საერთო ცხელი ხაზი +995 577 07 05 63
Büdcə: GEL 42,000
Müddət: 2023 İl
Fevral 2023-cü ildən etibarən Sosial Ədalət Mərkəzi (keçmiş EMC), Heynrix Böll Fondunun Cənubi Qafqaz bölgəsi ofisinin (Boell) dəstəyilə “Gürcüstanın sülh siyasətindəki insan hüquqları perspektivlərinin gücləndirilməsinin advokalaşdrılması“ layihəsini həyata keçirir.
Münaqişələrin transformasiyasının və sülh siyasətinin mövcud olmadığı bir şəraitdə münaqişədən zərərçəkmiş müxtəlif qrupların hüquqi və sosial vəziyyəti daimə ağırlaşır və pisləşir. Sülh və münaqişələr məsələləri son dövrdə siyasi qütbləşmə və partiya qarşıdurması predmentinə çevrilib. Buna görədir ki, münaqişədən zərər çəkənləri narahat edən real problemlər, həmişə Hökumətin əməli siyasətindən kənarda qalır. Sosial Ədalət Mərkəzinin Qali və Axalqoridə keçirdiyi ən yeni tədqiqatı münaqişə xəttində yaşayan əhalinin ikiqat unudulmuşluq və ayrı-seçkilik qurbanı olduğunu göstərdi. Bundan əlavə, ayırıcı xəttin ətrafında yaşayan kəndlərdə ağır sosial və hüquqi fon müşahidə edilməkdədir.
Layihənin məqsədi Gürcüstanın sülh siyasətində insan hüquqları perspektivinə dəstəyi, Qali və Axalqoridə yaşayan Gürcüstan vətəndaşlarının hüquqi və sosial vəziyyətlərini gücləndirməkdir.
Bu məqsədlə Sosial Ədalət Mərkəzi Qali və Axalqori əhalisinin ehtiyacları və problemləri barədə biliyi və mediada, habelə ictimaiyyətdə diskusssiyaları gücləndirəcəkdir; habelə siyasi partiyalarla, rəsmi strukturlarla diskussiya platformunu yaratmaq və konkret tövsiyyələrin advokatlaşdırılma məqsədi ilə həmin problemlər haqqında danışmaq istiqamətində işləyəcəkdir.
Təlimat