[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

ETNIK AZLıQLAR / MəQALə

Pandemiyanın effekti: Dövlət Marneulidə vətəndaşlarla görüşərkən

Tea Kamushadze

Giriş

 Bir qlobal hadisə kimi Kovid pandemiyası ictimai həyatın bütün sahələrinə sirayət etdi və demək olar ki, müasir gürcü cəmiyyətinin üzləşdiyi çətinlikləri və problemləri daha yaxşı üzərə çıxarmış oldu. Kovid pandemiyasının virusla birlikdə gətirdiyi şey Dövlət qurumları ilə birbaşa ünsiyyət və həmin ünsiyyətdən doğan təəssüratlar oldu.  Pandemiya əslində Dövlətin böhran hallardakı rolunu, onun zəif və nöqsanlı tərəflərini göstərdi.   Ölkədə əhəmiyyətli qərarları alan və həmin qərarların icraçısı hökumət idi (Lehtinen M & Brunila T 2021).  Pandemiyanın idarəsi şəraitində, dövlət, vətəndaşlar üçün  daha çox hissedilən və konkret oldu (Nyers 2006).  İctimaiyyətin ayrıca qrupları tərəfindən  hakimiyyətin qavrayışı problemləri məhz elə bu vaxt özünü göstərdi.  Bunu, əvvəllər belə bir təcrübəsi olmayan vətəndaşlar nisbətən kəskin şəkildə yaşamış oldular.   Sovet ittifaqının süqutundan sonra, müxtəlif ictimai qruplar üçün Dövlət anlayışı fərqli məzmunlarla yükləndi və təzadlı təcrübə kimi formalaşdı.  Müstəqil gürcü dövləti isə vətəndaşlarını bərabərlik və bərabərhüquqluluq imkanlarına inandıra bilmədi (Zviadadze, Cişkariani 2018).  Pandemiyanın idarəsi şəraitində  etnik azlıqlarla məskunlaşmış iki rayon Marneuli və Bolnisi qapandıqda bərabərlik məsələsi bütün kəskinliyi ilə üzərə çıxdı.Kovid pandemiyası şəraitində bərabərliyi təmin etmək, öz vətəndaşları ilə kommunikasiya yollarının axtarışı və virusun yayılmasının qarşısını almaq Dövlətin özünülustrasiya formasına çevrildi.  Bu hal bizə etnik azlıqların inteqrasiyasının mürəkkəb və uzunmüddətli yolu, Dövlətin zəiflikləri və müəyyən hallarda, vətəndaşlarını qorumaq bacarıqlarının olmaması barədə danışmaq imkanını verir.  Pandemiya şəraitində elan edilən karantin zonaları ilə yaxından tanışlıq virusla birlikdə yad kimi qeydə alınanların xüsusiyyətlərini də göstərəcəkdir.

   Məqalədə məqsəd pandemiya dövründə Dövlətin rolunu üzərə çıxarmaq, azərbaycanlılar icması tərəfindən Dövlətin qəbul etdiyi  ayrıca qərarlar və fəaliyyətlərin necə qavranıldığını göstərməkdir. Bu məsələlər haqqında müzakirə etmək üçün konkret, Marneulidə inkişaf edən hadisələrdən misallar gətirəcəm. Onların köməyilə, böhran müddətincə, əhalinin hakimiyyətdən nələr gözlədiyini və nəyə nail ola bildiyini təsvir edəcəm; virus təhlükəsini dərk etmək gürcü ictimaiyyətində nələri göstərdi və pandemiyanın yenidən və daha kəskin şəkildə gündəliyə gətirdiyi problemlərin öhdəsindən ümumiyyətlə necə gəldik.  Məqalədə, bir ərazi kimi yerin konseptualizasiyasına cəhd edəcəyəm. Maraqlıdır ki, o, bölgə və ölkə miqyasında nə ilə fərqlənir? Marneulini pandemiyanın ilk mərhələsindəcə niyə qapatdılar (23/3/2020)? Bir yer kimi Marneulinin  gürcü, erməni və azərbaycanlı cəmiyyətlərində qavrayışı necədir. Özümüz və “başqası” haqda təsəvvürlərimizi necə formalaşdırır. Dövlətin bu bələdiyyənin qapamasının məntiqi haqqında danışacağıq. Dövlət tərəfindən Marneuli və Bolnisinin karantin zonaları elan edilməsi nə qədər labüd və qanunauyğun idi. Burdaca, bu məqamın “müharibə vəziyyəti” kimi konseptualizasiyası  və  pandemiya şəraitində  güc nümayişini siyasi ontologiyanın bir hissəsinə çevirməyin nə qədər  doğru olması maraqlıdır.  Dövlət təşvişi idarə etmək üçün müharibə effektindən istifadə etməyə necə çalışır? Beləliklə, ümumi təşviş və çarəsizlik hissi, qorxu şəklini alır və o, daha asand idarə edilir. Letinen və Brunila,   Pandemiyanın siyasi ontologiyası haqqındakı ortaq məqalələrində, Dövlətin bizi müharibə ontologiyasından istifadə edərək irqi təzahüratlara tərəf necə apardığını göstərməyə çalışırlar. Bu zaman Dövlət virusla birlikdə,  başqa millətin nümayəndələrini və müxtəlif azlıqları da “düşmən” və “təhlükə” kimi qələmə verir  (Lehtinen M & Brunila T 2021).

Məqalədə əhalinin bağlanmağa və məhdudiyyətlərin tətbiqinə qarşı bəslədikləri reaksiyasını da müzakirə edəcəyəm. Rayon əhalisi öz narazılığını bildirmək üçün etirazın hansı formasından istifadə etdi. Həmin etiraz nə qədər təşkilatlı idi və bu təşəbbüs nə kimi nəticələr verdi. Məqalədə əhalinin pandemiya ilə, dövlət reqlamentləri ilə yaşamaq üçün uyğunlaşma yolları barədə də danışacağam.  Burdaca azərbaycanlılar icması üçün ən əhəmiyətli ənənəvi ünsürü- toya da toxunacağam ki, pandemiya şəraitində məhdudlaşdırılmış idi. Müvafiq olaraq, “gizli” toylar keçirmək, pandemiyanın müəyyən mərhələsindən irəli gələrək, etirazın başqa formaları ilə birlikdə,  Dövlət sanksiyalarına qarşı bir növ cavab kimi, reaksiya kimi qəbul edə bilərik.  Məqalənin yekun hissəsində  Marneulidə pandemiya ilə birlikdə Dövlətin görünməsindən əldə etdiyimiz təcrübələri uzlaşdıracağıq. Azərbaycanlı icmasının gürcü inteqrasiyası prosesi haqqında, pandemiya reallığının bir hissəsi kimi, müzakirə aparacağıq.

Araşdırmanın metodologiyası

 Araşdırmanın metodologiyasına gəldikdə, o, həm səyyar etnoqrafik tədqiqatı, həm də mövcud elmi və dövri nəşrin müzakirəsini əhatə edir.  Xüsusi araşdırma üçün  pandemiya dövründə dövlət və vətəndaşlar arasında bir növ “vasitəçilər” rolunu oynayan insanlarla səkkiz dərin müsahibə apardım. Müsahiblərim, pandemiya şəraitində,  Marneuli əhalisinin narahatçılıqları barədə yüksəkdən danışır və demək olar ki, yerli icma və gürcü ictimaiyyəti arasında o cümlədən pozulmuş kommunikasiyadan qaynaqlanan zərəri bir növ tənzimləyirdilər.  Pandemiyadan qısa bir müddətdə kovidreallığın Gürcüstanın azlıqlarla məskunlaşmış  rayonlarından birində nə kimi duyğular və  təcrübələr yaratdığını onlardan öyrənəcəyik. Müsahiblərim həm də müasir gürcü dövlət tarixini bizimlə birlikdə yazan qəhrəmanlardırlar.  Qeyd etməliyəm ki, bütün müsahibələr gürcü dilində qeydə alınıb.  8 müsahibdən 6-sı azərbaycanlıdır.  Onlar gürcü dilini uşaqlıqdan deyil, sonra öyrənmişlər. Yerdə qalan ikisi etnik gürcü və erməni respondentlərdir. Onlar bu rayonda etnik azlığı təşkil edirlər. Altı etnik azərbaycanlı müsahibdən yalnız biri Marneulidə yaşamır, lakin öz aktivist fəaliyyəti ilə Marneuli ilə sıx əlaqəsi var.  Burdaca qeyd etmək istəyirəm ki,  bu məsələləri pandemiya bitdikdən sonra başlasam da ixtisasımdan və gündəlik işgüzar təcrübəmdən irəli gələrək, 10 ildən çoxdur ki, Gürcüstanda yaşayan azərbaycanlı icması ilə əməkdaşlıq edir və inteqrasiyanın mürəkkəb və ağrılı prosesini yaxından müşahidə edirəm. Bundan əlavə, Gürcüstanın azərbaycanlı və erməni vətəndaşlarına gürcü dili öyrədirəm. İllərlə TDU gürcü dili üzrə “1+4” proqramının, o cümlədən pandemiya dövründə belə, icrasında iştirak edirdim. Beləki, məqalədə təqdim edilən araşdırma şəxsi refleksiyalarıma da əsaslanır. Demək olar ki,  bu pandemiya əhvalatlarını nəql edən doqquzuncu adam özüməm.  Müsahiblərimin maksimum səmimiyyətini şərtləndirən odur ki, onların yarısını illərdir ki, şəxsən tanıyıram. Müsahibləri seçdikdə bir neçə amili nəzərə aldım.  Musahiblərin birbaşa Marneuli ilə əlaqədə olmaları ilə yanaşı hadisələri geniş perspektivlə göstərmək üçün onların fərqli təcrübələrini də nəzərə almağa çalışdım. Müsahiblərimdən biri pandemiya dövründə yerli hakimiyyətdə, Marneuli Meriyasında işləyirdi.  Beləki, o,  əhali üçün dövlət siyasətini həyata keçirən və həmin siyasətin nümayəndəsi idi.  Bunu nəzərə alaraq, onun fikirlərini əks etdirərkən adını dəyişərək təqdim edəcəyəm. Yerdə qalan müsahibləri isə, özlərinin icazələri ilə, mövzunun həssaslığına baxmayaraq, öz adları ilə göstərəcəyəm.

