საერთო ცხელი ხაზი +995 577 07 05 63
Bir neçə gün əvvəl Kvemo Kartli bölgəsində yaşayan etnik azərbaycanlıların ehtiyacları ilə bağlı araşdırmamın təqdimatı zaman görüşlərin birində siyasətçilərdən biri məndən soruşdu ki, bəs “Gürcü arzusu” açıq şəkildə müxtəliflik kimi Avropa ideyasına qarşı çıxdığı halda belə, iqtidar necə olur ki, etnik azlıqlar arasında belə yüksək dəstəyə malik olur?
Əvvəla, onu demək lazımdır ki, etnik azlıqlar yalnız iqtidarı dəstəkləmir. Bu “şəhər əfsanəsi”ni siyasi elitanın özü yaradıb və özləri də buna inanıblar. Məsələn, 2016-cı il parlament seçkilərində Marneuli və Bolnisi munisipalitetlərində (burada etnik azlıqlar əhalinin müvafiq olaraq 92% və 69%-nı təşkil edirlər) ən yüksək nəticəni müxalifət əldə etdi, iqtidar isə bütün Gürcüstan üzrə ən aşağı nəticəni göstərdi. Daha dəqiq desək, 2020-ci il seçkiləri zamanı Marneulidə səsverməyə gələn 44666 seçicidən (47 faiz fəallıq) 45 faizi “Gürcü arzusu”nu, 55% isə müxalifəti dəstəkləyib. Bolnisidə seçkilərdə 17585 nəfər (45% fəallıq) iştirak edib, onlardan 61% “Gürcü arzusu”nu, 39% isə müxalifəti dəstəkləyib. Bütövlükdə 2020-ci il seçkilərində iqtidarın aldığı ümumi səslərin 7,88%-ı etnik azlıqların hesabınadır, müxalifət üçün isə həmin göstərici 3,63%-ə bərabər olub. Bundan əlavə, 2020-ci il parlament seçkilərindən sonra, 2021-ci il yerli özünüidarəetmə seçkilərində müxalifət, xüsusilə də Milli Hərəkat partiyası yürütdüyü yanlış kadr qərarları səbəbindən Kvemo Kartli seçiciləri arasında dəstəyini kəskin şəkildə itirmişdi. Ona görə də demək olar ki, etnik azlıqları təmsil edən seçicilər ayıq-sayıq, sensitivdirlər və biz onları yalnız iqtidar tərəfdarları kimi hesab etməməliyik.
Qeyd etmək lazımdır ki, Gürcüstanda seçkilər hər zaman böyük mübarizələr və qarşıdurmalarla müşahidə olunub, lakin oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ölkə üçün həqiqətən də həlledici olacaq. Oktyabrın 26-da ölkənin gələcəyi və yaxın üç onillikdə Gürcüstanın dünya siyasətində hansı yeri tutacağı müəyyən olunacaq. Müvafiq olaraq, Gürcüstan vətəndaşları və seçiciləri ölkəni düzgün yola qaytarmağı bacara bilmələri olduqca mühümdür. Geri dönüş yazıram, çünki tam səmimi fikirləşdiyim üçün düşünürəm ki, “Gürcü arzusu” iqtidarı Gürcüstanın son 30 ildə qurduğu və yaratdığı bütün nailiyyətləri təhlükə altına ataraq, ölkənin ən mütərəqqi, peşəkar və vətənpərvər hissəsinə “agent” damğası yapışdırmağa çalışdı. qərbli tərəfdaşlarımıza və dostlarımıza açıq şəkildə, çəkinmədən qarşı gəldi.
