[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

QADıN HüQUQLARı / Bəyənat

Sosial Ədalət Mərkəzi 14 yaşlı Aytac Şahmirovanın  qətli  və məcburi nikah işinə qoşuldu

Sosial Ədalət Mərkəzi 6 oktyabr 2023-cü ildə 14 yaşlı Aytac Şahmirovanın amansız qətli və məcburi nikah işində zərər çəkənin hüquqi varisi, öldürülənin atası, İsa Şahmirovun maraqlarını qoruyacaqdır.

18 oktyabrda Kvemo kartli Prokurorluğu və Kaxeti Prokurorluğunun qərarına müvafiq olaraq, Aytacın atası, İsa Şahmirov zərərçəkənin hüquqi varisi kimi tanındı və ona cinayət işi ilə bağlı materiallarla tanış olmaq imkanı verildi.

İşin materialları ilə tam şəkildə tanış olduqdan sonra, ən tez müddətdə Sosial Ədalət Mərkəzi ictimaiyyətlə cari iş haqqında detallı informasiyanı bölüşəcəkdir.

  • İstintaq tərəfindən üzərə çıxarılan əhəmiyyətli faktiki hallar

6 oktyabr 2023-cü ildə, Saqareco bələdiyyəsinin Ləmbəli kəndində, 27 yaşlı Alim Sadiqov odlu silahdan dəfələrlə atəş açaraq 14 yaşlı Aytac Şahmirovanı qətlə yetirdi. Aytac Alimlə 2023-cü ilin iyunundan etibarən nikahda idi.

Aytac Şahmirovanın gender əlamətilə dözümsüzlük nəticəsindəki qətli, habelə azadlıqdan qanunsuz şəkildə məhrum edilmə və odlu silahı qanunazidd şəkildə üzərində gəzdirmək faktı ilə bağlı Kaxeti Polis Departamenti istintaqa başlamış və tezliklə gizlənməkdə olan Alim Sadiqov saxlanılmışdır. Cinayəti xəbər vermədikləri üçün əmisi və əmisi oğlu da həbs edilibdir.

Bununla belə, Aytac Şahmirovanın məcburi nikahı və cinayəti gizlətmək faktı ilə bağlı 6 oktyabr 2023-cü ildə Kvemo kartli Polis Departamenti də istintaqa başlamışdır. İstintaq çərçivəsində qətlə yetirilən uşağın anası və dayısı saxlanıldı.

Hər biri barəsində həbs qətimkan tədbiri qəbul edildi.

Bu vaxta qədər, cari istintaq materiallarından məlum olduğu kimi, Aytac Şahmirova Dmanisi bələdiyyəsinin Huseynkəndində yaşayır və Qarabulaq kəndinin ictimai məktəbinin 9-cu sinifindən oxuyurdu.

2023-cü ilin iyununda, 14 yaşlı qızı 27 yaşlı Alim Sadiqov, evlənmək məqsədilə qaçırmış və azadlıqdan məhrum etmişdir. İstintaqın verilmişlərilə, Aytac Şahmirova və Alim Sadıqov adaxlı idilər, lakin Sadıqov qızı yetkinlik yaşına çatmamış evlənmək məqsədilə qaçırtdı. 2023-cü ilin iyununda, o Aytacı əmisi Əhliman Aslanovun evinə apardı və onu azadlıqdan məhrum etdi. Həmin gün, Aytac Aslanovun evindən qaçmağı bacarsa da öz ailə üzvləri onu bir neçə saatdan sonra geri qaytardılar və böyük ehtimalla Sadıqovla evlənməyi məcbur etdilər.

Cinayət işi materiallarından məlum olduğu kimi, 6 oktyabr 2023-cü ildə Sadıqov Aytac Şahmirovanı əmisi Əhliman Aslanovun evina apardı və 2023-cü ilin iyununda hardan qaçdığını göstərməsini istədi. Aytac Şahmirova müqəssirə evdən necə qaçdığını göstərdi və bu halda Sadıqov mülkiyyətində olan odlu silahdan qızı nişan alaraq bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçdı. Aytac Şahmirova aldığı yaralar nəticəsində yerindəcə keçindi.

İşin materiallarına görə, Sadıqov qətldən bir neçə həftə əvvəl odlu silah aldı və qanunazidd şəkildə üzərində gəsdirirdi. Bu hallar Alim Sadıqovun əməlinin əvvəlcədən düşünülmüş olduğuna işarə edir.

  • İstintaq tərəfindən xüsusi araşdırılmanı tələb edən hallar

İstintaqın materiallarına əsasən, Aytac Şahmirovaya qarşı cinsi xarakterli cinayət törədilməsi haqqında şübhələr yaranır. Araşdırma bu istiqamətdə irəliləməli və bütün faktlar eyniləşdirilməlidir.