Etnoqrafik araşdırmadan əlavə, Marneuli rayon mərkəzində və kəndlərinə getməyi nəzədə tuturdu. İkidilli soğru kitabçası vasitəsilə  Marneulidə yaşayan 30 vətəndaş arasında sorğu apardım.  Açıq sualların köməyi ilə pandemiya və qapanma ilə bağlı onların təcrübələri haqqında öyrənə idim.  Bu sorğu ilə müsahiblərimin söylədikləri narrativləri “yoxlamaq” istəyirdim.

O ki qaldı, araşdırmanın nəzəri çərçivəsinə, verilmiş vəziyyət Ceyms Si Skotun təklif etdiyi Dövlət və lokal icmanın münasibətləri kontekstində Lecibiliti (Legibility) anlayışında yaxşı yerləşir. Bu termin azərbaycancaya fərqləndirmək/oxunmaq  kimi tərcümə edilə bilər.  Burda nəyinsə o qədər aydın olması nəzərdə tutulur ki, onu oxumaq və anlamaq mümkündür. Fərqləndirmək, dövlət sistemi – manipulyasiya və istismar üçün  vacib şərtdir.  Dövlət ayrıca əraziləri tam şəkildə idarə edə bilmədikdə, yerli əhalini başa düşə bilmədikdə, xalqın lokal xüsusiyyətlərini anlamadıqda və yenə də, cəhd etməyi davam etdirdikdə, bunun nəticələrindən, effektindən biri fərqləndirməyi artırmaq olur.  Ceyms Si Skot müxtəlif nümunə vasitəsilə Dövlət qurumlarının,  yüksək bir modern ideologiyalarını daşıyan qurumların hansısa bir zərurət adından (hazırda pandemiya adından) geniş əraziləri öz nəzarətləri altına almaları və nəzarətdə saxlamaları istəklərinin süqutundan danışır. Ceyms Si Skot dörd amilin kombinasiyasından bəhs edir. Həmin kombinasiyaya görə yüksək texnologiyalar (Pandemiya şəraitində,  icra rıçaqlarının Dövlətin əlində olan texnologiyalardan istifadə etmək gündəliyə gəlmişdi) yerli bilik və təcrübəyə qarşı çıxır. Həmin bilik və təcrübəni Skot qədim yunan mifologiyasından götürdüyü “Metis” kəlməsilə ifadə edir. Skot tərəfindən tətbiq edilən “Metis” termini yerli biliyə, empirik təcrübəyə əsaslanır, kompleksivdir və lokal ekosistemlə birgə yaşamağın unikal təzahürünü nəzərdə tutur. Bu eyni anda həm bilik, həm də biclikdir (Scott 2020). Pandemiya dövründə Dövlət  ölkənin oxuya bilmədiyi əraziləri bağladı. Burda onlara nəzarət etmək yolu ilə oxumaq/proqnozlaşdırmaq cəhdini görə bilərik. Pandemiya şəraitində, Dövlət cəmiyyətə və təbiətə nəzarət edən bir administrator kimi göründü. O, özünə əmindir, texnologiya tərəqqisinə, idarə etmək üçün isə fiziki gücə əsaslanır. O, nəzarətini şamil edə bilmədiyi, nisbətən “zəif” vətəndaş cəmiyyətini seçir. Dövlətin öz vətəndaşları ilə görüşdüyü 2020-ci ilin pandemiya reallığını belə görə bilər və belə təsvir edə bilərik.  

Kovidə ilk yoluxmuş şəxs və Dövlətin qərarları

 Bütün dünyada olduğu kimi, Gürcüstanda da yeni virusun, kovid-19-un meydana çıxması böyük müqavimətə və fərqli interpretasiyalara səbəb oldu.  Virusun mümkün ola biləcək yayılması haqqında məlumat Gürcüstanda 2020-ci ilin fevralın ortalarından gücləndi. Virusun yayılma dinamikası onun Gürcüstana da daxil olacağını məntiqini nəzərdə tutur. Distant tədris imkanları və virusun yayılmasının qarşısını almaq üçün başqa ölçülərin qəbul edilməsi üzrə ictimai diskussiyalar aparıldı. Uhanın qapadılması haqqında məlumat yayılırdı („Azadlıq radiosu“ 2020). Avropada, xüsusilə də İtaliyada yaranmış vəziyyət dramatik şəkildə və böyük gərginliklə işıqlandırılırdı (Kunçulia 2020; Matitaşvili 2020). Virus coğrafiyasının böyüməsilə birlikdə, Gürcüstana daxil olması daha da real görünürdü.  Lakin məsələ belə qaldırılmışdı ki – nə vaxt, harda və ilk kim olacaqdı?

 Gürcüstanın kovidə yoluxmuş ilk vətəndaşını üzərə çıxarmaq məhz yeni pandemiya reallığının başlanğıcına çevrildi. Kovidə yoluxmuş ilk pasientin aşkarlanması tibbi maraqları aşdı və geniş ictimai diskussiyalar mənbəyinə çevrildi. Kovidə yoluxmuş ilk pasient haqqında məlumat Gürcüstanda  26 fevralda yayıldı.Gürcüstan Səhiyyə Naziri bu hadisəyə xüsusi açıqlama ilə səsləşir və ölkə əhalisinə gözlənilən risklər barədə informasiya ötürür („Azadlıq radiosu“ 2020).  Hamı üçün yad, çətin qəbul edilən və dramatik olan yeni reallıq demək olar ki, məhz bu açıqlamadan irəli gəldi.  İlk pasientin məlum olması ilə birlikdə  Dövlət tərəfindən fəaliyyət planları və siyasətin  bir hissəsinə çevrilən təmayüllər üzərə çıxdı. Nəyi öyrəndik və həmin görüşdən nəyi xatırlaya bilərik:

  1. İlk virusa yoluxmuşun hərəkət trayektoriyası – Gürcüstan vətəndaşının İrana səyahəti və Azərbaycandan keçərək Gürcüstana qayıtması. Bu verilmişdən məlum oldu ki, virusa yoluxmuş Gürcüstan vətəndaşı etnik azərbaycanlı idi, yoluxduğu yer isə İran. O an etibarı  ilə İran İslam Respublikası mediamızda virus infeksiyasının ocağı kimi qələmə verilmişdi; İranla birbaşa sərhədimiz olmasa da, bu qonşu ölkə yenə də təhlükə kimi qəbul edilirdi.  
  2. Virusa yoluxmuş pasientin lokal icmasını müəyyənləşdirmək; ilk xəstə azərbaycanlı icmasından Gürcüstan vətəndaşı oldu. Gürcüstanda etnik azlıqla kompakt şəkildə yaşayırlar və onlar gürcü dilini az və yaxud ümumiyyətlə bilmirlər. Təəssüflər olsun ki, gürcü dilini bilməmək onları bir çox hallarda ölkədə baş verən hadisələrdən kənarda qoyur. Kovidə ilk yoluxanın 50 yaşlı azərbaycanlı kişisi olduğu məlum olduqda, bu onun üç qat yad və beləliklə, təhlükə kimi olması demək idi (etnik, dini mənşə və üstəlik virus). Həmin məlumatın yayılmasının arxasınca gürcü ictimaiyyətinin bir hissəsi tərəfindən ksenofobiya xarakterli fikirlər səsləndi.
  3. Epidemioloji vəziyyətin kəskinləşməsi gözləntisi və təmayülü – virusa ilk yoluxmuşun üzərə çıxarılması faktının rezonanslı olması dünyada təcrübə edilmiş qabaqlayıcı ölçülərin Gürcüstana gətirilməsi üçün zəmin yaradırdı: „Lokdaun“, Karantin zonası, Komendant saatı və s.

İlk pasientin aşkarlanması və şəxsiyyətini müəyyənləşdirməyin ardından virusun məhz elə azərbaycanlılar icmasında yayılacağı gözləntiləri yarandı. Bu gözləntini Dövlətin özü  Marneuli və Bolnisini qapamaqla formalaşdırır.

Sıravi bir vətəndaş kimi mənim üçün pandemiya dövründə ən kəskin təəssurat yaradan amil, televiziya vasitəsi ilə, Marneulinin girişində hərbçiləri və buraxılış məntəqəsini görmək oldu. Pandemiyanın müharibə ilə müqayisə etmək Dünya liderlərinin ritorika hissəsinə  çevrilmişdi, lakin hərbi hissələri, hansısa bir ərazini nəzarətə almaq üçün, cəlb etmək lokal səviyyədə reallığın qavrayışını mahiyyət etibarı ilə dəyişirdi.  Hərbçilərin vasitəsi ilə konkret bələdiyyənin yerdə qalan Gürcüstandan təcrid etmək, həm orda yaşayan insanları virusla eyniləşdirir, həm də orda yaşayan insanlarda  bir  “özgə” kimi tərk edilmək, cəzalandırmaq hissi yaradırdı.  Hesab edirəm ki, hərbi hissələrdən  istifadə etmək və müharibə effektini yaratmaq nifrət nitqinin aktivləşməsinə və ölkə miqyasında güclənməsinə xidmət edirdi.

Dövlətin qərarı və Marneulinin qapanması

Pandemiyanın elanından təxminən iki ay sonra, Marneulidə, İcma radiosunun ofisində Kamillaya baş çəkdim. Kamilla “Marneuli” radiosunun təsisçisidir. O, həm öz icmasının inteqrasiyası, həm də ölkənin inkişafı cəhətdən əhəmiyyətli iş gördüyünü düşünür. Kamilladan ilk soruşduqlarımdan biri  pandemiyanın elan edildiyi dövr və o vaxtları Marneulidə nələrin baş verdiyi oldu.  Kamilla  kovidin tamamilə inanılmaz olduğunu və ciddi qəbul edilmədiyini dedi. O ki qaldı səbəbləri araşdırmağa, Marneulinin bağlanması ilə əlaqədar onun öz düşüncəsi var.