Ancaq son illərdə siyasi müxalifətdə daxili qeyri-demokratik qarşıdurmaların, səthiliyin, pərakəndəliyin hökm sürməsi fonunda bu məsuliyyəti yalnız seçicilərin üzərinə yükləmək ədalətsizlik olardı. Seçkilərə cəmi 3 ay qalıb və siyasi partiyaların qüdrətlənməsinin və yeni konfiqurasiyaların konturları artıq aydındır. Digər tərəfdən, prezidentin təklif etdiyi “Gürcü Xartiyası” formatında koordinasiya var. Ancaq siyasi elitada etnik azlıqlar mövzusunda səthi baxışların hələ də güclü olması hissi mövcuddur. Oktyabrın 26-da keçiriləcək seçkilərin taleyinin kiçik fərqlərlə həll olunacağını bildiyimiz bir şəraitdə bütün siyasi partiyaların etnik azlıqlarla bağlı siyasətini doğru-düzgün planlaşdırması olduqca əhəmiyyətlidir.
Bu kiçik məqalə siyasi elitaları və siyasətçiləri etnik azlıqları monolit qrup kimi görməməyə və etnik azlıqları təmsil edən seçicilərlə işləməyin boşuna çəkilmiş zəhmət və əlavə xərc itkisi olduğunu düşünməməyə inandırmaq cəhdidir.
Seçkilərə və etnik azlıqlar məsələsinə gəldikdə bütün siyasi partiyaları səciyyələndirən ən çox yayılmış yanlış inancın, çaşdırmanın və səhvlərin 3-nü təqdim edirəm. Buna alternativ olaraq isə bu gün etnik azlıqların icması üçün ən yüksək prioriteti olan 3 məsələni nəzərinizə çatdırırıram.
“Əgər gürcü dilini öyrənərsəniz, bütün problemlər həll olunacaqdır”
Dövlət dilinin tədrisi məsələsi etnik azlıqlar qarşısında dövlətimizin üzləşdiyi ən böyük uğursuzluqlarından biridir. Uzun illər ərzində bütün iqtidarlar dövlət dilini bilmək məsələsiylə manipulyasiya edirdi. Bu məsələ etnik çoxluq icmalarında da populyarlaşmış və müqəddəsləşdirilmiş-sakrallaşdırılmışdi. Populist, göpçu və demaqoq siyasətçinin fikrincə, azlıqlara gürcü dilini öyrətməkdən daha əziz və dəyərli başqa nə təklif etmək olar?! Bununla belə, burada da uğursuzluqlarımız olub. Demək olar ki, azlıqların yaşadıqları bölgələrdə dövlət dili müəllimləri heç vaxtı kifayət qədər olmayıb, bizim üçün demək olar ki, keyfiyyətli dərsliklər heç bir zaman yaradılmayıb və etnik azlıqlara dövlət dilinin həqiqətən öyrədilməsi məqsədi üçün demək olar ki, heç vaxt yetərincə vəsait xərclənməyib. Gənclərə Gürcüstanın ali təhsil ocaqlarında əlverişli imtahan şərtləri altında təhsil almaq imkanı verən 1+4 proqramı istisnadır. Ancaq ilk növbədə məhz, gənclərin və onların ailələrinin əzmkarlığı və istəkləri nəticəsində dövlət dilini yaxşı bilən, düzgün təhsil alan minlərlə gənc yetişdi. Lakin bütün problemlərin dili bilməklə həll oluna bilməyəcəyini də hamıdan çox elə bu gənclər bilir. Müvafiq fəaliyyətlə məşğulluq onlar üçün əlçatmaz məqsəddir, hətta dövlət qulluqları da onların üzünə qapalıdır. Bütün bunları dil öyrətməklə bütün problemlərin həll olunacağını inadla iddia edən siyasi elitaya izah etmək olduqca çətindir, axı, onlar məşğulluq problemlərindən, sosial-iqtisadi çətinliklərdən, əmək münasibətlərində yaşanan diskriminasiya-ayrıseçkilikdən, əcnəbi kimi münasibət bəslənmə təcrübəsindən və s. barədə danışan azlıqların özlərinə qulaq asmırlar.
