საერთო ცხელი ხაზი +995 577 07 05 63
Hər kəsin layiqli yaşayış şəraitinə sahib olmaq hüququ var. Gürcüstan Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəs sağlamlığı üçün təhlükəsiz mühitdə yaşamaq hüququna sahibdir. “Ətraf mühitə dair məlumatların əldə edilməsi, ətraf mühitə aid məsələlərdə ictimaiyyətin iştirakı və ədalət mühakiməsinə çatımın haqqında” konvensiyanın preambulasına əsasən, ətra mühitin adekvat mühafizəsi insanların rifahı və hüquqlarının qorunması, o cümlədən yaşam hüququnun qorunması baxımdan mühüm rol oynayır.
Bolnisi bələdiyyəsinin Savaneti kəndində yaşayış məntəqəsinın yaxınlığında, “Savaneti 99” MMC toyuq ferması fəaliyyət göstərməkdədir. Bu səbəbdən, kəndlilər illərdir ağır şəraitdə yaşamalı olublar. Fermaya bitişik açıq əraziyə çoxlu miqdarda toyuq nəcisi və digər tullantılar atıldığından, fermadan bütün kəndə dözülməz qoxu və milçək yayılırdı.
Yerli fəalların dəvəti ilə Sosial Ədalət Mərkəzinin nümayəndələri Savaneti kəndində olublar.
Sosial Ədalət Mərkəzinin hüquqşünası Tatia Kaçarava bildirir ki: - “Açıq ərazidən sərbəst istifadə imkanı əhalinin əlindən praktiki olaraq alınmışdı. Kənddəki bu vəziyyət yaşayış mühiti və sağlamlıq üçün zərərli vəziyyət yaratmaqla yanaşı, yerli əhalinin ləyaqətini alçaldan sosial ab-hava da yaratmışdır”.
Yerli əhali üçün layiqli yaşayış mühitinin yaradılması məqsədilə, USAİD-in qanunun aliliyi proqramı çərçivəsində, Sosial Ədalət Mərkəzi icma fəalları ilə razılaşaraq Gürcüstanın Milli Ərzaq Agentliyinə və Gürcüstanın Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf mühitə nəzarət şöbəsinə yazılı bildirişlər göndərib. Həmin müraciətlər əsasında hər iki xidmət tərəfindən təsərrüfatda yoxlama işləri aparılıb, tullantıların idarə olunması ilə bağlı uyğunsuzluqlar və gigiyena qaydalarının pozulması halları müəyyən edilib, müəssisəyə cərimə tətbiq edilib və ərazinin dezinfeksiya edilməsi, tullantıların idarə olunması və zərərsizləşdirilməsi qaydaları ilə bağlı yeni göstərişlər verilib.
“Sentyabr ayında vəziyyəti yoxlamaq üçün Savanetidəki fermanı əhatə edən əraziyə yenidən baş çəkdik.Qeyd etmək istərdim ki, sözügedən ərazidə vəziyyət xeyli yaxşılaşıb, ərazi təmizlənib, dezinfeksiya edilib, qoxu yox olub, milçəklərin sayı isə hiss ediləbiləcək dərəcədə azalıb. Ərazidə kimyəvi təmizliyin həyata keçirildiyi hiss olunur."- Sosial Ədalət Mərkəzinin hüquqşünası Tatia Kaçarava bildirir.
Bizimlə söhbətdə təsərrüfata yaxın yaşayan ailələr də təsdiqlədilər ki, şirkət yay boyu yaxınlıqdakı əraziləri və ümumilikdə kəndin küçələrini dezinfeksiya edib, onların bildirdiklərinə görə çox isti yay günlərində qoxunun hələ də hiss olunmasına baxmayaraq, ümumi olaraq, kənddəki vəziyyət həqiqətən də yaxşılaşıb.
Alqışa layiq haldır ki, nəzarət orqanlarının bu işdə iştirakı effektiv oldu və şirkət gigiyena normalarına və tullantıların idarə edilməsi qaydalarına əməl etməyə başladı.
Sosial Ədalət Mərkəzi USAID-in Qanunun aliliyi proqramının dəstəyi ilə Savanetidə vəziyyətin monitorinqini, yerli ictimaiyyətlə əlaqəni və lazım gəldikdə əhalinin hüquqlarının müdafiəsi üçün təbliğat prosesini davam etdirir.
Təlimat