[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

MüNAQIşə BöLGəLəRINDə SIYASəT Və INSAN HüQUQLARı / Bəyənat

20 may – Dzara faciəsi

Bu gün 20 maydır – osetin ictimaiyyəti üçün faciəvi bir tarix. 20 may 1992-ci ildə, Dzara kəndi yaxınlığında qeyri-müəyyən şəxslər yük maşınına odlu silahlardan atəş açdılar. Həmin yük maşını ilə təqiblərdən və sıxışdırılmalardan qaçan osetinlər Şimali Osetiyaya yollanırdılar. Həmin qəddar hücum nəticəsində, əksəriyyəti qadın və uşaq olmaqla 33 nəfər həlak oldu. 16 nəfər isə xəsarət aldı.

90-cı illərdə zorakı etno-milliyyətçilik və aqressiv şovinizm dalğası Gürcüstanda yaşayan bir çox etnik qrupun yaddaşında ağır izlər və təcrübə buraxdı. Onların arasında Dzaranın ağır faciəsi də var. İnsan hüquqlarını kobud şəkildə pozan bu ağır cinayətə hələ də heç bir hakimiyyət tərəfindən müvafiq siyasi və hüquqi cavab verilməmişdir. Gürcüstan əhalisinin böyük hissəsinin Cava rayonunda baş verən bu ağır cinayət barədə məlumatı belə yoxdur. Beləki, bu günə qədər həlak olanların ailələri və osetin ictimaiyyətinə qarşı baş sağlığı və dərdə şəriklik ifadə etməmişik.

Həmin cinayət o vaxtkı siyasi elita tərəfindən əvvəlcədən planlaşdırılmış cinayət kimi qiymətləndirildi və istintaq üçün Komissiya belə yaradıldı. Lakin, Komissiya təqsirkarları ifşa etməmiş və heç kəs məsuliyyətə cəlb edilməmişdir. Faktla bağlı fövqəladə şəkildə çağırılan iclasda Dövlət Şurasının Sədri, E. Şevardnadzeyə əsasən, sözügedən cinayəti Gürcüstanda sakitblik və sabitliyə qarşı olan qüvvələr törətmişlər. Beləki, gürcü- osetin münasibətlərində və 90-cı illərin münaqişəsində Dzara faciəsi hələ də cavabını tapmayan ağır təcrübə kimi qalır.

İnsan hüquqlarırının bu cür ağır şəkildə pozulduğu, araşdırılmadığı və etiraf edilmədiyi, habelə, qurbanların hüquqlarının bərpasının və hörmət bəsləmək hissinin təkzib edildiyi bir şəraitdə demokratik, etimada əsaslanmış və inklüziv cəmiyyətin və siyasi sistemin qurulması barədə müzakirələr qeyri-mümkündür. Münaqişə nəticəsində parçalanmış cəmiyyətlər arasında etimadın bərpası və sülhün qurulması üçün belə bir hüquqi işlərin aparılması son dərəcədə əhəmiyyətlidir.

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“