Biz dil bilməyə sosial inkişaf və mobillik aləti kimi deyil, sakrallaşdırılmış, mədəni iyerarxiya və dominasiya çərçivəsindən baxdığımız sürəcə, dostlarımdan birinin sözləri öz aktuallığını itirməyəcək: “Gürcü dilini bilmək heç də gürcücə susmaq demək deyildir”. Gürcü dilini öyrənmək bizə bir dildə danışmaq imkanı verəcək və bu prosesdə isə siyasi elitalar azlıqların deyəcəklərinə qulaq asmağı öyrənməlidirlər.
Əslində, etnik azlıqların ən çox ehtiyac duyduqları şey keyfiyyətli təhsilə bərabər çıxış imkanıdır.
Bu gün məktəbəqədər təhsil etnik azlıqların icmaları üçün üç dəfə daha az əlçatandır. Məktəblərdə mövcud olan infrastruktur problemlərinə insan resurslarının qıtlığı və dərsliklərin olmaması da əlavə olunur. Nəticə etibarı ilə, bütün iqtidarlar dövründə siyasiləşmiş məktəblərin məqsədi savadlı, peşəkar və uğurlu vətəndaş yetişdirmək əvəzinə, seçkilərdə hakim partiyanın qələbə əldə edə bilməsi olur. Bütün bunların fonunda 1+4 proqramı ilə gənclər ali təhsildə qeyd olunan uğursuzluqları doldurmağa çalışırlar, lakin ali məktəblərdə etnik azlıqları təmsil edən tələbələrə dəstək mexanizmlərinin məhdudiyyəti az qala çıxılması qeyri-mümkün olan bir ovsunlaşmış dairə yaradır. Yalnız dil bilmə məsələsi mövzusunda manipulyasiya etmə deyil, azlıqların təhsil məsələsini müvafiq şəkildə dərk etmələri seçkiqabağı dövrdə bütün siyasi partiyalar üçün ev tapşırığı olmalıdır.
"İqtidar Avropa ilə mübarizə aparır – biz Avropa və Avropa dəyərlərinin tərəfdarlarıyıq"
Son zamanlar bir çox siyasətçidən oxşar bəyanatlar eşidirik. Rus qanunu, ofşor qanunu və “Gürcü arzusu”nun irəli sürdüyü digər təşəbbüslər fonunda hökumətin gerçəkdən də antidemokratik və anti-Qərb yolu tutduğu açıq-aydın görünür. Lakin bütün bunların fonunda müxalifətin yalnız “Gürcü arzusu”nun doğru olmayan addımlarını vurğulaması və konkret Avropa təşəbbüslərini ortaya qoymaması istər ümumən seçicilər, istərsə də etnik azlıqların icmaları üçün əbəsdir.
“Gürcü arzusu” iqtidarı hələlik bütün azlıqlara qarşı açıq və aqressiv şəkildə mübarizə aparmır. Üstəlik olaraq, sistem konservativ ideya və şüarlarla etnik azlıqların səslərini səfərbər etməyə çalışır. Seçkiqabağı dövrdə “Gürcü arzusu” etnik azlıqları təmsil edən əhaliyə üç əsas şüarla müraciət edir:
Bu şüarların qarşılığı olaraq, əsl avropa və mütərəqqi ideyalar təklif etmədən iqtidar, həqiqətən də, etnik azlıq icmalarının seçki səslərinin mütləq əksəriyyətini “ələ keçirəcəkdir”. Həll yolu konkret baxışlar, siyasətlər və proqramlar yaratmaqdır. Bütün bunlar isə illərdir mövcud olan problemlərin əks-sədası olmalıdır. İllərdir etnik azlıqlar tərcümə xidmətlərinin yaradılmasını, torpaq islahatını, yerli infrastrukturun inkişaf etdirilməsini, kənd təsərrüfatında fermer və kəndlilərin müvafiq proqramlarla dəstəklənməsini, azlıqların mədəniyyətinə hörmət və mühafizəsini, dini tikililərin inşasında ayrı-seçkiliyin aradan qaldırılmasını, və s. tələb edirlər. Yerlərdə yaşayan insanların zəhmətini bir az da olsa yüngülləşdirəcək, onlara daha yaxşı gələcəyə ümid bəxş edəcək bu cür mütərəqqi proqramlar və təşəbbüslər olmadan siyasi partiyaların avropalılığı və hakimiyyətdən fərqliliyi ilə bağlı səthi söhbətləri etnik azlıqlar üçün mənasız, heç bir şey söyləməyən hayqırışdır. Bu sayaq avropaçılıqdan hamımız usanmışıq, indi konkretləşmənin zamanıdır.
