საერთო ცხელი ხაზი +995 577 07 05 63
Büdcə: USD 43,000
Müddət: 2021-2022 İl
Narkosiyasət istiqamətinin tənqid edilməsinə baxmayaraq, dövlət narkosiyasət məsələsində aydın baxış təklif etməyir. 2017-2018-ci illərdə narkosiyasətin sistemli islahatına sərf edilmiş iş prosesi konkret nəticələrlə yekunlaşmamış və bunun əvəzində hakimiyyət fraqmental islahatlar yolunu tutmuşdur. Bunun ən bariz nümunəsi yeni komplektləşmiş Parlament tərəfindən 8 narkotik vasitəsi üçün kiçik miqdarların müəyyənləşdiriləsi idi.
Konstitusiya Məhkəməsi tərəfindən alınan bir çox qərara və qanunvericilikdə aparılan bir neçə əhəmiyyətli dəyişikliyə baxmayaraq, gürcü narkosiyasət öz təqibçi xarakterini qoruyub-saxlayır. Prinsip etibarı ilə narkotik istifadəçisinə qarşı Dövlətin yanaşması dəyişməz qalır (marixuana istisna olmaqla. O, artıq cəzalandırılmır) və əsas diqqət yenə də narkotik istifadəçisinin cəzalandırılmasına verilir. Bütün yuxarıda qeyd olunanların fonunda, layihənin məqsədi istifadəçiləri hüquqi cəhətdən gücləndirilmək və islahatları dəstəkləməklə humanist narkosiyasətinə dəstək verməkdir. Qeyd olunan məqsədə nail olmaq üçün layihə konkret vəzifələrin yerinə yetirilməsinə xidmət göstərir:
Təlimat