[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

BAşQA / Bəyənat

Rusiya qanunu Gürcüstanın seçimi deyil

Biz, Gürcüstan vətəndaşları Parlament sədrinin, çoxluğun digər üzvlərinin dəstəklədiyi, Parlament çoxluğu üzvlərinin xarici təsir agentləri haqqında təklif etdiyi qanun layihəsinə qarşı çıxırıq. Hesab edirik ki, bu Rusiya qanununun qəbulu cəhdi təkcə azad vətəndaş cəmiyyətinə və müstəqil mətbuata qarşı deyil, həm də Gürcüstan əhalisinə qarşı yönəlib.

Bu qanun zorakılıq qurbanı olan uşaqların və qadınların, fiziki imkanları məhdud şəxslərin, azlıqların, alimlərin, fəhlələrin və gənclərin müdafiəsiz vəziyyətdə qalmasını təmin etmək məqsədi daşıyır; Aztəminatlı ailələrə, fermerlərə, mədənçilərə, qanunsuz olaraq işdən çıxarılanlara, qaçqınlara, evsizlərə, azadlığı məhdudlaşdırılanlara və hüquqları uğrunda mübarizə aparan digər insanlara yardım göstərməməkdir; Dağlıq və digər bölgələrdə yaşayan, ancaq yerli, müstəqil media vasitəsilə xalqa öz ağır vəziyyətini çatdıran insanların səsini işıqlandırmamaqdır.

Bu qanun layihəsi ictimai təşkilatların və müstəqil medianın öyrənib ictimailəşdirdiyi yüzlərlə zorakılıq, rüşvətxorluq, qanunsuzluq və seçmə qanun faktlarına cavabdır.

Rusiyada analoji qanun qəbul oldunduqdan sonra çox təşkilatlar onun icrasından imtina edib və bağlanıb. Fəaliyyət göstərməyə davam edənlər isə artan nəzarət, sıxışdırılma və repressiyaların qurbanı olublar. Rusiya qanunu bizim onilliklər boyu mübarizə apardığımız Gürcüstanın seçimi deyil.

Bu qanun layihəsinin qəbulu gürcülərin əsas dəyərlərinə - ləyaqət hissi, müstəqillik və vətəndaş həmrəyliyinə hücum olacaq. Bundan əlavə, qanun layihəsinin qəbulu ölkənin Avropaya inteqrasiyası prosesinə ciddi ziyan vuracaq, Gürcüstanın üzv ölkələrin heç birində analoji qanun olmayan Avropa İttifaqına üzvlük istiqamətində irəliləyişinə mane olacaq.

Eyni zamanda, Gürcüstanın yüz minlərlə vətəndaşına hədsiz dərəcədə zərər vurmadan bu qanunun icrası mümkün olmayacaq.

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“