“Mənsubiyyətin nə əhəmiyyəti var - biz hamımız birik”
Siyasi elitanın, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının və Gürcüstan Akademiyasının liberal gündəliyi biz etnik və dini azlıqları inandırmışdı ki, yekun məqsəd identlikləri gözardı etmək olmalı idi. Demək lazımdır ki, yanaşma (being color blind) hansısa mərhələdə Qərb Akademiyasının aparıcı ideyası idi, baxmayaraq ki, bu gün belə bir şey söyləmək artıq problemli və qəbuledilməzdir.
Təbii ki, hamımız birik, eyni zamanda, həm də fərqliyik və ictimai həyatın daha da maraqlı və ədalətli olması üçün müxtəlif səslərə, fərqli rənglərə ehtiyacımız var.
Üstəlik, əlavə etmək olar ki, qərarların qəbulu prosesinə fərqli insanların daxil edilməsi həqiqətən də mühümdür, əks halda biz Bolnisi və Dmanisi munisipalitetləri ilə yekunlaşacağıq, burada uşaq bağçaları etnik azlıqların məskunlaşdıqları kəndlərdə deyil, yalnız gürcü kəndlərində inşa edilir.
Bu gün təkcə etnik azlıqlardan olan gənclər deyil, başqaları da artıq qərar qəbuledici vəzifələrdə, hökumətdə, parlamentdə və bürokratiyada yerli və mərkəzi hökumətdə ədalətli təmsilçilikdən danışırlar. Avropaçılıq məhz, bu gənclərə yol açıb, imkanlar yaratmaq olardı.
Avropaçılıq adı altında və “hamımız birik” şüarı ilə siyasi partiyalar bu seçkilərdə uzağa gedə bilməyəcəklər. Azlıqlar qarşısında partiyaların avropalılığının və mütərəqqiliyinin sınağı seçki siyahısında ilk onluqda etnik azlıqların nümayəndələrinin olub-olmaması olacaq. Və bu nümayəndə 2020-ci il parlament seçkilərində Milli Hərəkatın siyahısına düşmüş adam kimisi olmamalıdır. Siyahıların tərtibi prosesini nazir və nazir müavinləri mövqeləri izləməlidir. Partiyalar gənclərə etnik azlıqları ictimai qulluqlarda necə işə götürmək niyyətində olduqlarına dair plan təqdim etməlidirlər ki, onların dövlət quruculuğundakı rolu milli və yerli səviyyələrlə bağlı olsun.
Əgər siyasi partiyalar seçkiqabağı təlatümə qədər bu məsələləri yerbəyer edə bilməsələr, o zaman onlar artıq dəfələrlə qət etdikləri yanlış yolu yenidən tutacaqlar: zəngin/nüfuzlu və təsir dairələri geniş olan iş adamlarla, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə (ARDNŞ), “Ağsaqqallar”la və ya köhnə tanışlarla münasibət qurmaqla səsləri cəlb etməyə cəhd etmə yolunu. Bədbəxlikdən, ya xoşbəxtlikdən bu üsullarda heç kim “Gürcü Arzusu”nu ötüb keçə bilməz.
Əgər siyasi elitalar və partiya liderləri çoxlu sayda vətəndaşlar kimi həqiqətən də 26 oktyabrın həlledici tarix və ölkənin xarici siyasəti üçün olduqca mühüm olan seçki olduğuna inansalar, etnik azlıq seçiciləri ilə münasibətdə eyni səhvlərə artıq yol verməzlər.
Təlimat