საერთო ცხელი ხაზი +995 577 07 05 63
Bu gün ölkəmizin Parlamentində böyük rus divarı tikmək niyyətindədirlər. Divarın məqsədi, Gürcüstanı Avropadan ayırmaqdır. Parlamentdə bir neçə dəqiqə sonra müzakirə ediləcək rus qanunlayihəsi, bir gürcü xalqı kimi, bir-birimizi və ölkəmizi gücləndirmək imkanını əlimizdən alır. Bu qanunlayihəsilə Parlament bizi çuğulluq və respressiya dövrünə qaytarır.
Rus qanunu dost ölkələri və onların etdikləri yardımı düşmən qələminə verir, Gürcüstan əhalisi və demokratiyasına verdikləri dəstəyi isə təhlükə kimi elan edir.
Bu qanun Avropa İttifaqında qadağandır. Avropa İttifaqı bir qanunun ittifaqın üzvlüyünə zidd olduğunu birbaşa bildirir. Hazırda, bu dəyişkən və düşmənçi geosiyasi bir reaalıqda, Avropa İttifaqı ilə yaxınlaşmaq ölkəmizin təhlükəsizliyi və sülhünün, sosial - iqtisadi rifahının və demokratik inkişafının zəmanətidir.
Bu gün və gələcəkdə rus qanununa dəstək verən Parlamentin hər bir üzvü Avropa İttifaqına üzvlük perspektivimizin itirilməsi üzrə məsuliyyət daşıyacaqdır.
Gürcü xalqı Konstitusiyada avropa rifahını və təhlükəsizliyini seçdiyinə dair iradəmizi təsbit etdik. Avropa yolu ilə inkişaf etməyimiz əcdadlarımızın seçimidir. Rus qanunu Gürcüstanın seçimi deyil. Rus qanununa yox!
Təlimat