საერთო ცხელი ხაზი +995 577 07 05 63
Avqust müharibəsi rezllığımızda və kollektiv yaddaşımızda ən ağır insani, siyasi və sosial itkilərlə, sağalmaz yaralar və travmalarla əlaqələnir.
Müharibənin vurduğu zərər indi də davam etməkdə və vətəndaşlarımızın gündəlik həyatına, məişətinə və gələcəyinə ağır təsir bağışlamaqdadır. Müharibə nəinki Cənubi Osetiya/Tsxinvali bölgəsindən evlərini itirərək təqib və sıxışdırılmalara məruz qalan məcburi köçkünlərin həyatını dəyişmiş, habelə Axalqori və ayırıcı xətt boyu yerləşən kəndlərdə yaşayan ailələrin də. Onlar gündəlik müdafiəsizlik, təcrid, qorxu və bir çox hallarda humanitar böhran şəraitində yaşamalı olurlar. Bilavasitə işğal altında qalan ərazilərdə yaşayan insanların həyatı da ağırdır. Onlar Rusiyanın ilhaq siyasəti ucbatından siyasi hüquqsuzluq, korrupsiya, təcrid və qorxu şəraitində yaşayırlar.
12 avqust 2008-ci ildə atəşkəs razılaşmasının əhəmiyyətli bəndləri – Rusiya Silahlı Qüvvələrinin əməliyyatlara başlamazdan əvvəlki xəttə çəkilməsi öhdəliyi və Abxaziya və Cənubi Osetiyada təhlükəsizlik və sabitlik yaratmaq üçün beynəlxalq yolların axtarılması müharibədən 15 il sonra belə yerinə yetirilməmişdir. Təəssüflər olsun ki, Cenevrə beynəlxalq danışıqlar formatında Rusiyanın aqressiv mövqeləri və imperiya maraqlarına görə böhran yaranmış və həmin format atəşkəs razılaşmasını yerinə yetirməyə indiyədək nail ola bilmədi.
Gürcüstan ərazisində Rusiya Silahlı Qüvvələrinin [1] olması ölkəmizin təhlükəsizliyi və suverenliyinə xələl gətirərək onu daima risk qarşısına atır. Bu amil bizim daxili siyasətimizə ağır təsir bağışlayır və bir çox hallarda daxili məsələlərin həddindən artıq geosiyasiləşməsi, ictimaiyyət daxilində isə qorxu siyasəti istehsal etmək üçün münbit zəmin yaradır.
Təəssüflər olsun ki, siyasi qütbləşmə və böhran vəziyyəti ölkəmizdə avqust müharibəsi hadisələri haqqında siyasi və ictimai razılaşma əldə etməyə nail olmaq və ağlabatan ictimai diskussiyalar imkanlarını zəiflətmişdir. Üstəlik, siyasi elitalar bu travmalı təcrübəni siyasi mübarizə silahına çevirdilər. Xüsusilə Ukrayna müharibəsindən sonra Gürcü arzusu hökumətinin müharibə ilə bağlı qorxular və travmaların informasiya sahəsində siyasi cəhətdən alətləşdirilməsini müşahidə edirik.
Bundan əlavə, hakimiyyət bütün diplomatik və siyasi mexanizmlərlə 2008-ci ilin atəşkəs sazişinin advokatlaşdırılmasına və xarici siyasətin gündəliyinə gətirilməsinə, Ukrayna və Moldova təhlükəsizliyi məsələləri yanında bu mövzunun da qoyumasına səy göstərməlidir. Bunun əvəzinə hökumət nümayəşkəranə bir passivlik göstərir. Qarabağ və Ukrayna müharibələrindən sonra, Abxaz və Osetin cəmiyyətlərində yaranan qorxular fonunda belə, hakimiyyət abxaz və osetin cəmiyyətləri, elitaları üçün təhlükəsizlik və stabillik üzrə yeni alternativlərin yaradılması və təklifi üçün heç bir iş görmür. Münaqişələrin həllinin yeni yolları Avropa İttifaqına inteqrasiyamızın yeni imkanları ilə bərabər görünməkdədir.
Hakimiyyət öz təşviqatçı ritorikasında sülhü vurğulayır və ölkədə sülhün zəmanətçisi kimi özünü təqdim edir, lakin münaqişədən zərər çəkmiş insanların gündəlik dincliklərinin olmadığını, ayırıcı xətt boyu yaşayan insanlar işğalçı qüvvələr tərəfindən həbs edildiyini, hər il tikanlı məftil çəkildiyini, orda yaşayan insanların bazis sosial infrastruktura əllərinin çatmamasını, Axalqori və Qali bölgələri isə humanitar böhran və depopulyasiyaya məruz qaldığını unudur. Əlbəttə, belə bir şəraitdə sülh haqqında danışmaq istehza doğurur.
Təhlükəsizlik və münaqişələrin həlli istiqamətindəki passivliyini hakimiyyət bir çox hallarda Rusiyanı “qıcıqlandırmamaq” siyasəti ilə izah edir, lakin, bizdən zəif dövlətlər belə (Moldova və Ermənistan kimi) Ukrayna müharibəsindən sonra öz milli problemlərinini Avropa gündəliyinə gətirmək uğrunda daha çox işləyirlər. Gürcü arzusu hakimiyyəti xarici siyasi balansı belə qoruya bilmir. Bu sonuncusu isə son ildə ölkənin strateji tərəfdaşına qarşı edilən ağır bəyənatlarda və avrointeqrasiya istiqamətində özünü büruzə verən laqeydlikdə də göstərir.
Yuxarıda qeyd olunanı nəzərə alaraq, Gürcüstan Hökuməti və Parlamentə çağırış edirik ki:
Siyasi partiyalara
Təlimat