Mənim öz qavrayışım var. Marneuli  [hadisələrin] mərkəzinə niyə düşdü, niyə inanmırdıq. Ona görə ki, Gürcüstanda nə olsa da azərbaycanlı icmasına bunun dəxli yoxdur, yəni hər gün nəsə olur, amma biz sadəcə uzaqdan baxırıq. Biz həmin hadisələrdən atılmışıq. Kovid vaxtı da belə bir qavrayış vardı – bütün bunlar hardasa uzaqda baş verir, Gürcüstanda da baş verirsə bizədək gələn deyil. Çünki onsuzda bizədək heç nə gəlmir. Əlaqə və psixoloji yaxınlıq mövcud deyil. Marneulili kənardadır, ayrıdır“ (Kamilla 2022).

O, Marneulinin qapanmasının müəyyən panika və qısnanma hissi doğurduğunu xatırladı. Bütün bunların məlumat qıtlığının müşayiət etdiyini və nəticədə dezinformasiyanın yayılması üçün münbit bir zəminin olduğunu vurğuladı. Nifrət nitqi də bir yandan alovlanmışdı və bu bir çox hesabatda öz yerini tutmuşdur (TDI). Ən çox dövlətin mağazalarınızı bağlayın və evinizdə oturun dediyində əhalinin keçirtdikləri hisslər yadındadır.

İzah etmək əvəzinə [Dövlət] mağazanı qapad, çörəyi və “Qreçkanı” mən gətirəcəyəm deyir. Bu insanlar heç kəsdən asılı deyildilər, Dövlətdən belə. Yeri gəlmişkən burdakı xalq Dövlətə ümid bəsləmir, onlar öz güclərinə qazandıqları pula ümid bəsləyirlər.  Dövlətsə qəfil mənim iştirakım olmayan şeyi qapad deyir“ (Kamila 2022).

Kamillanın müşahidəsilə, yerli sakinlərin Dövlətlə demək olar ki ünsiyyətləri yoxdur. Dövlətlə yeganə təmas yaş təqaüdünə çıxdıqdan sonra yaranır.[1]

Onun fikrincə əssas problem kommunikasiya qıtlığı və yaxud onun mövcud olmamasıdır. Təəssüf hissi ilə yerli hakimiyyətin icma radiosundan istifadə etmədiyini və kifayət qədər əməkdaşlıq etmədiyini qeyd etdi, halbuki radio rayonda üç dildə yayımçılıq edir. Onun fikrincə, pandemiya dövlətimizin inteqrasiya məsələlərində çox zəif olduğunu göstərdi. Dövlətin kommunikasiya problemi var və bu əhalidə ona qarşı etimadsızlıq yaradır.

2020-ci ilin aprel müsahibəsində Kamilla karantinə qarşı etirazın səbəblərini izah edir.  O,  Marneuli əhalisinin əksəriyyətinin işlə özünü təmin etdiyini  və onların fəaliyyətinin kənd təsərrüfatı ilə əlaqəli olduğunu deyir. Beləliklə, karantin ölçüləri və hərəkəti məhdudlaşdırmaqla, onlar xüsusilə zərər çəkdilər.

Bir çoxları aqrokreditlər alıb və bütün bunları kreditlərlə görüblər. Sadəcə ömürlərində ilk dəfə hökumətdən asılı qaldılar“ (Kamilla 2020).

Şəxsən yadımdadı ki, pamdeiya dövründə Dövlətin rəmzi karantin zonasının sərhədinə nəzarət edən əsgərlər və polislər oldular. Onlar „sərhəd yanına“  gedən adamlara “həddindən artıq” hərəkətlərinə görə irad bildirirdilər. Kamillanın xatırladığı kimi, buraxılış məntəqəsi yanında daima gərginlik yaşanırdı. Onun fikrincə, pandemiya dövründə Dövlət qayğı əvəzinə, əsasən nəzarət funksiyasını öz üzərinə götürdü.

 Dövlətin roluna qarşı, pandemiyanın idarəsilə bağlı, Kamran xüsusilə tənqidçidir. O, Tbilisidə QHT-də işləyir. Kamran öz diqqətamiz təcrübəsilə  etnik azlıqların hüquqlarının müdafiəsi işinə aktiv şəkildə qoşulmuşdur. Kamran, Marneuliyə nəinki işi ilə bağlıdır, həmçinin uşaqlıqda, yayları Ağməmmədlidə yaşayan bibisinin yanına tez-tez getdiyini xatırlayır. Onun təsəvvürü ilə, Marneuli etnik azərbaucanlılar üçün özünəməxsus bir mərkəzdir. Burda çayxana mədəniyyəti var, orda azərbaycan dilinin ən çox eşidildiyi və oranın azərbaycanlıların ən çox göründüyü yer  olduğunu deyir.  Onun fikrinə görə,  Gürcüstanda ilk və ən uzun müddətdə məhz elə Marneulinin qapanması təsadüfi deyildir.

Yəqin hakimiyyətdəkilər orda situasiyanı idarə edə bilməyəcəklərini düşünürdülər, o cümlədən dil manəesinə, etimad uçurumuna görə. Səhiyyə nazirinin danışdıqlarını ölkə əhalisinə əhalinin anlayacağı dildə çatdıran  medianın olmaması çətindir“ (Kamran, 2022).

Hökumətin bələdiyyəyə qarşı necə bir istehlakçı münasibət bəslədiyini göstərmək üçün Kamran konkret bir hadisəni xatırladı – o dövrün Baş-naziri Marneulinin girişinə gedərək, barikadların üstünə çıxdı və ordan bildirdi ki, Gürcüstan əhalisi narahat olmasın, Marneulidən kənd təsərrüfatı məhsullarını mütləq çıxaracaq və Gürcüstanın başqa bölgələrinə göndərəcəkdilər.  Onun xartırladığına əsasən ölkənin o vaxtkı birinci şəxsi marneulililərin səhhəti barədə, onları qorumaq və qeydinə qalmaq haqqında heç nə deməmişdir.

Dövlət sənin qeydinə qalmır [vətəndaşın], sağlamlığının qayğısını çəkmir,  istehsal etdiyin məhsulu çıxarmağın hayındadır, sənin deyil“ (Kamran 2022).

Onun sözlərinə görə,  Marneuli və Bolnisi qapandıqda, xalq virusun mövcud olmadığını düşünürdü, onlar gürcü informasiya sahəsində deyildilər. Doğrudur, Azərbaycan və Türk kanallarına baxırdılar, lakin  burda əsas olan oldur ki, gürcü və azərbaycanlı icması etni dalğada deyildir.  Lakin, Kamran ilk mərhələdə gürcüdilli cəmiyyətdə də kovidskepsisin olduğunu yaxşı xatırlayır.  

Dövlətin qayğıkeşdən çox, cəzalandırıcı olduğuna dair bir misalı da xatırlayır: Marneulinin kəndlərindən birindən ona kömək üçün müraciət edilər. Komendant saatı haqqında məlumatı olmayan və çörək almağa gedən bir kişini Dövlət 3000 lari ilə cərimələdi.  Kamranın xatırladığı kimi, Dövlətlə mübahisənin bu konkret faktı uğurla başa çatdırıldı, cəriməni ləğv etdirdi, lakin, onun təcrübəsinə görə, Marneulidə belə hallar az olmamalı idi.  Az qalsın bütün kəndlərdə bir və ya bir neçə adamla rastlaşırdı ki, onlar ya özləri cərimələnmişdilər, yaxud da, belə bir fakt haqqında məlumatları vardı. Cərimələrlə bağlı Samirə də xatırlayır ki, yaşlı bir  kişini biçənəkdə cərimələmişdilər.  Şaumyanda bir neçə kəndlisinin cərimələnmələri faktını Davit də gülümsəyərək xatırlayır, lakin onlar ödəmək haqqında heç düşünməyiblər belə və sonunda həmin cərimələr ləğv edilib.

 Pandemiya şəraitində ən çətin və yenilməz problem birmənalı şəkildə dil maneəsi idi və bu fakta müsahiblərin hamısı diqqət verir. Dövlətin qərarlarının və ölkənin birinci şəxslərinin çıxışlarının tərcümə edilməsinə baxmayaraq, bu kifayət deyildi. Bələdiyyədəki mövcud vəziyyətsə, informasiya cəhətdən, boşluq duyğusu yaradırdı. Dil maneəsi Marneulidə, karantin başa çatdıqdan sonra Dövlət tərəfindən elan edilən təzminatların almaq üçün bəyənatı doldurarkən özünü bir daha göstərmişdir. Dövlət pandemiya dövründə işinə xitam verənlərə kömək edirdi (Hökumətin №286 qərarı). 18 yaşadək uşaqlara bir dəfəlik maliyyə müavinəti almaq üçün ərizə gürcü dilində doldurulmalı idi (Hökumətin №286 qərarı). Dil manəesinə görə, bu fayda Gürcüstanın hər vətəndaşı üçün eynicür əlçatan olmayacaqdı. Kamran xatıralyır ki, o və təşkilatdan olan dostları 11 gündə Marneuli kəndlərindən 500 nəfəri qeydiyyatdan keçirdilər. Həmin insanlar özləri müstəqil şəkildə qeydiyyatdan keçə bilməyəcəkdilər.  

Gülgün demək olar ki, öz kəndində gürcücə sərbəst danışan yeganə adamır. Pandemiya başlayanda o universitetdə oxuyurdu. Qapalı Marneulidən “İndiqo” üçün yazdığı məktublardan oxuyuruq:

Bu gün səhər telefonuma mesaj gəldi. Hökumət bizdən karantin qaydalarına riayət etməyi tələb edir. Atam çağırdı ki, gəl gör nə yazırlar, tərcümə et. Ailədə məndən savayı gürcücə danışan yoxdur. Yazılanları qonşulara da mən dedim.

... Hökumətdən axşam yenə mesaj gəldi. Azərbaycanca. Atama səhər tərcümə etdiklərimi bu dəfə azərbaycanca yazmışdılar. İndi hamı anlayacaq (Gülgün 2020).

 Pandemiya  və karantin dövründə emosional cəhətdən yaşadıqlarını Gülgün indi qismən də olsa yumorla xatırlayır. O gürcü informasiya kanallarına, sosial şəbəkələrə baxa bilir və beləliklə,  sosial şəbəkələrdən Gürcüstanda yaşayan azərbaycanlılara və Marneulililərə qarşı söylənilən töhmətlər onun üçün xoşagəlməz və qıcıqlandrıcı idi. O vaxt çox narahat olsa da, onun fikrincə nifrət nitqini ifadə edən postları ayrıca maraqlı qruplar, botlar və trollar müəyyən məqsədlərlə yayırlar.  

