[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

BAşQA / Bəyənat

Məhkəmə Aida Balafkaninin Gürcüstana daxil olmamaq qərarını qanunsuz hesab edib

Bu gün bir əhəmiyyətli məhkəmə mübahisəsi ilk instansiyada uğurla başa çatdı!

Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin 26 aprel 2022-ci ildə, Böyük Britaniya vətəndaşı, London Universitetinin Antropologiya Doktorantı Ayda Balafkanın Gürcüstana buraxılmaması haqqında qırarını qanunsuz elan etdi.

Xatırladaq ki, 26 aprel 2022-ci ildə Ayda peşə fəaliyyəti çərçivəsində İHHŞ İlya Çavçavadze adına Dövət Universitetinin dəstəyi ilə gürcü xalçaları və ənənəvi toxumalar haqqında tədqiqat aparmağı planlaşdırırdı. Gürcüstan Dövlət sərhədində onu saatlarca yoxlayır, suallar verir, həyat yoldaşı ilə birgə olmağına və səfirliklə kommunikasiyasına imkan vermirdilər. Bundan sonra konkret izahat vermədən ölkəyə daxil olmasına icazə vermədilər. Ayda Balafkanın ölkəyə sadəcə İranda doğulduğu üçün icazə verilmədiyinə dair ağlabatan şübhələr var (İşin detallarına bu linkdə baxın: https://shorturl.at/apIMN ).

Qeyd etmək gərəkdir ki, Patrul Polis Departamentinin qərarında „Əcnəbilər və vətəndaşlıqları olmayan şəxslərin hüquqi vəziyyəti haqqında“ Gürcüstan qanununun 11-ci maddəsinin birinci bəndinin „İ“ altbəndi göstərilmişdi. Altbəndə əsasən Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda əcnəbini ölkəyə buraxılmasına rədd cvab verilə bilər. Bununla belə, məhkəmədə işi müzakirə edərkən Departament qərarın Dövlət sirrinə aid olan informasiyaya əsaslandığını və buna görə Aydanı ölkəyə buraxmağın Dövlət üçün təhlükəli olacağını iddia edirdi. Qeyd etmək lazımdır ki, Departament tərəfindən adı çəkilən altbənd hansısa bir qanunvericilik aktına işarə etmədən, müstəqil bir əsas kimi tez-tez göstərilir. Həmçinin, Departamentin məhkəmələrdə Dövlət sirrini səbəb gətirməklə hərəkət etməsi də müntəzəm şəkil daşıyır. Onlar bununla arqumentləşdirmə və əsaslandırmadan boyun qaçırırlar.

Bu gün məhkəmə Ayda Balafkanın Gürcüstana buraxılmaması qərarının əsassız və qanunsuz olduğu barədə fikirlərimizi qəbul etdi. Qeyd olunan iş bir daha göstərir ki, sərhədin keçməsi ilə bağlı qərar qəbul edən səahiyyətli Dövlət müəssisələri Qanunvericili dar və insanların əsas hüquqlarını təcrid edilmiş şəkildə şərh edərək, özbaşınalıqla və əsassız qərarlar qəbul etməklə əcnəbilərin hüquqlarını tapdalayan praktikanı tətbiq edirlər.

Məhkəmənin əsaslandırılmış qərarını aldıqdan sonra Sosial Ədalət Mərkəzi işlə bağlı əlavə məlumat verəcəkdir.

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“