საერთო ცხელი ხაზი +995 577 07 05 63
Büdcə: USD 9,744
Müddət: 2022 İl
Sosial Ədalət Mərkəzi (keçmiş EMC) 2022-ci il apreldən etibarən BMT İnkişaf Proqramının dəstəyilə “Gürcüstan münaqişələrinin transformasiyası: keçmişin gələcək üçün transformasiyası” adlı layihəni həyata keçirir.
Gürcüstandan münaqişələrin baş verməsindən az qalsın 30 il, avqust müharibəsindən isə -11 il keçmişdir. Təəssüflər olsun ki, gürcü-abxaz və gürcü-osetin münaqişələrinin həlli dalana girmiş və onu bir növ siyasi yorğunluq müşaiyət etməkdədir. Bu cür hallar ayırıcı xətlərlə uzaq düşmüş insanlar arasında əlaqə və münasibət imkanlarını daha da azaldır.
Münaqişə tərəfləri arasında atılan bir çox addıma baxmayaraq (bu sonuncusu Cənubi Osetiyaya, ifrat dərəcədə təcrid olunduğu və güclü rus təsirinə görə, bir o qədər də aid deyildir) Gürcüstanda münaqişələrlə bağlı milli konsensus hələ də əldə edilməyibdir. Münaqişənin tranfsormasiyasının, hansı ki münaqişənin səbəblərini və cəmiyyətdə möhkəmlənmiş rəsmi diskursu və narativ dəyişikliyini nəzərdə tutur, əhəmiyyəti hələ də dərk edilməmişdir. Bu prosesə, başqa amillərlə birlikdə, milli maraqlar əleyhinə getmək qorxusu da mane olur. Bununla belə, keçmişi yenidən düşünməyə və alternativ düşüncələrin irəli çəkilməsinə tərəf çıxan düşüncələr də ifrat dərəcədə marqinallaşdırılmışdır. Buna bənzər istənilən cəhd meynstrim cəmiyyətdə Rusiyadan gələn bir təhlükə kimi qarşılana bilər.
Bu amili də nəzərə alaraq, layihənin məqsədi, Gürcüstanda, münaqişələr ətrafında formalaşmış tarixə yeni perspektivdən baxmaqdır. Bu, tarixi aşağıdan yuxarıya doğru oxumaq imkanı və münqaişələrlə bağlı ödənilən ağır insan bədəlinin dərk edilməsinə xidmət göstərəcəkdir. Layihə tədqiqatçılar və tarixçilər üçün inkluziv və azad məkan yaratmağı nəzərdə tutur. Belə bir mühitdə onlar bir-biriləri ilə baxışlar və diskursun yaradılması üzərində konstruktiv əməkdaşlıq edə biləcək və onu geniş cəmiyyətə tanıda biləcəklər.
Təlimat