FEANTSA evsizlik məsələləri üzərində işləyən milli təşkilatların avropa federasiyasıdır. O, evsizliyə qarşı mübarizə aparan avropa ölkələri təşkilatlarını birləşdirir. Təşkilatın başlıca məqsədi avropada evsizliyə son qoymaqdır. FEANTSA 1989-cu ildə təsis edilərək, özündə 30 ölkədən 130-dan çox üzv təşkilatı birləşdirir.
Sosial Ədalət Mərkəzi FEANTSA –ya bir üzv kimi 2017-ci ildə qoşulmuşdur.
Təşkilatın fəaliyyətinin başlıca istiqamətləri:
- Evsizliyin aradan qaldırılması tədbirlərinin effektli şəkildə tətbiqi və onun yerinə yetirilməsi məqsədilə milli, bölgə hökumətləri və Avropa İnstitutları ilə davamiyyətli dialoqun təmini;
- Evsizliyin təbiətini, miqyaslarını, səbəblərini və çıxış yollarını yaxşı dərk etmək üçün araşdırılmaların həyata keçirilməsi, işlənilməsi və yayılması;
- Evsizliyə qarşı aparılan siyasət və praktika üzrə baxışı olan üzv təşkilatlar arasında informasiyanın, təcrübənin və yaxşı praktikanın mübadiləsini təşviq etmək və dəstəkləmək;
- Evsizliyin komplekssivliyi və evsiz şəxslər qarşısında mövcud olan problemlərini çoxhədli olması haqda təvəkkürün yeksəldilməsi;