Gülgünü illərdir ki tanıyıram, ancaq ona qonaq getmək, yalnız 2022-ci ilin oktyabrında qismət oldu. Onun Təkəli kəndi, Marneulinin mərkəzindən, Sadaxlıya doğru 27 kilometr uzaqlıqdadır. Mərkəzi yoldan sağa dönməlisən. Kənddə həyətlərin tamamilə tərəvəz istixanaları üçün istifadə edilməsi nəzərdən yayınmır. Həyətlərdə salınmış bostanlardan görünən məhsullar möhtəşəm idi. Gülgünün həyətində də lobya və xiyar tağları boy göstərirdi. Gülgün açıq və qapalı istixanalarda gündəlik, ağır, rutin işlər olduğunu başa saldı. Üç gündə bir maşın gələrək məhsulları onlardan alır. Kənddə olduqda ailəsinə tərəvəz toplamaqda kömək edir. Pandemiya dövrünü, o, əlbəttə ki, kənddə keçirdi.  Qonşuları tez-tez onlara gəlir və ondan bəzi şeyləri soruşur, dəqiqləşdirir və öz çətinliklərini də onunla bölüşürdülər. Müxtəlif təşkilatlar onunla əlaqə saxlayır və kənddə vəziyyətin necə olması ilə maraqlanırdılar. Bir dəfə Marneuli radiosundan əlaqə saxlayıb karantin şəraitində kənddəki əhalinin nədən narahat olduqlarını öyrənmək üçün videosorğu aparmağı xahiş etdilər.  Gülgündən sorğunun nəticələrini mənimlə paylaşmasını xahiş etdim. O vaxtları əhalini ən çox narahat olduğu və açıq danışdıqları məsələ məhsulu satmaq dərdi idi. Onun sözlərinə görə, kənd sakinləri əsasən kənd təsərrüfatı məhsullarından asılıdır.  İqtisadi cəhətdən əhali çox əziyyət çəkdi. Onların bir qismi kredit almışdı. Hamı məhsulu sata bilməməkdən şikayətlənirdi. Kənddə Marneulidə keçirilən etiraz aksiyalarda bir kimin iştirak etdiyi Gülgünün yadında deyil, ancaq etiraz aksiyasının keçirilməsi yaxşı yadındandır. Əlavə olaraq pandemiya dövründə üzərə çıxan problemlərdən də soruşdum.  Bir az düşünüb qadınlar daha çox yükləndilər, üzərlərinə daha çox iş düşdüyünü dedi. Bundan əlavə, onu müşahidəsinə görə, ayrıca hallarda, qadınlara qarşı zorakılıq da artdı, çünki kişilər əsasən evdə idilər və qıcıqlandıqları üçün aqressiv davranmağa başladılar.   

Etiraz və Marneulidəki etiraz aksiyaları

 Hardasa Marneuli və ən əsası, etirazın ifadəsindən söhbət gedirsə orda Samirə Bayramovanın adını mütləq eşidərsiniz. Samirəni hamı tanıyır, sosial şəbəkələrdə, siyasi partiyalarda və diplomatiya dairələrində belə. Öz aktiv, vətəndaş mövqeyi ilə o çoxdandır ki, geniş ictimaiyyətin diqqətini cəlb edə bilmişdir. Şəxsən mən pandemiyanın başlanğıc dövründən bəri sosial şəbəkələrdə onun postlarını yaxşı xatırlayıram. Özünü isə 2015-ci ildən bir fəal tələbə kimi tanıyıram.  Tələbə olduqda, Marneuliyə, məni öz ailəsinə Novruz bayramına necə dəvət etdiyi də yadımdadır. Bu o vaxtlar tələbəmdən qeyri-adi bir dəvət idi. Samirə həm Hökumətə, həm Dövlətə və  ümumiyyətlə gürcü ictimaiyyətinə qarşı da həmişə  üzə deyən və əsasən tənqididir. O  azərbaycanlı icmasının nümayəndələrinə və  QHT-lərə qarşı da amansızdır. Düşündüyünü və doğru hesab etdi şeyləri deyir.  Lazım olduqda radikal siyasi güclərin nümayəndələrinə qarşı çıxmaqdan da çəkinməyə bilir.  

2022-ci il 8 iyunda, cib telefonuna zəng edib görüş istəyərkən, Samirə bunu mühafizəylə razılaşdırmalı olduğunu dedi. Onu  radikal güclərin nümayəndələri təhdid etdikləri üçün polis mühafizə edirdi.  Samirə Marneulidə “Alt-info” ofisinin açılmasına etiraz etdi.  Ofisin pəncərələrini Ukrayna bayrağı rənglərinə boyadı. Bundan sonra ona qarşı içi  zorakılıq dolu təhdidlər gəldi. 2022-ci il 22 martda prokurorluq Samirəni zərərçəkən kimi tanıdı və xüsusi mühafizə proqramına cəlb etdi (Tskipurişvili 2022). Bütün bunları nəzərə alaraq, Samirə ilə Tbilisidə müvəqqəti yaşadığı evə yaxın, bütün qaydalara riayət edərək, vədləşdiyimiz vaxtda görüşdük.  

Kovid və Marneuli haqqında danışmazdan əvvəl, Samirədən zəhmət olmasa niyə beləsən, izah et deyə xahiş etdim. O, mülayimcə gülümsünərək erkən yaşlarından dəcəl, üsyankar olduğunu, itaətkar olmadığını söylədi. O qədər dəcəl imiş ki, ailəsi ictimai məktəbə belə aparmağa cürət etməmişdir. Özəl məktəbdə oxuyurmuş. Böyük bacısı ilə münasibətdə bu onun bir üstünlüyü olmuşdur.  Onun tərəfindən, üstünlükləri əldə etmək cəhdləri isə bir növ travmatik təcrübələrlə bağlıdır.  Ailəsində, icmasında olduğu kimi ilk qızdan sonra oğlanın doğulması arzu edilirdi. Birinci qızdan sonra yenə qız kimi dünyaya gəlmək xoş qarşılanmayıb. Xüsusilə də ata nənəsi üçün. Nənənin narazılığı o həddə çatır ki, uşağa bir müddət ad belə qoymurlar. Vəziyyəti bir o da ağırlaşdırır ki, həkimlər anasına dünyaya bir daha uşaq gətirə bilməyəcəyini deyirlər.  Ənənəvi cəmiyyətdə, o cümlədən gürcü cəmiyyətində də, oğlanın doğulmaması böyük problemdir. Bunları dinləyir və dinlədikcə heyrət məni bürüyürdü. Bütün bunları hardan bildiyini soruşdum. Anası bu əhvalatları qohumuna yarızarafat şəkildə nəql edərkən uşağın da buna qulaq asdığını və ona böyük təsir bağışlayacağını düşünməyibmiş.  Samirə balaca yaşlarından atası ilə dostluq edirdi, onun işlərindən daha yaxşı başı çıxırdı, nəinki anasının ev işlərindən.  Özünün xatırladığı kimi, demək olar ki oğlan kimi böyüyür və bununla bioloji qadınlığına bir növ “təzminat verilirdi”. Bir neçə ildən sonra möcüzə baş verdi və Samirənin anası uşaq gözləməyə başladı. Bu dəfə oğlan idi. Samirə xatırlayır ki, buna çox sevinmişdi, hələ ana bətnində olan körpənin adını özü seçir və adının öz adına uyğun  - Samir olacağını deyir. Uşaq dünyaya gəlir, ailə xoşbəxt idi, lakin təssüf ki, Samir tezliklə dünyasını dəyişir. Karıxmış halda niyə, nə üçün?! -deyə soruşuram.  Səbəb 90-cı illərdir. Kvemo kartli və bütün Gürcüstanı hərc-mərclik bürüyüb, həkim yanına getmək təhlükəlidir. Uşaq yoluxduğu virusa məğlub olur və ölür, kömək edə bilmirlər.  Bu hadisə Samirəni sarsıdır və ümumi hərc-mərcliyə görə ayrıca fərdin düçar olduğu aqibət barədə düşündürür. Nəhayət, Samirənin ailəsində yenə oğlan olur və böyüyür də. Lakin cinsiyyətin bu cür ənənəvi qavrayışı Samirə və ailəsi üçün travmatik təcrübə olaraq qalır. 90-cı illərin Gürcüstanında etnik azlıqlara qarşı üzə çıxan xoşa gəlməz fon da travmatik olaraq qalmaqdadır.[2]  Samirə deyir:

Təsəvvür et ki, kəndimdən Tbilisiyə gəlib ali təhsil alan ilk qız mən idim. Ona qədər Marneulidə oxuyur və ya Bakıya gedirdilər. Gürcü cəmiyyətinə daha aktiv mən qoşulmuşdum. Ailəmi indandırdım ki, gürcülərin hamısı zorakı deyildir. Bu qorxu bu gün də yaşamaqdadır[3]... Ailədə tələbələr varsa və gürcülərlə münasibətdədirlərsə, əlbəttə bu dəyişikliyə səbəb olur. Əmin oldular ki, gürcülər xain deyillər. Tbilisi təhlükəli şəhər deyil, normal ölkəyik və baş verənlər keçmişdə qaldı“ (Samirə, 2022).

Bir baxışdan, Samirənin fərdi, şəxsi təcrübəsi gürcü və azərbaycanlı icmaları arasında hiss ediləcək ağır yadlaşmanı mahiyyətcə izah edir. Təcridedilmə və Dövlətə qarşı xof, o Dövlətə qarşı ki, onları 90-cı illərin  qarışıqlığında qoruya bilmədi və nəsilləri hərc-mərcliyə məhkum etdi. Etnik azərbaycanlı əhalisinin yaddaşında bu obraz qismən bu gün də yaşayır.  Hansısa bir azərbaycanlı gənc, yalnız gürcülərlə münasibəti təcrübəsindən irəli gələrək, keçmişin xoşagəlməz xatirələrini unuda bilir.  

