საერთო ცხელი ხაზი +995 577 07 05 63
Foto: Abxaziya. Mənbə: ekhokavkaza
21 may bütün dünyada yaşayan abxazlar, çərkəzlər, ubixlər və digər qafqaz xalqları üçün kütləvi deportasiya və məcburi sürgünlük – faciəvi “Mühacirlik” (ərəb kəlməsidir və köçmüş deməkdir) tarixidir. Bu tarix Qafqaz regionunda Rusiya imperiyasının kolonial siyasətinin ən ağır nəticəsini və yarasını göstərir.
Mühacirlik dövründə Rusiya imperiyası Qafqaz regionundan, o cümlədən Abxaziyadan bir çox ailəni öz evlərindən çıxarıb sürgünə məruz qoydu. Onların bir qismi gəmilərlə aparılarkən dənizdə həlak oldu. Onun üçün də illərdir ki, müxtəlif ölkələrə dağılmış abxaz mühacirlərin törəmələri dənizlər, çaylar, göllər sahillərində toplanaraq əcdadlarının əziz xatirələrini yad etmək üçün suya çiçəklər atırlar.
Abxazların kütləvi şəkildə sürgünə məruz qaldıqları birinci dalğa 1867-ci ilə təsadüf edir və o Rusiya tərəfindən qərbi Qafqazı zəbt etməklə, Qafqaz müharibələrini sona çatdırmaqla və Abxaziya samtavrosunun (bəyliyinin -O.K.) ləğv edilməsi ilə bağlıdır. Həmin torpaqlarda rus idarəçiliyinin bərqərar olmasını kəndli islahatı da müşaiyət edirdi. Həmin islahatlar 1866-cı ilin Lixni üsyanına səbəb oldu. Nəticədə vətənini təxminən 20 min Abxaz tərk etdi. Kütləvi deportasiya imperiya tərəfindən əvvəlcədən hazırlanmış bir proses idi. Kəndlərə görə əvvəlcədən hazırlanmış siyahılar tərtib edilmişdi. Tarixi mənbə göstərir ki, bir çox abxaz köçürülərkən, vəfat etdikdə qəbirə özləri ilə aparmaq üçün, bir ovuc vətən torpağını da yanında daşıyırdı. Qocalar isə yerində ölməyə üstünlük verirdilər.
1877-1878-ci illərdə, Rusiya-Osmanlı müharibəsi dövründə abxazlar məcburi şəkildə ikinci dəfə Osmanlıya köçürüldülər. İkinci köçürülmə əvvəlkinə nisbətən pis təşkil edilmişdi, lakin o vaxt köçürülən abxazların sayı 30 000 nəfərə çatdı.
Köçürmə prosesi Rusiya-Osmanlı müharibəsi başa çatdıqdan sonra da dayandırılmadı. 19 fevral 1878-ci il sazişi ilə Rusiya imperiyası yeni birləşdirdiyi rayonlarda yaşayan müsəlman əhaliyə sazişin ratifikasiyasından 3 il müddətincə əmlakını sataraq Osmanlıya köçmək imkanı verirdi. Osmanlıda yaşayan xristian əhalinin isə Rusiyaya köçmək icazəsi vardı. Bu dövrdə Abxaziyada köçmək və repatriasiyanın bir dalğası yenə yaşandı. Maraqlıdır ki, bu 1880-ci ildə Rusiya imperiyası abxazları “Təqsirkar əhali” kimi adlandırdı və bununla Suxumi həndəvərində, yüksəkdağlıq zonalarda və dəniz sahillərində onların məskunlaşması qadağan edildi. Maraqlıdır ki, eyni illərdə minlərlə müsəlman gürcü təhlükəsizliklə bağlı ağır problemlər ucbatından Kedadan, Xulodan, Şuaxevidən, Kobuletidən, Batumidən belə Osmanlı imperiyasına köç etməyə məcbur oldu.
Mühacirlərin ümumi statistikasının dəqiq verilmişləri hələ də məlum deyildir. Müxtəlif mənbələrə görə, 50,000 məcburi köçkün abxaz ehtimal olunur. O dövr Abxaziya əhalisinin ümumi əhalisinin təxminən 79,190 nəfər olduğunu nəzərə alsaq, mühacirətin miqyaslarını, onun gətirdiyi ağır sosial və demoqrafik izləri təsəvvür etməkdə çətinlik çəkmərik.
Mühacirliyin səbəbi Rusiya imperiyasının Qafqazda və regionumuzda olan ekspansiv və müstəmləkəçi siyasəti idi. İmperiyanın təlükəsizliyi üçün Qafqazda yaşayan mübariz və itaətsiz xalq problem yaradırdı. Rusiya mühacirlik vasitəsilə regionda öz təsirlərini artırmağa imkan yaratdı. Köçürülmüş yerli əhalini, xüsusilə də dəniz kənarı bölgələrdən gedənləri, Rusiya imperiyası özü üçün əlverişli xalqlarla məskunlaşdırdı və bununla torpaq və yerli resursları mənimsəməyə başladı.
Əlbəttə mühacirlikdə Osmanlı da maraqlı idi. O, bununla Balkanlarda və kiçik asiyada müsəlman əhalinin sayını artırır və imperiyanın kənar torpaqlarında öz demoqrafik və geosiyasi vəziyyətini yaxşılaşdırırdı.
Abxazların mühacirliyi Rusiya imperiyası tərəfindən aborigen əhaliyə qarşı törədilən ən ağır cinayət idi. Bu cinayət abxaz xalqını az qalsın fiziki cəhətdən məhvə gətirib çıxardı. Həmin acı tarixi hadisələr abxaz və digər Qafqaz xalqlarının kollektiv yaddaşında bu vaxrta qədər yaşamaqdaç onların folklorunda, mədəniyyətində və dilində öz ifadəsini tapmışdır.
Təlimat