საერთო ცხელი ხაზი +995 577 07 05 63
Büdcə: GEL 1,027,600
Müddət: 2018-2022 İl
2018-ci ilin martından, Sosial Ədalət Mərkəzi “Seksual təhsil uğrunda İsveç Assosiasiyasının” (RFSU) dəstəyi ilə “LGBTİ şəxslərin hüquqlarının gücləndirilməsi, seksual və reproduktiv sağlamlıq məsələlərinin advokatlaşdırılması və KVİAR altivistlərin dəstəyi” layihəsini həyata keçirir.
Layihənin məqsədi gender və seksuallıq haqda nəzəri və siyasi biliyi təşviq etmək və yaymaq, fəalların və LGBTİ icma təşkilatlarını dəstəkləmək, onları biliklə təchiz etməkdir. Qeyd olunan hədəflər üçün layihə, tənqidi siyasət platform kursunun həyata keçirilməsini və genişmiqyaslı “KVİAR forumları”-nın təşkilini də nəzərdə tutur. Onların başlıca qayəsi yerli ehtiyaclara uyğunlaşdırılmış mövcud KVİAR və feminist siyasətin yenidən baxılması, tənqidi nəzəri çərçivənin inkişafıdır. Qeyd olunanın həyata keçirilməsi Sosial Ədalət Mərkəzi layihəsi çərçivəsində cinsi məsələlərdə fundamental kitabların tərcüməsi və yerli araşdırmaçılarının təşviqilə məqalələr məcmuəsi yaratmaq və ictimai diskussiya təşkil etmək məqsədini daşıyır.
Bununla belə, layihə LGBTİ insanların marqinallaşdırılmış qadın qruplarının görünməz və bazis problemlərinin identifikasiyası/araşdırılması/ öyrənilməsi və onların hüquqlarının advokatlaşdırılmasına xidmət edir. Qeyd olunan məqsədlə, Sosial Ədalət Mərkəzi LGBTİ insanların sosial-iqtisadi həssaslıqları barədə genişmiqyaslı kəmiyyət xarakterli tədqiqat həyata keçirəcəkdir. O, siyasi, sosial və mədəni reqistrdə qeyd olunan qrupların ehtiyaclarının təhlili və onların hüquqları üçün mübarizə gündəliyinin güclənməsinə dəstəyə xidmət edəcəkdir.
Lahiyənin məqsədi dövlət idarələri ilə sı əməkdaşlıqla LGBTİ insanların və qadınlar məsələsində biliyin elə bir resursunu yaratmaqdır, hansı ki, mövcud narahatlıqları siyasətə çevirməyə və real, gerçək siyasətin həyata keçirilməsinə dəstək verəcəkdir. Layihə çərçivəsində, Sosial Ədalət Mərkəzi ictimai idarələrin nümayəndələri üçün praktiki təlimlər, seminarlar və işgüzar görüşlərinin təşkilini planlaşdırır. Həmin təlimlər, seminarlar və görüşlər LGBTİ insanların və qadınların ehtiyacları üçün siyasi dəyişikliklərə və siyasət yaradıcılarını bilik və duyğularla təchiz etməsinə xidmət edəcəkdir.
Bununla belə, layihənin məqsədi marqinallaşdırılmış qadınların SHRH ehtiyaclarının identifikasiyası və onları gündəliklərə gətirməkdir. Qeyd olunan məqsədlə, Sosial Ədalət Mərkəzi etnik azlıqlar qadınlarının əsas ehtiyaclarını tədqiq, təhlil etmək və onlar üçün dəstəkverici görüşləri təşkil etməyi planlaşdırır.
Layihə çərçivəsində Sosial Ədalət Mərkəzi universitet məkanın SRHR məsələlərlə bağlı yanaşmasını dəyişməyə çalışacaq və bunun üçün yuxarıda qeyd olunan məsələlər barədə müxtəlif istiqamətdə oxuyan tələbələr üçün silabuslar hazırlayacaqdır, bu biliyin formallaşdırılması və cavanlar və ümumiyyətlə əhali arasında onun yayılmasına xidmət göstərəcəkdir.
Sosial Ədalət Mərkəzi yuxarıda adı çəkilən aktivliklərin həyata keçirilməsini vətəndaş cəmiyyəti, akademiyası və LGBTİ icma təşkilatları/fəalları ilə sıx əməkdaşlıq və kooperasiya yolu ilə həyata keçirəcəkdir.
Qeyd etmək lazımdır ki, RFSU seçilmiş tərəfdaş təşkilatdır, o layihə aktivliklərinə öz dəstəyi ilə yanaşı, Sosial Ədalət Mərkəzinin institusional inkişafına da aktiv şəkildə kömək edir.
Təlimat