Gürcü cəmiyyətinin böyük hissəsində yayılmış düşüncəyə görə, Marneuli və ümumiyyətlə azlıqlarla məskunlaşmış rayonlar aktivliklə fərqlənmirlər. Narazılıqlarını az və yaxud, daha az şəkildə ifadə edirlər.  Ənənəvi olaraq bütün hakim partiyalar etnik azlıqların kompakt şəkildə yaşadıqları bölgələrdən səsləri asand əldə edəcəyinə inanır.  Ölkədə yəqin pandemiya şəraitindən Marneulinin etirazın əsas mərkəzi olacağını da heç kim gözləmirdi.  Pandemiya dövründə azərbaycanlı icması bir neçə və fərqli etiraz göstərdi. Kamran iki növ etirazı xatırlayır: Siqnal etirazı və fermerlərin permanent etiraz aksiyaları. Siqnal etirazı xüsusilə maraqlıdır. Həyətlərdə, küçələrdə dayanmış maşınlardan siqnal verərək, hərəkət hüququnu məhdudlaşdıran Dövlətə rəmzi bildiriş edirdilər. Bu daxildən gələn bir etiraz idi. Təəssüflər olsun ki, bu etiraz haqda yalnız onun təşkilatçılarını Dövlət Təhlükəsizlik Xidmətinin çağırdığını və xəbərdarlıq etdiyini öyrənə bildim. Həmin etirazın əhəmiyyəti və ciddiliyinə  bir o da dəlalət edir ki, çağırılan şahidlər sabotaj maddəsilə sorğu edildilər. O ki qaldı fermerlərin etirazına, o həm mediada, həm də cəmiyyətdə həqiqətən də böyük əks-sədaya səbəb oldu. Samirə, həmin aksiyaların təşkilatçıları olmadığını xatırlayır, ümumiyyətlə nümayiş halını da almamışdır. Qəzəblənmiş, narahat olmuş insanlar küçəyə axışıb bir tərəfdən Dövlətin təyin etdiyi inhisarçılığı (monopoliyanı) – Marneulidə kənd təsərrüfatı məhsullarının alınmasının eksklüziv olaraq yalnız bir konkret təşkilata verilməsinə, ikinci tərəfdən isə Marneulinin qapanmasına etiraz edirdilər. Kamillanın xatırladığı kimi, sıravi vətəndaşlar Marneulinin çıxışındakı “sərhədə” gedib tibbi ehtiyaclardan irəli gələrək Marneulidən çıxmalı olduqlarını desələr də buna icazə vermirdilər. Bu və ümumiyyətlə etirazın bildirilməsi barədə Meriyanın əməkdaşından soruşdum. Cənab Əli xalqın Meriyanın qarşısına necə toplandığını xatırladı, lakin o bu etirazların əsas qaynağı kimi Marneulini və marneuliləri virusun mənbəyi kimi görməkdən irəli gələn nifrət nitqinin olduğunu dedi. Fermerlərin aktivliyini bu işdə bir o qədər də təsirli görmədi. Onun qənaətincə toplantılar müxtəlif səbəblərdən irəli gələrək keçirilirdi, o cümlədən hansısa bir karantin zonasını tərk etmək tələbi ilə də. Meriyanın əməkdaşı xatırlayır ki, bu problemləri həll etmək üçün daha çox səy göstərməli olurdular, daha çox işləyirdilər. Onların üzərinə daha çox təzyiq düşürdü və ayrıca bir vətəndaşın problemini həll etmək üçün hər şey edirdilər.  Marneuli meriyasının fəaliyyəti ilə bağlı “Yutub” platformasına yüklənmiş bir video süjeti qeyd etməmək olmaz. Süjetin adı “Yeni korona virus dövründə Marneuli Merinin nümayəndələri necə işləyirlər”-dir. Videoda Marneuli merisinin nümayəndələri pandemiya dövründə artan funksiyaları və öhdəliklərinə düşən vəzifələri necə uğurla yerinə yetirdikləri barədə danışırlar. Videoda Meria nümayəndələrinin pensiyaçılara pensiyaları necə apardıqları, skrininq prosesinə qoşulmaları və ən əsası, kənd təsərrüfatı məhsullarının satışındakı iştiraklarından bəhs olunur. 6 dəqiqəlik videoda nəticə olaraq, ümumiyyətlə güclü bələdiyyə özünüidarəetmənin necə əhəmiyyətli olduğu deyilir (Georgian Media Club 2020).

Samirənin nəql etdiklərinə əsasən, xalqın narazılığına bir də müavinətlərin meriya tərəfindən ədalətli şəkildə paylanmaması hissi də səbəb olurdu. Onun eşitidiyi kimi, müəyyən hallarda, müavinətlər partiya əlaməti ilə paylanırdı, real ehtiyaclardan irəli gələrək deyil. Kəndlərin bir qismində su təchizatı da problemli idi. Gigiyenik normalara riayət etməkdən danışsalar da, əhalinin bir hissəsinin suyu yox idi. Buda ayrıca etiraza və narazılığıa səbəb olurdu.  Kamran kəndlərə getdiklərini və gigiyenik normalara riayət etməyə çağırdıqlarını xatırlayır. Kəndlərdən birində yaşlı qadın gündə beş dəfə su gətirsəniz riayət edərəm demişdir. Beləki, Marneulidə əhalinin müxtəlif səbəbləri olsa da, onların arasında ən əhəmiyyətlisi qida vasitələri ilə təmin etmək idi. Müsahiblər “Cibe” şirkətinin məhsulları çox ucuza almağa çalışdığını deyirlər.  Beləki, bu qiymət kənd əhalisinə böyük maddi zərər vurur və onların narazılığına bais olurdu. Bu mövzuda “Marneuli” radiosunun ofisində Kamilla ilə söhbət edərkən, əməkdaşlarından biri xatırladı ki, təklif olunan qiymət atasını elə əsəbiləşdirdi ki, çuğunduru torpaqdan çıxarmadan yeri traktorla əkdi.   Etiraz aksiyaları haqqında danışarkən, Kamilla Meriyanın qarşısına toplaşanların pafosunu göstərən fonu və cümləni xatırlayır:  „Bizi virus deyil, aclıq öldürəcək!“  Bu cümləni “Netqazeti” də başlıq olaraq verir. “Netqazeti”  30 martda Meriya qarşısında Marneuli əhalisinin toplanması haqqında məlumat yayır (Apriaşvili 2020).

Pandemiya dövründə Marneulidə icra edən etiraz aksiyaları barədə danışdıqda 21 mart 2021-ci ili xatırlamamaq olmaz. Təşkilatlanmış vətəndaşlar, Marneuli mərkəzində, Novruz bayramını nümayişkəranə şəkildə qeyd etdilər. Komendant saatı şəraitində,  Marneuli küçələrində, saat 9-dan sonra tonqal qalandı və bu da etnik və dini qrupları bərabər şəraitdə görməyən Dövlətə qarşı bir növ etiraz oldu. Sopio Zviadadze 2020-2021-ci illərdə,  pandemiyanın idarəsi şəraitlərində, Gürcüstanda baş verən hadisələri optik illuziya olaraq adlandırır. O, Dövlətin ayrıca dini qruplarına qarşı bəslədiyi tərəfkeşli münasibətlərdən danışır.

  6 yanvar 2021-ci ildə komendant məhdudiyyəti qaldırıldıqda, Gürcüstan azərbaycanlı icmasının Novruzun milli bayram kimi elan edilmək təşəbbüsünü Hökumət heç muzakirə belə etmədi. Bundan əlavə, icmanın bayramı qeyd etmək üçün komendantın bir saatlığına ləğv edilməsi təşəbbüsü də rədd cavab aldı.  

Hökumət azlıqlar və dominant dini (provoslav xrsitianlar) qruplara qarşı fərqli münasibət bəsləməsə idi, onun bu qərarı sadəcə requlyasiyaların möhkəm müdafiəsi kimi qiymətləndiriləcəkdi. Əslində isə taktiki ayrı-seçkiliklə üzləşdik. Hökumət komendant saatı müddətincə məhdudiyyətləri dəfələrlə qaldırdı, o cümlədən, dini bayramda, misal üçün Gürcüstan Provoslav Kilsəsi Pasxa bayramını qeyd edərkən“ (Zviadadze 2021).

Təbiidir ki, Novruzun milli bayram kimi tələb edilməsini pandemiya dövründə onlara qarşı ifadə edilən qıcıqlıq və qəbul edilməmək hissinə qarşı  azərbaycanlılar icmasının bir reaksiyası kimi də qəbul edə bilərik. Azərbaycandilli əhaliyə qarşı ifadə edilən qəzəb və onları virusla eyniləşdirmək, gürcü cəmiyyətinə inteqrasiya prosesini ləngitdi. Qeyd etmək lazımdır ki, Novruzu milli bayram kimi elan etmək ideyası və onu qeyd etmək üçün komendant saatını bir günlük ləğv etmək tələbi Samirəyə məxsusdur (Nerqadze 2021).  Onun apardığı Feysbuk kampaniyasının yaxşı xatırlayıram, bu komendant saatını pozmağı nəzərdə tuturdu. Qeyd etməliyik ki,  Samirənin bu təşəbbüsünü Tbilisidən olan fəallar geniş şəkildə dəstəklədilər, o cümlədən Marneuliyə gedib bayramı bir yerdə qeyd etdilər.

Marneulidə Novruz bayramını qeyd etmək Mariam üçün də  xüsusi hadisədir.  Novruzun qeyd edilməsi ilə bağlı olan müsbət duyğular uşaqlıqdan yaddaşına həkk olunmuşdur. Həqiqi yeni il bunun olduğunu, qışı yola salıb baharın gəlişini qeyd etməyimiz.  Onun sözlərinə görə, Novruza qədər havalar necə keçsə də, 21 martda yaxşı hava olacağını dəqiq bilirdi, çünki həqiqi bahar belə başlayırdı.  Mariam Marneulinin Demokratik İnkişafı Mərkəzində işləyir və ailəsi ilə birlikdə Tamarisi kəndinə yaşayır. İmkanının olmasına baxmayaraq Marneulidən başqa yerdə yaşayamağı düşünməyib. Onun üçün, hər şeylə birgə, etnik çoxluğun bir nümayəndəsi kimi etnik azlığın çoxluq təşkil etdiyi bir bələdiyyədə yaşamaq maraqlı hissdir.    

