საერთო ცხელი ხაზი +995 577 07 05 63
Büdcə: EUR 191,392.57
Müddət: 2022-2023 İl
Gürcüstanın sosial, iqtisadi və mədəni həyatında azlıqların Dövlətin qurulma prosesinə inteqrasiyası son dərəcə əhəmiyyətlidir. Bizim ölkəmiz müstəqilliyini əldə etdikdən 30 il sonra belə Sovet irsinə – etno-linqvist siyasəti və etnikliyin institusionallaşmasına qarşı mübarizə aparır. İnteqrasiya öz növbəsində dövlət siyasətində və fərqli etnik-dini mənşəli həmvətənlərlə daha az ünsiyyətləri olan və yaxud, inteqrasiyanın demokratik, bərabər və inkluziv siyasi sisteminin qurulması prosesində bir çox gürcünün düşüncəsində dəyişikliklər tələb edir.
Regional və beynəlxaql aktorların köməyi və habelə, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə, Gürcüstan azlıqların inteqrasiyası cəhətdən, o cümlədən qanunvericilik səviyyəsində belə, müəyyən tərəqqiyə nail ola bilmişdir. Lakin adı çəkilən tərəqqiyə baxmayaraq, azlıqların inteqrasiyası və ümumiyyətlə sülhün bərqərar olunması prosesinə bir sıra institusional, struktur və mədəni problemlər mane olmaqdadır.
Bu konteksti nəzərə alaraq, layihənin məqsədi inkluzivlik, bərabərlik və müxtəliflik prinsiplərinə əsaslanaraq, dəlillərə söykənmiş advokatlaşdırma ilə, dominant ekskluzivlik diskursunun və təktərəfli narativlərin transformasiyası vasitəsilə sosial sülhün bərqərar olunmasına dəstək verməkdir.
Təlimat