[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

Bərabərlik siyasəti / Layihələr

Münaqişələrlə bağlı tarixin tənqidi nəzərdən keçirilməsi və qadın perspektivlərini gücləndirməklə münaqişələrin transformasiyasına dəstək vermək

Library Thumbnail Image

Büdcə: EUR 96,147

Müddət: 2022-2024 İl

2022-ci ilin avqustundan etibarən Sosial Ədalət Mərkəzi  (keçmiş EMC)  İsveç Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi (SIDA)  və Kvina Til Kvinanın dəstəyi ilə “Münaqişələrin transformasiyasının münaqişələrlə bağlı tarixə tənqidi nəzər və qadınların perspektivlərinin gücləndirilməsilə təşviqi” adlı  layihəni həyata keçirir.

Dəyişkən geosiyasi kontekstdə ki, onun fonunda Gürcüstanda sülhün bətqərar olunması ilə bağlı məsələlər daha da çox radikal qütbləşmə predmetinə çevrildi, münqaişələrin transformasiyasının, dayanıqlı sülhün qurulmasının və münaqişədən zərər görmüş əhalinin maraqları siyasi gündəlikdə yenə də dayanmır.  Münaqişədən zərər çəkən əhalinin ağır hüquqi və sosial məişəti, bu cəhətdən mövcud olan problemlər və sülh siyasətinin mövcud problemlərlə uyğunlaşmaması siyasi dialoqun lazım gəldiyini və sülh proseslərində insan hüquqları perspektivinin güclənməsini vurğulayır.

 Sülh prosesində münaqişədə zərər çəkən qadınların səslərinin eşidilməməsi və maraqlarının görünməməsi, habelə ümumiyyətlə sülh danışıqlarında və qəraralma prosesində qadınların iştiraklarının aşağı olması olduqca mənfi bir haldır. Sülhün qurulmasına cəlbedilən insanların əksəriyyətinin qadın olmasına baxmayaraq, həmin prosesdə təmsilçiliklərinin aşağı olması, qərar verdikdə onların səsinin çox az eşidilməsinə səbəb olur.

Layihənin ümumi məqsədi münaqişələrin transformasiyası ilə bağlı tarixə tənqidi yanaşmaqla sülh siyasətində qadınların səslərini gücləndirməsinə, həmçinin siyasi gündəlikdə  və fəaliyyət planlarında münaqişələrdən zərərçəkmiş əhalinin xüsusi ehtiyaclarının inteqrasiyasına dəstək verməkdir.  

Sosial Ədalət Mərkəzinin fəaliyyəti bu layihə altında üç əsas  qayədə təşkilatlanmışdır:

  1. Münaqişələr və sülh mövzusunda, habelə qadın sülh qurucuları və praktikada həyata keçirənlərin təcrübələrinə əsaslanaraq kritik bilik yaratmaq. Həmin bilik münaqişələrin transformasiyasına dəstək verəcək və ictimai dəyişiklikləri təşviq edəcəkdir.
  2. Qadınları, sülh və təhlükəsizlik (WPS) siyasətini, qadınların ehtiyaclarını, maraqlarını və hüquqlarını Dövlətin sülh siyasətində lazımınca əks etdirərək, gücləndirmək .
  3. Hər iki tərəfdə yaşayan və münaqişədən zərər çəkən əhalinin hüquqlarını və insani təhlükəsizlik müdafiəsini, hərəkət azadlığı kimi hüquq məsələləri barədə tədqiqatlar aparmaqla gücləndirmək.

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“