Mariam özünün uzunmüddətli təcrübəsi və fəaliyyətilə etnik azlıqların inteqrasiyası prosesinə fəal şəkildə qoşulmuşdur. Ofislərində həyata keçirdikləri layihələr haqqında çox danışdıq, o cümlədən kovidpandemiyası dövründən bəri.  Pandemiya məhdudiyyətləri şəraitində, onlar sosial şəbəkələrdən aktiv şəkildə istifadə edir və “Evdə qal - Marneulidən yayına qoşulmaq” adlı açıq qrup yaratdılar“ (https://www.facebook.com/groups/274468463543836). Həmin qrupun vasitəsilə, onlar ayrıca insanlar və ailələrin ehtiyacları haqqında məlumat alır və konkret problemləri həll etməyə qadir olan insanları onlarla əlaqələndirirdilər.  Bu platformada məlumat postları yayılırdı. Həmin qrupa Bələdiyyə nümayəndələrini də əlavə etmişdilər. Feysbuk qrupunun idarəsi ilə yanaşı, Mariam “Lokdaun” şəraitində, müvəqqəti olaraq, Teletidə yaşayan teleaparıcının əvəzinə Marneuli televiziyasında aparıcılıq da etməyə məcbur oldu.  Xahiş etdikdə Mariam dərhal razı oldu. Virusdan qorxmasına baxmayaraq, Televiziyaya hər gün gedirdi.  Bununla o zəruri və vacib məlumatın yayılmasında iştirak edirdi. Bunu nəzərə alaraq, Marneulidə baş verən etiraz aksiyalarının detallarını və problemlərin həll edilməsi cəhdlərini də yaxşı xatırlayır.

 Mariamdan pandemiyanın Marneuli ictimaiyyətinin inteqrasiyasına nə kimi təsir bağışladığını soruşdum. Bu suala cavab olaraq Marneulililərin bir-birinə qarşı necə həmrəy olduqlarını, həmçinin bir çox şəxsi təşəbbüsləri xatırladı. Ayrıca şəxslər və mağazalar qidanı, lazımlı əşyaları pulsuz paylayırdılar.  Kənardan, yeganə Tbilisililər bizi bullinq edirdilər deyir təbəssümlə. Ümumiyyətlə xarici amillər, Qarabağ müharibəsi və s. olmasa virus və pandemiya ümumi çətinlik idi və bir-birimizi təqsirləndirmək bizə nə kömək edəcəkdi deyir.  

Pandemiya həyatı və adaptasiya yolları

Karıxma və ədalətsizlik hissinə baxmayaraq, Marneuli əhalisi pandemiya ilə yaşamaq yollarını tapa bildi.  Bu əsasən requlyasiyalardan  yayınmaqda və yüksək həmrəylikdə özünü ifadə etmişdir.  

Marneulinin mərkəzi küçələrində, vitrinlərdə sərgilənən gəlinlik libasları və gözəllik salonları mütləq gözünüzə dəyəcəkdir. 25 sentyabr 2022-ci ildə, səhərdəncə bütün Marneulininin şadlıq saraylarını demək olar ki başdan-ayağa dolaşdım. Nələrin baş verdiyini və toylar üçün necə hazırlaşdıqları ilə maraqlanırdım. Gördüklərim – zalların miqyasları və hazırlıq işləri- mənə böyük təəssürat bağışladı. Hər şeylə maraqlanan  səyyahın suallarına da ərinmədən cavab verirdilər. Zalda vurnuxan insanlar nəyi niyə etdiklərini izah edirdilər. Bəzən şikəst gürcücə ilə, bəzənsə başqasını tərcümə üçün çağıraraq mənə gürcücə və ya rusca anlatmağa başlayırdılar. O gün beş şadlıq sarayını ziyarət etdim və hər beşində də hazırlıq işlərinin getdiyini gördüm. Küçələrdə lentlərlə bəzənmiş maşınlar, dolub-daşan gözəllik salonları və təzə gəlinin yan-yörəsində vurnuxan azarkeşləri gördüm. Ceyhunun bildirdiyi kimi, baharda və payızda toyların əhəmiyyəti, miqyasları və dəbdəbəsi xüsusilə hiss edilir.  

 Ceyhunla bir neçə ay bundan əvvəl görüşməsəm bu mövzularla heç maraqlanmazdım da. Ceyhun tanınmış özəl televiziyalardan birində işləyir və məşhurluğu Marneulini aşır.  O, gürcü dilinin hazırlıq proqramına qəbul olan və Gürcüstanda ali təhsilini gürcü tədris ocağında alanlardan biridir. Ceyhuna gürcü dilini mən öyrətməsəm də, onu yenə öz tələb kimi qəbul edirəm. Hazırlıq proqramında oxuyarkən gündə bir neçə dəfə dekanlığa gəlir  və həmişə nəsə soruşurdu.  Bir dəfə bu qədər sual verdiyimə görə inciməyin dedi, bu mənim üçün gürcü dili praktikası kimi bir şeydir. Hara getmək istədiyini dəqiq bilən bu təvazökar oğlanı kim töhmətləndirə bilərdi ki?! Ceyhun gürcü cəmiyyətindən tanınmağı əldə etmək üçün kifayət qədər çətin yoldan keçdi. O, azərbaycanlı icmasına qarşı ifadə edilən ksenofobiya xarakterli provokasiyalara ehtiyat və yumorla yanaşır.

Çəkilişə getmişdim [Bolnisidə].  Taksi sürücüləri əyləşmişdilər: pandemiya bitdi və indi vəziyyət necədir, özünüzü necə hiss edirsiniz? – deyə soruşdum. Bir bunların kökü belə-belə olsun deyə söyünc söyməyə başladı. Bunlar gətirdilər, dedi...  susdum, heç nə deyə bilmədim (Ceyhun 2022).

Ceyhun ayrıca vətəndaşın ksenofobik yanaşmasını gürcülər üzərində ümumiləşdirmir. O özünü gürcü cəmiyyətinin bir hissəsi kimi görür və qiymətləndirmələrdə həmişə ehtiyatkardır. Marneulini necə gördüyü mənimlə paylaşmasını  xahiş etdim. Onun sözlərinə görə, iqtisadi cəhətdən Marneuli güclü və fəal bir yerdir, daima hərəkətdədir.  

            „Marneuli pullu xalqın, milyonçuların şəhəridir“ (Ceyhun 2022).[4]

Bu yarızarafat şəkildə deyilən deyimin qiymətləndirməsi mənim üçün gözlənilməz oldu.  Odur ki, nəyi nəzərdə tutduğunu soruşdum. Cavab verdi ki, Marneulinin əhalisini gecə-gündüz işləyir, burdakı azərbaycanlılar çox zəhmətkeşdirlər. Zənginliklərinin təzahürünün isə payızda keçirilən yüzlərlə dəbdəbəli toyların olduğunu deyir. Onun sözlərinə əsasən, bütün bunlar maliyyə ilə bağlıdır. Buna cehiz və onunla bağlı xərclər də əlavə edilir. Toy xərcləri get-gedə artmaqdadır ki, bu sahədə fəaliyyət göstərənlər də varlanırlar. Beləki, toy biznesini ayrıca vurğuladı. İki il ərzində Marneulidə nə baş verdiyini soruşdum. Toylar ümumiyyətlə keçirilmirdi? Mariam sanksiyaları və əhalinin sanksiyalara bəslədiyi münasibəti xatırlayır. Toylarla birlikdə toplanmaların da qadağan olduğunu, ancaq karantin ləğv edildikdən sonra Marneulidə yalnız toy səslərinin eşidildiyini deyir.  Mariam salonların birində eşitdiyini xatırlayır – Başqa rayonlardan da bura gəlirlər, polis isə sanki eşitmir. Özümüz üçün – iş belə idisə bizi niyə qapatdılar  bəs? - deyirik.  

Bu mövzu barədə Kamilla ilə də danışdım. Pandemiya dövründə toyların keçirildiyini o da təsdiqlədi:

 Toy [Marneulidə] yenə də keçirilirdi. Qadağan olmasına baxmayaraq yenə edirdilər. 400 adamlıq olmasa da 150 adamlıq. Gizlin edirdilər. Yerli hakimiyyət işidən xəbərdar idi. Fotoşəkil paylaşmayın və ya beş gündən paylaşın deyirdilər. Bəzilərinin uşaqları olduqdan sonra paylaşdılar toy şəkillərini“ (Kamilla 2022).

Pandemiya dövründə kənddə keçirilən toyları Gülgündə xatırlayır. Birini cərimələdilər də, ancaq veclərinə deyildi deyir. Burdakılar üçün toy niyə əhəmiyyətlidir deyə soruşdum. Cavabında toyun xüsusilə qadınlar üçün əhəmiyyətli olduğunu dedi, çünki bir çoxu üçün bayıra çıxmağın yeganə yoludur.  Bu vaxt qadın evdən çıxır, hazırlaşır, başqaları ilə əlaqədə olur, özünü cəmiyyətini bir hissəsi kimi hiss edir.

Pandemiya dövründəki toylar haqqında Samirə bunları xatırlayır:

Qaydalar çox sərt olduqda toy keçirmirdilər. Ancaq bəziləri, yerli hakimiyyətə yaxın olanlar yenə də keçirirdilər. Bəziləri cərimələnəcəklərini bilərək toy edirdilər: nə etməli, toy keçirməliyik deyirdilər!“ (Samirə 2022)

Beləki,  vətəndaşlar üçün pandemiya dövründə toy keçirtmək və onda iştirak etmək, bir növ etiraza və adaptasiya formasına çevrildi. Bu mədəniyyətin əsas elementi olan şey müqavimətin və tabesizliyin  formasına çevrildi. Pandemiya dövründə toyların keçirilməsini ədalətsiz və respressiv kimi qəbul edilən  məhdudiyyətlərə qarşı bir reaksiya kimi qəbul edə bilərik.