Aytac Şahmirovanın işi ilə bağlı müxtəlif Dövlət idarələrinin, xüsusilə də məktəb administrasiyasının məsuliyyəti məsələsi qaldırılmalıdır.

Bu işdə qabaqlayıcı öhdəliklərinin yerinə yetirilməsi hissəsində Daxili İşlər Nazirliyinin rolu və məsuliyyətlərini, o cümlədən, istintaq yerli polisin adaxlanma ilə bağlı xəbərinin olub-olmaması və məcburi nikahın, habelə başqa cinayətlərin qarşısını almaq üçün nə kimi tədbirlər gördüyü məsələsilə maraqlanmalıdır.

  • Uşaq nikahına qarşı mübarizə siyasətinin çağırışları

14 yaşlı qızın amansızca öldürülməsi məsələsi femisid, məcburi nikah və qadınlara qarşı zorakılıq praktikasına Dövlətin reaksiyasının yenə də qeyri-effektli olduğunu göstərir. Vəziyyət etnik azlıqlarla kompakt şəkildə məskunlaşmış, Dövlətin vətəndaşlara qarşı öhdəliklərini lazımınca yerinə yetirmədiyi və sosial kənarlaşdırılma, fəaliyyətsizlik praktikaları ilə fərqlənən bölgələrdə daha da ağırdır.

Bir çox sosial amilə görə, bu bölgələrdə polisin işləməsi də zəif və səthidir. Polis etimad qazanmaqda çətinlik çəkir. Qadınlara qarşı zorakılıq siyasətində lazımınca yer tutmayan sosial qayğı xidmətləri və müvafiq dəstəkləyici alətlər isə, etnik azlıqlar icmasında ikiqat zəif və effektsizdir.

Qadınlara qarşı zorakılıqla mübarizə siyasətinin sərtləşdirilməsinə baxmayaraq, məcburi nikaha effektli reaksiya ədalətli ədalət mühakiməsinə nail olmaq yenə də problemdir. İşlərin böyük hissəsində istintaqa xitam verilir. Təqsirkar şəxslərlə isə prosesual razılaşmalar bağlanır. Bu zərərli sosial praktikanı yenmək üçün qəbul edilən, məcburi nikah və başqa gender zorakılığı praktikasının strukturlu sosial, iqtisadi, mədəni səbəblərinə qarşı çıxacaq sistemli qabaqlayıcı ölçülər isə yenə də zəif və fraqmental xarakter daşıyır. Polis, sosial müdafiə və təhsil sistemlərində referirləşmə üzərində məsuliyyət daşıyan şəxslərin uşaq yaşında nikahı üzərə çıxarmaq indikatorları, prosedurları və öhdəlikləri haqqındakı təfəkkürləri heç bir tənqidə davam gətirə bilmir.

  • İlkin tələblər

Yuxarıda qeyd olunanı nəzərə alaraq, Sosial Ədalət Mərkəzi Gürcüstan Daxili İşlər Nazirliyini və Prokurorluğu

  • 14 yaşlı Aytac Şahmirovanın işini hərtərəfli, tam və obyektiv araşdırmağa;
  • Baş verən qətl hadisəsinin arxasında üzə çıxan ehtimal edilən cinayətləri, o cümlədən azadlıqdan qanunsuz məhrum etmək, yetkinlik yaşına çatmamış şəxsi zorlamaq və cinayəti xəbər verməmək maddələrilə istintaqı başlatmağa və bu epizodda təqsirkarların hamısını vaxtlı eyniləşdirməyə;
  • Aytac Şahmirovaya qarşı mövcud olan zorakılıq faktları haqqında məlumatları olacaq Dövlət idarələrinin üzə çıxarılması və onlara qarşı müvafiq hüquqi prosedurların həyata keçirilməsinə; Təhsil müəssisələri və yerli polisin hərəkətlərini;
  • Etnik azlıqlarla kompakt məskunlaşmış bölgələrdə işləməyin, xüsusilə də uşaq və qadınlara qarşı zorakılıq sahəsində polisin fəaliyyətinin effektliyinin qiymətləndirməyə

  1. Uşaq nikahı və qızlara, qadınlara qarşı zorakılığın strukturlu səbəblərini araşdıracaq;
  2. Zorakılıq, qızlara və qadınlara qarşı qısnamağın effektli qabaqlayıcı istiqamətində polisin, sosial və təhsil idarələrinin relevatnlığını artıracaq

əsaslı dəyişikliklərə yönəlmiş islahatlara çağırır.

Yaxın gələcəkdə Sosial Ədalət Mərkəzi istintaqın icraatının kamil surətdə qiymətləndirilməsini təqdim edəcəkdir.

İşlə bağlı yüksək ictimai marağı nəzərə alaraq, biz cəmiyyətə istintaqın aparılması və işdə üzərə çıxan yeni hallar haqqında vaxtaşırı məlumat verəcəyik.

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“