საერთო ცხელი ხაზი +995 577 07 05 63
Sosial Ədalət Mərkəzi ukraynalı xalqın azadlıq uğrunda apardığı mübarizəni dəstəkləyir və ağır insani itkilərinə görə baş sağlığı bildirir. İnanırıq ki, bu ədalətli mübarizə Ukraynanın çiçəklənməsinin, inkişafının və Avropada uzunmüddətli sülhün rəhni olacaqdır.
Bir ildir ki, Dünya Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibəsini izləyir. Həmin müharibənin bəyan edilmiş hədəfi bir suveren dövlət kimi Ukraynanı məhv etməkdir. Bu imperiyalistik niyyətin nəticəsi onminlərlə qurban, milyonlarla qaçqın və məhv olmuş şəhərlərdir. Rusiya tərəfindən beynəlxalq hüquq normalarını və təhlükəsizliklə bağlı razılaşmaları pozmaq nəinki onun qonşuları və Avropa üçün, hətta bütün dünya üçün təhlükəlidir, çünki o, qaydalar üzərində qurulmuş beynəlxalq nizamı, sülhü və sabitliyi pozmaqdadır.
Bu müharibə Gürcüstanın təhlükəsizliyini, iqtisadiyyatını və siyasətini də təhlükə altına atır. Avropanın dəyişkən təhlükəsizliyi fonunda, Gürcüstan hakimiyyəti tərəfindən atılan diplomatik və siyasi addımlar, habelə ölkənin təhlükəsizlik perspektivləri heç də aydın deyildir. Strateji tərəfdaşlarla bəraətqazandırılmaz narazılıqlar, birmənalı olmayan xarici siyasi oriyentirlər və artmaqda olan avtoritarlıq fonunda, Gürcüstanın təhlükəsizliyi Avropa təhlükəsizliyi gündəmində yerini itirməkdədir, Avropa İttifaqına üzv olmaq üçün yaranan imkandan günbəgün uzaqlaşmaqdadır.
Bizim üçün Gürcüstan hakimiyyətinin Ukrayna ilə olan siyasi və diplomatik narazılığı qəbul edilməzdir. Həmin narazılığın əsası, bir baxışdan pratiyanın dar maraqlarından ibarətdir. Gürcüstanın hakim komandasında Ukraynanın qalibiyyətinin Gürcüstanın qalibiyyəti olduğunu hələ də dərk edə bilməmişlər.
Gürcüstanın münaqişə bölgələri ilə bağlı hakimiyyətin ardıcıl olmayan bəyənatları və siyasi manipulyasiyaları təşvişimizə səbəb olur. Bir tərəfdən münaqişələrin sülh yolu ilə həlli siyasətinə sadiq qaldıqlarını bildirir, ikinci tərəfdən isə hakimiyyət nümayəndələri “ikinci cəbhə” nəzəriyyəsini irəli sürürlər. Bunu, partiyanın hədəflərini güdmək məqsədilə, münaqişə nəticəsində ayrılmış gürcü, abxaz və osetin cəmiyyətlərinin qorxuları və travmalarını kobudcasına alətə çevirmək kimi qiymətləndiririk. Ukraynada sürən müharibə və Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar fonunda, Abxaziya və Cənubi Osetiya bölgələrində gələcək təhlükəsizliklə və rifahla bağlı qorxular mövcuddur. Bu, beynəlxalq tərəfdaşların dəstəyilə, gürcü tərəfi üçün yeni təkliflər və alternativlər verməyin əsasına çevrilməli idi, lakin sülh siyasətində əsaslı geri dönüş yenə də görünmür.
Mövcud problemlər fonunda, ölkəmiz üçün xarici siyasəti, təhlükəsizliyi və sülh məsələlərini partiyadaxili alətə çevirmək və partiyadaxili maraqlar səviyyəsinə endirmək çox təhlükəlidir. Təəssüflər olsun ki, Gürcüstan üçün Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi aqressiya və bunun nəticəsində dəyişən geosiyasi vəziyyət, bizim Avropa İttifaqına üzv olmağımız üçün yeni bir imkan olması, tərəfdaşlarla konsolidasiya, o cümlədən Ukrayna ilə əməkdaşlığın yeni perspektivlərini yaratması əvəzinə, ölkə get-gedə izolyasiya yolunu tutur və daxili böhrana daxil olur. Bu isə daxildə həm demokratiya və rifah imkanlarını korlayır, həm də Qərbin regional sistemlərindəki təhlükəsizlik və inkişafa dair gələcəyi əlimizdən alır.
Təlimat