 Bütün müsahiblərim həmrəyliyin xüsusi hissi və onunla assosiasiyalaşdırılan konkret  fəaliyyətləri xatırlayırlar. Marneuli bağlandıqdan sonra, sosial şəbəkələrdə çörəkçilərin çörəyi ödənişsiz  necə payladıqlarını vurğuladılar.  Samirənin təşəbbüsü ilə ehtiyac əhlinə pul toplayaraq ərzaq aldılar.  

Marneuli sosial köməkləşmə, sosial paylaşma baxımından, deyərdim ki, Gürcüstanda nümunəvi şəhərdir (Ceyhun 2022).

Sosial şəbəkədə həmçinin  Marneulinin Maradisi kəndində kovidə görə xəstəxanaya köçürülən ailənin kartof sahəsini toxalama xəbəri yayıldı („Azadlıq radiosu“ 2020). Kamillayla Ceyhun Marneuli məscidinin humanitar yardımın paylanma işindəki müsbət rolunu xatırladılar. Ceyhunun dediyinə görə, Merianın özü belə aldığı ərzağı məscidə ötürürdü, çünki kimin yardıma ehtiyacı olduğunu onlar yaxşı bilirdilər. Samirəyə görə, yardımı həm Marneulinin İmam Əli məscidi, həm də yeparxiya paylayırdı. Soruşdum ki, yəqin yeparxiya xristianlara yardım edirdi, məscidsə müsəlmanlara. Xeyr, dedi, hər ikisi hər ikisinə yardım edirdi.  Samirə Marneuli İmam Əli məscidi nümayəndələrinin bir kreativliyini də xatırladı – Maşınla yardım paylamaq icazəsinə Meriyadan rədd cavab aldıqda başqa bir şey düşündülər.

Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin Şeyxi Mirtağı Əsədov bildirir ki, Marneuli Meriyası əhaliyə yardım paylamaq üçün maşından istifadə etməyə icazə vermədi, bunun üçün də onları ərzaqları uzunqulaq arabası ilə paylamalı oldular (“Marneuli” radiosu 2020).

Mariamın dediklərinə əsasən, pandemiya dövründə Marneulidə vətəndaşlar arasında ayrı-seçkilik yox idi, hamı bir-birinə kömək edirdi. „Kamillanın radiosu”, onun bütün kollektivi, Marneulinin erməni əhalisinə öz dillərində məlumat çatdırmağa çalışırdı. Radioda hazırda ermənidilli jurnalist də işləyir. O xəbərləri erməni dilinə tərcümə edir. Buna baxmayaraq, Marneulinin ermənidilli əhalisi identlik baxımından bir növ itmiş sayılır və Marneulidə onların ehtiyaclarını öyrənmək bir o qədər də asand deyildir.  

Davit 2018-ci ildə gürcü dilinin hazırlıq proqramına qəbul olundu.  O mənim ən fərqli və yaddaqalan tələbələrimdən biri idi. Haralısan deyə soruşduqda Şaumyandan olduğunu deyir, çünki Marneuli bütün Gürcüstan əhalisinin əksəriyyəti üçün olduğu kimi, onun üçün də azərbaycanlılar icması ilə daha çox assosiasiya olunur.  Beləki, özünü onlarla eyniləşdirmir. Söhbətləşərkən deyir ki, Dövlətlər və sərhədlər olmadıqda Marneuli də Şaumyan kimi bir kənd idi.  Lazım olan ərzaqları hardan aldıqlarını soruşduqda Şaumyanda hər cür mağaza, market və supermarketin olduğunu, yalnız bank və bunun kimi müəssisələrin olmadığını bildirir. Davit kompüter elmlərini öyrənir. O, universitetə qəbul olmazdan əvvəl də bu texnikaya yaxşı bələd idi. Gürcü dilini tədris etdiyimdə artıq özünün müstəqil gəlirinin və kənddə lazımlı adam olduğunu dediyini yaxşı xatırlayıram. Kimin telefonu və ya kompüteri xarab olsa, mənim yanıma gətirir deyir. Pandemiyadan sonra Davitlə görüşdükdə yəqin ixtisasın çox faydalı oldu, deyə soruşdum. O, bu haqda danışarkən bir çox yaxşı hadisəni yadına saldı. Həmkəndliləri ondan məsləhət və kömək istədikdə o cani-dildən onlara yardım edirdi. Mən kəndlərindəki dil vəziyyəti barədə maraqlındım. Özü gürcü dilini yaxşı bilir, gürcü dili proqrama qəbul olduqda artıq sərbəst danşırdı.  Marneuli bazarında və ya mağazalarda azərbaycanlılarla nə dildə danışdığını soruşdum.  Azərbaycan dilini yaxşı anladığını və danışa bildiyini dedi. Rusca da bilir.  Gülümsəyərək bir proqramçı kimi qapalı və assosial olmadığını, ünsiyyətləri çox sevdiyini vurğulayır.  O ki qaldı kəndlilərinə, onların rus və azərbaycan dilini gürcücədən yaxşı bildiyini dedi. Kənd əhalisinin pandemiyanı və qapanmağı necə qarşıladığını soruşdum. Onun səmimi cavabı başqa müsahiblərimin cavablarına çox bənzəyirdi - əhali üçün virusun özü qapanmaq, məhdudiyyətlər qədər gerçəklik deyildi.  Məhdudiyyətlər isə onların əleyhinə idi.  Qeyd etmək lazımdır ki, gürcüdilli cəmiyyət üçün də oxşar duyğular yad deyildir. Marneuliyə gəldikdə qavrayışlar daha da kəskin idi, buna etnik aspekt də əlavə olunurdu – həm daxildən, həm də çöldən. Dövlət qərarlarına bir reaksiya kimi əhalinin ayrıca bir qrupu, sui-istifadə nənəzəriyyələri və dezinformasiya üçün münbit zəmin yaradır və təyin olunmuş sanksiyalardan yayınmaq yollarını axtarırdı.

 O ki qaldı Marneulilərin onlayn sorğu nəticələrinə, o kəmiyyət nöqteyi-nəzərindən, mahiyyətcə, müsahiblərim tərəfindən yuxarıda söylənmiş düşüncələri bərkidir. Yeganə fərq bircə o oldu ki, sorğu olanların beşdə biri Dövlət tərəfindən Marneulinin qapanmasının doğru və zəruri olduğu qənaətindədir. Onların Dövlətin əhalinin təhlükəsizliyi üçün maksimum işlər gördüyü düşüncəsindədirlər. Gürcü Dövləti tərəfindən pandemiyanın idarəsini müsbət qiymətləndirmək müsahiblərimin Marneuli əhalisinin münasibətləri haqqında söylədikləri fikirlərdən bir növ fərqlənsə də, onu tarzlaşdırır. Onlayın respondentlərdə bir coğrafi məkan kimi Marneulinin qavrayışı da maraqlı oldu. Müsahiblərim üçün Marneuli əsasən azərbaycanlı icma ilə eyniləşdirilirsə, müsahiblərimin bir qismi onu müxtəlif, multikultural bir yer kimi qəbul edir.[5]  Beləki, distant və anonim sorğu, müsahiblərim tərəfindən verilən faktları dəqiqləşdirir və mahiyyət etibarı ilə üst-üstə düşür.

 Müsahiblərimlə Kovidpandemiyasının və Marneulinin qapanmasından irəli gələn bütün kəskin məsələlər barədə səmimi danışdım və anladım ki, onlar tərəfindən Dövlət siyasətini tənqid etmək birbaşa gürcü cəmiyyətinə yönəlmir. Onların əksəriyyəti Marneulinin qapanma dövründə gürcü ictimaiyyətinin aktiv hissəsindən böyük dəstək aldıqlarını xüsusi olaraq qeyd etdi. Onların əksəriyyəti etnik azlıqların lazımınca qeydinə qalmadığı, inteqrasiya edə bilmədiyi və müdafiə edə bilmədiyi üçün gürcü dövlətinə tənqidi yanaşır.  Onlar öz tənqidlərini bölgədə təsir əldə etmək və güclənmək istəyən qonşu ölkələrdən də əsrigəmədilər.  Onların qənaətincə bu inteqrasiyanı korlaya bilər. Onların konkret pandemiya təcrübələri, hansı ki dövlətlə aktiv təmasdan irəli gəlir, özündə müxtəlif, ancaq birmənalı qiymətləndirmələri birləşdirir.Onlar tərəfindən dilə gətirilən tənqid Dövlətin inteqrasiya siyasətinin çatışmazlıqlarını üzərə çıxarır. Baxmayaraq ona ki, Dövlət tərəfindən pandemiyanı idarə etmək üçün hərbi qulluqçulardan və müharibə effektindən istifadə edilməsinin ardından nifrət nitqi gücləndi və daha da yadlaşdırıldılar, yenə də onların tənqidləri etnik gürcü həmvətənlərinə daha az yönəlir. Onların qənaətincə, pandemiya bütün vətəndaşlar üçün əhəmiyyətli çağırış idi və o mövcud problemləri gün işığına çıxara bildi. Pandemiya bir onu da göstərdi ki, mövcud problemləri gizlətmək deyil, etiraf etmək və həll etmək lazımdır.

Nəticə

Nəticə olaraq deyə bilərik ki, kovid pandemiyası reallıqda mövcud olan öz həllini tapmamış məsələləri yenidən gündəmə gətirdi. Pandemiya şəraitində etnik azlıqlarda Dövlət qavrayışı birmənalı şəkildə problemli oldu. Öz növbəsində Dövlət tərəfindən müharibə effekti yaratmaq, hərbi qüvvələrin Marneuli və Bolnisinin girişinə yerləşdirmək orda yaşayan azlıqların qıcıqlanmasının artmasına səbəb oldu.   Pandemiya Dövləti daha toxuna biləcək və konkret etdi, bu isə bir növ yenilik idi. Dövlət təsisatları ilə bu təmas, təəssüf ki, müsbət təcrübə yaratmadı. Bu sonuncusu bir tərəfdən təyin olunmuş məhdudlar və repressiv aparatın həddindən artıq səfərbərliyindən irəli gəlir, ikinci tərəfdən isə 90-cı illərin təcrübələrindən. Sovet İttifaqını süqutu və Gürcüstanda inkişaf edən hadisələr gürcü-azərbaycan icmaları arasındakı münasibətlərə özünəməxsus damğa vurdu.  Kvemo kartliyə gəldikdə, yadlaşma, ögeyləşmə baş verdi və onu aradan qaldırmaq üçün gürcü dövləti lazımi səy göstərmədi. Pamdemiya dövründə, məlumat qıtlığı və qeyri-müəyyənlik fonunda, yerli əhali, dövlət tərəfindən Marneuli və Bolnisinin qapadılmasını onlara qarşı yönəldilmiş bir hərəkət kimi qəbul etdi. Dövlət tərəfindən keçirilən məhdudiyyətlərlə yerli ənənəvi gündəlik rutin həyat, onların mobilliyi və müxtəlif iqtisadi aktivliyin ritmi pozuldu.  

