[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

MüNAQIşə BöLGəLəRINDə SIYASəT Və INSAN HüQUQLARı / Bəyənat

Abxaziya müharibəsinin başa çatmasından 30 il ötüb

Artıq 30 ildir ki, bu tarix abxaz və gürcü xalqının mürəkkəb keçmiş təcrübəsini və bu günə qədər öz həllini tapmamış münaqişənin ağır nəticələrini bizə xatırladır.

Təəssüf ki, Gürcüstanın heç bir hakimiyyəti, müstəqilliyimizin üç onilliyində belə, müharibə ilə parçalanmış cəmiyyətlər arasında etimad və əlaqələr qurmağı bacarmamışdır. Münaqişədən zərər çəkmiş qrupların, etnik təmizləmə nəticəsində təqiblərə məruz qalmış yüzminlərlə məcburi köçkünün, işğal altında qalan ərazilərdə, Qali və Axalqoridəki sistemli ayrı-seçkilik mühitində yaşayan etnik gürcü əhalisinin, həmin ərazilərdə yaşayan abxaz və osetin əhalisinin, ayırıcı xətt boyu yaşayan minlərlə ailənin hüquqi və sosiual vəziyyətini yaxşılaşdırmaq üçün heç nə etməyibdir.

Münaqişələrin sülh yolu ilə həlli bəyan edilmiş siyasi kursun mövcud olmasına baxmayaraq, bir çox tədqiqata əsasən, münaqişələrdən zərər çəkmiş qruplar özlərini təhlükəsiz və qorunmuş hiss etmirlər. Müharibənin yenilənmə qorxusu, sosial cəhətdən müdafiəsizlik, məhdud inkişaf imkanları onların gündəlik həyatlarının bir hissəsidir. Davam etməkdə ola münaqişə şəraitlərində sülh sosial, iqtisadi, siyasi və təhlükəsizlik həddi olan çoxtərəfli bir konsepsiyadır. O, ortaq maraqlar və gündəlik asayişin qurulması perspektivini yaradır. İnsan təhlükəsizliyinin məhz bu cür çoxlaylı anlayışı Gürcüstanın sülh siyasətinin ayrılmaz parçasına çevrilməlidir. Bu, münaqişələrin sülh yolu ilə həll edilməsinin hüquqi və humanistik əsası olacaqdır. Məhz insana, onların təhlükəsizliyinə, ləyaqətinə və rifahına əsaslanmış siyasət münaqişələr sayəsində bir-birindən uzaqlaşan əhali arasında etimadın qurulmasına, əlaqələr və münasibətlərin dərinləşməsinə imkan yaradacaqdır.

Bu cür dayanıqlı siyasət qurmaq əvəzinə, bu gün Gürcüstan Hökuməti və siyasi elitası müharibə və sülh məsələrinin siyasi cəhətdən instrumentallaşdırılması ilə məşğuldurlar. Onlar müharibədən irəli gələn travmalardan və ağır təcrübələrdən öz siyasi kapitallarını artırmaq üçün istifadə edirlər. Bu isə həqiqi sülhdən. ədalətdən və münaqişələrin sülh yolu ilə həllindən uzaqdır. Bu yetmirmiş kimi hakimiyyət hazırda, Ukrayna müharibəsindən sonra dəyişmiş təhlükəsizlik və avrointeqrasiya yolunda yaranan, yeni reallıq kontekstində mövcud olan beynəlxalq və geosiyasi vəziyyəti də doğru qiymətləndirə bilmir. Məhz Avropa, insana əsaslanan təhlükəsizlik sistemi və inklüziv demokratiyanın qurulması, Avropa İttifaqı alətləri və münaqişələrin həlli təcrübəsi bizim münaqişələrin həlletmə yolunda əsas rol oynaya bilər. Avropa İttifaqı sülh layihəsidir və sülh Avropa birliyinin üzərində dayandığı əsas siyasi və fəlsəfi prinsipdir.

Xüsusilə Ukrayna müharibəsindən sonra, Rusiyanın regionumuza bəslədiyi imperialistik və müstəmləkəçilik niyyətləri bütün çılpaqlığı ilə üzərə çıxmışdır. Bu gün Rusiyanın təhlükəsizlik zəmanətdarı və etibarlı tərəfdaş olmadığı abxazlara da məlumdur. Hazırda abxaz cəmiyyəti həmin bölgənin Rusiya tərəfdən ilhaqına qarşı mübarizə aparır və bu prosesdə onlar təkdirlər. Təəssüf ki, bizim siyasi sinifimiz abxaz cəmiyyətinin bu qorxularını nə görə bilir, nədə onlara lazımınca cavab verə bilir.

Hakimiyyət və gürcü siyasi sinifi münaqişədən zərər çəkən hər iki tərəfin narahat etdiyi problemləri görmür. Bu nə siyasi, nədə ictimai gündəlikdə öz əksini tapmamışdır və nəhayət, bu cür laqeyd bir siyasət bizin cəmiyyətlərimizi daha da ögeyləşdirir və ümumi gələcəyin inşası marağından uzaqlaşdırır.

Sosial Ədalət Mərkəzi münaqişənin hər iki tərəfindəki qurbanlarının xatirəsini hörmətlə anır, onların ailələrinə, yaxınlarına dərd şərikliyini bildirir. Gürcüstan hakimiyyətini, mövcud çağırışlar və imkanlara göz yummaq əvəzinə, münaqişədən zərər çəkmiş hər bir qrupun təhlükəsizliyinə əsaslanan və onların real ehtiyaclarını və maraqlarını qarşılayan bir sülh siyasəti üzərində işləməyə çağırırıq.

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“