qadınların sosial və siyasi gücləndirilməsi üçün işləyir. Əlbəttə ki, onunla bu cür rəftarlar təhlükəsiz şəraitdə işləmək imkanını əlindən alır. Oxşar hallar haqqında hüquq mühafizəçi orqanları effektsiz reaksiyası cəzalanmamaq sindromunu yaratmaqla yanaşı müdafiəsizlik mühiti də yaradır, habelə başqa fəalların fəaliyyətlərini də dondurur. Bu isə etnik azlıqlarla kompakt məskunlaşmış bölgələr üçün xüsusilə ağır olacaqdır, o bölgələrdə ki, orda demokratik proseslər Dövlət siyasəti ilə bağlı sistemli problemlərə görə onsuz da zəifdir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sosial Ədalət Mərkəzi Samirə Bayramovaya həmrəyliyini bildirir və Daxili İşlər Nazirliyini,
Təlimat