Bu günkü boylangahdan Marneuli və Bolnisinin qapanması qərarının vacibliyini birmənalı şəkildə qiymətləndirmək çətindir. Faktdır ki, Dövlətin bu bələdiyyələrdə yaşayan əhali ilə birbaşa kommunikasiya yolları yoxdu, onun üçün də nisbətən asand yollara müraciət etdi – nəzarət altına almaq, qapamaq qərarını aldı. Lakin, qapanma şəraitindən belə əhali ilə kommunikasiya vacibliyi üzərə çıxdı. Demək olar ki, Marneulidə inkişaf edən pandemiya reallığı Dövlət tərəfindən kifayət etməyən səyin nümayişini və zəif inteqrasiya siyasətini üzərə çıxardı. Pandemiya həmçinin həmçinin göstərdi ki, adaptasiya ilə birlikdə azərbaycanlı icması etiraz aksiyasını təşkil edə bilər, onun ufadə yollarını tapa bilər və lazım gəldikdə hərməylik üçün yüksək səfərbərlik bacarığını da göstərə bilər. Həmrəylik ənənəvi həyat qaydası ilə birlikdə, pandemiyanın öhdəsindən gəlmək formasına çevrildi. Dövlət tərəfindən ardıcıl olmayan və qeyri-bərabər yanaşmağa qarşı, yerli əhali həmrəylik və kreativliyini ortaya qoydu. Buna Ceyms  Si Skott “Metiss” adını verir. Beləki, Dövlət tərəfindən total nəzarətin həyata keçirilməsi cəhdinə yerli icma öz təcrübəsi və biliyi ilə cavab verdi. Pandemiya təcrübəsi göstərdi ki, gürcü dövləti öz vətəndaşlarını dinləmir və  öz səyini onları nəzarətdə saxlamağa deyil, müdafiələrinə, inteqrasiyalarına və iştirakçı olmalarına yönəltməlidir.

This article is produced under project [XXX], funded by a grant from the Institute of War and Peace Reporting (IWPR) with the support of the UK Government. The opinions, findings and conclusions stated herein are those of the author[s] and do not necessarily reflect those of IWPR or the UK Government.

                          

 

 

02_Pandemiyanın_effekti__Dövlət_Marneulidə_vətəndaşlarla_görüşərkən_1681986530.pdf

Sxolio və biblioqrafiya

Bibliography

Club, G. M. (2020,  1 Avqus).  Yeni koronavirus dövründə Marneuli Merinin Nümayəndələri necə işləyirdilər. Retrieved from Özünü idarəetmənin vaxtıdır:

https://www.youtube.com/watch?v=78ySwV75coA

Lehtinen M and Brunila T (2021) A Political Ontology of the Pandemic: Sovereign Power and the      

Management of Affects through the Political Ontology of War. Front. Polit. Sci. 3:674076. doi: 10.3389/fpos.2021.674076

Nyer, P. (2006). The Accidental Citizen: Acts of Sovereignty and (un) Making Citizenship. Economy and Society 35 (1), 22-41.

Scott, J. C. (2020). Seeing like a state. Yale University Press.

Ambevi, a. (2020, 1 may). Marneulidə qadınlar kovid 19-a yoluxmuş ailənin torpaq sahəsini toxaladılar. Azadlıq radiosu.

Ambebi, a. (2020, 26 fevral). Gürcüstanda Koronavirusun ilk təsadüfü təsbit edildi. Azadlıq radiosu.

Ambebi, a. (2020, 22 yanvar). Çin əhalini xəbərdar edir - virusun yayıldığı şəhərə səyahət etməyin. Azadlıq radiosu.

Apriamaşvili, S. (2020, 20 mart). „Bizi virus deyil, aclıq öldürəcək” – Marneuli Meriyası qarşısına əhali toplandı. „Netqazeti.

Boşişvili, A. (2020). Kvemo kartlinin etnik və demoqrafik mıənzərəsi (Tarix və müasir vəziyyət). Tbilisi: TDU.

(2019). Etnik azlıq nümayəndələrinin siyasi həyatda iştirak etmələri üzrə araşdırma. Tbilisi:  Gürcüstan Açıq cəmiyyət “ fondu.

(2021). Etnik azıqlar üçün siyasi həyatda iştirak etmək yenə də əhəmiyyətli öproblem olaraq qalır. Tbilisi: Sosial Ədalət Mərkəzi

Kaxa Qabuniya, Rusudan Amirecibi. (2021).Gürcüstan azlıqları: İnteqrasiya yolunda mövcud olan sədlərin uçurulması. Tbilisi: Karneqi Beynəlxalq Sülh Fondunun Avropa Ofisi və Levan Mikeladze Fondunun Birgə Layihəsi - „Gürcüstanın gələcəyi“.

Kunçulia, L.  (2020,  26 fevral). Koronavirus:  İran və İtaliyanın vəziyyəti Gürcüstan üçün düşündürücüdür. Azadlıq radiosu.

Matitaşvili, V. (2020, 24 fevral). Koronavirusla bağlı vəziyyət – İtaliya, İran, Çin, Cənubi Koreya.  Publika.

Mamedova, K. (2020, 23 aprel). Marneulidə karantinə qarşı etiraza nə səbəb oldu?

Melikişvili, L., & Canişvili, L. (2021). Kvemo kartlidə etnik qrupların inteqrasiyası (Ermənilər və Azərbaycan). Tbilisi: TDU.

Nino Lomadze, Q.N.. (2020). Marneuli kəndlərindən məktublar. İndiqo.

Sopio Zviadadze, Davit Cişkariani. (2018). Kvemo kartli azərbaucanlılarında identlik problemi və onun siyasi aspektləri. ATƏT-in milli azlıqların Ali Komissarı tərəfindən dəstəklənən EMC, 1-17.

Kamran Məmmədli, Konstantine Çaçibaia. (2021). Dmanisi çünaqişəsi - Məişət zəminində başlayan qarşıdurmanın etnik ştrixləri. Tbilsii: Sosial Ədalət Mərkəzi.

Tskipurişvili, N. (2022, 6 aprel). Samira Bayramovanı prokurorluq Xüsusi Mühafizə Proqramına cəlb etdi. „Netqazeti.

[1] Etnik azlıqların  cəlb edilməsinin aşağı səviyyəsi və siyasi həyatda iştirakını Gürcüstan miqyasında aparılan araşdırmalar da təsdiq edir.  Dövlət dilini bilməyin aşağı göstəricisi, özünə kifayət edən kənd təsərrüfatı, stereotip təsəvvürlər və sovet irsi barədə bir çox hesabat və tövsiyyələr yazılmışdır (Etnik azlıqlar üçün siyasi həyatda iştirak yenə də əhəmiyyətli problem olaraq qalır) (Kaxa Qabunia, Rusudan Amirecibi, 2021), (Melikişvili & Canişvili, 2021).

[2] 90-cı illərdə Sovet sisteminin süqutunun ardından milliyyətçi təmayüllər gücləndi.  Həmin təmayüllər ölkədə yaşayan etnik azlıqların “Yad” qrup kimi işarələnməsinə zəmin yaratdı. Buna ölkə daxilində iki münaqişə əlavə edildi. Həmin münaqişələr etnik münaqişələr kimi qələmə verildi. Beləki,  etnik əlamətlə əhalini bölmək, vahid, müstəqil Dövlətin qurulması barədə düşünmək üçün heç də münbit zəmin deyildi.  

17 may 2022-ci ildə, Dmanisi bələdiyyəsində baş verən münaqişəni  dərk etmək üçün, araşdırma müəllifləri qarşıdurmanın səbəblərini tədqiq edirlər və 90-cı illərin vəziyyətini xatırlayırlar. Müəlliflərin qeyd etdikləri kimi, bu mövzuda müzakirənin aparılmasını əhalinin travmatik yaddaşı  və akademik dairələrdə milli refleksiyanın qıtlığı əhəmiyyətli dərəcədə çətinləşdilir (Kamran Məmmədli, Konstatine Çaçibaia, 2021).

[3] Samirə, burda,  2015-ci il barədə danışır. Həmin ildə o, TDU Gürcü dilinin hazırlıq proqramına qəbul edildi. 2010-cu ildən etibarən, Gürcüstanın ali məktəblərində, güzəştli siyasət çərçivəsində, “1+4” proqramı fəaliyyət göstərir. Bu yolla, Gürcüstan vətəndaşlarına milli imtahanları ana dillərində vermək və gürcü dilində birillik hazırlıq kurslarından keçmək imkanı verilir. Bundan sonra tələbələr təhsillərini istədikləri bakalavr proqramlarında davam etdirirlər. Qeyd olunmalıdır ki,  bu proqrama qarşı maraq ilbəil artmaqdadır – Konkret təhsil ocağı nümunəsində, qəbul olunan tələbələrin sayı, ilk dövrə nisbətən,  250%-lə artdı.  

[4] Azərbaycanlı icmasının inteqrsiyasına mane olan şəraitlər barədə aparılan ayrıca araşdırmalar o cümlədən sosial və iqtisadi yoxsulluq barədə danışırlar (Etnik azlıqlar nümayəndələrinin siyasi həyatda iştirakı üzrə araşdırma, 2019).

[5] Kvemo kartli və o cümlədən Marneulinin tarixi təcrübəsi haqqında, mültietnik və multimədəni bir ərazi kimi, tarixçi, aradşırmaçı Aleksandr Boşişvili danışır və bu fikri göstərmək üçün tarixi qaynaqlara və sənədlərə müraciət edir (Boşişvili 2020).

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“