საერთო ცხელი ხაზი +995 577 07 05 63
Büdcə: EUR 229,093
Müddət: 2022-2025 İl
2022-ci ilin yanvardan etibarən, Sosial Ədalət Mərkəzi (keçmiş EMC) Açıq Cəmiyyət-Gürcüstanla əməkdaşlıqla və Avropa İttifaqının dəstəyilə “Gürcüstanda təhlükəsiz, mühafizə olunan və hesabatlılıqlı cəmiyyətin təmini” üçün vətəndaş cəmiyyətinin və təşkilatların gücləndirilməsinə dair lahiyə həyata keçirir.
Gürcüstanda yeniyetmələr və gənclər tərəfindən işlənilən cinayətlərin göstəriciləri kifayət qədər yüksəkdir. Bu ölkə üçün ən kəskin problemlərdən birini təşkil edir. O, həmçinin narkotik vasitələrindən istifadə tendensiyalarına da şamil olunur ki, bu məsələdə dövlətin cavabı da qeyri-proporsional dərəcədə sərt və təqibedicidir.
Ölkə hakimiyyəti həmin sərt narkosiyasətin dəyişməsinə ehtiyac olduğunu dərk etməsinə baxmayaraq, mövcud təqibedici qanunvericliyin dəlillərə əsaslanmış və qayğıya yönəlmiş narkosiyasətlə əvəzlənməsi hələ də baş tutmamışdır.
Narkotiklərdən istifadə etmək cinayətdir, narkotik vasitələrini şəxsi istifadə üçün saxlanılması isə bəzən qətl ya zorlamadan da artıq cəzaya layiq görülür. Dövlət narkotik vasitələri əleyhinə qeyri-cinayət mexanizmlərini qəbul etmir. Bu sonuncusu narkotik istifadəçilərinə narkotiklərlə bağlı problemləri həll etməkdə kömək olardı. Ümumiyyətlə, geniş cəmiyyət də qüvvədə olan narkosiyasətlə razıdır.
Bununla belə, prevensiya mexanizmləri demək olar ki mövcud deyil və mövcud olanları da dəlillərə əsaslanmayıbdır, habelə onların təsiri qiymətləndirilmir də.
Bu vəziyyəti nəzərə alaraq, layihənin qayəsi narkotik siyasətinin prevensiyası, müalicəsi və qayğı sistemlərinin yaxşılaşdırılması vasitəsi ilə insan təhlükəsizliyinə dəstək verməkdir.
Hədəfə çatmaq üçün, layihə altı məsələni yerinə yetirməyi nəzərdə tutur. “Sosial Ədalət Mərkəzi” bunlardan iki hədəf üzrə məsuldur:
Təlimat