[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

Bərabərlik siyasəti / Layihələr

Azlıqların effektli inteqrasiyası üçün yerli aktorların gücləndirilməsi

Library Thumbnail Image

Büdcə: GBP 35,000

Müddət: 2022-2023 İl

Qeyri-dominant qrupların inteqrasiyası ölkənin sosial, iqtisadi və mədəni həyatında, demokratik cəmiyyətin və sistemlərin qurulması prosesində kritik dərəcədə əhəmiyyətlidir. Milli-Dini milliyyətçilik və ədalətsiz lingvistik siyasət, mülki bərabərlik və inteqrasiya strategiyasına baxmayaraq, etnik azlıqların sosial, iqtisadi və siyasi cəhətdən təcridlərinə əsas olur.  Ölkədə azlıqların iştirakını gücləndirəcək pozitiv mexanizmlər yoxdur (kvota, partiyalar üçün maliyyə təşviqi və s.). Qanunvericilik və icraçı orqanları yanında etnik azlıqların məsləhətləşmə mexanizmləri mövcud deyil, halbuki o qəraralma prosesində həmin qrupların təsirlərini gücləndirə bilərdi. Xalq müdafiəçisi yanında mövcud olan Etnik azlıqlar Şurası ilə Dövlət idarələrinin əməkdaşlığı müntəzəm xarakter daşımır və proqnozlaşdırılmır.

 Oxşar paradiqmarların yaradılmasında media təşkilatları əhəmiyyətli rola malikdirlər. Mərkəzi media təşkilatları isə azlıqların ehtiyaclarını işıqlandırmaqdan boyun qaçırırlar.  Mərkəzi medialar tərəfindən bu məsələlər işıqlandırılsa belə, duyarlılıq, dərinlik və bilik qıtlığı dərhal nəzərə çarpır. İkinci tərəfdən isə, etnik azlıqlarla məskunlaşmış bölgələrdə işləyən yerli media təşkilatlar vətəndaş cəmiyyəti nümayəndələri ilə bir çox hallarda əməkdaşlıq edə bilmirlər və buna görə də qərarvermə prosesində azlıqların siyasi iştirakları artmır.

 Son illər ərzində, etnik azlıqdan olan gənclərdə əhəmiyyətli dəyişikliklər nəzərə çaprmaqdadır. Onlar mülki bərabərlik, inteqrasiya və iştirakçı demokratiya haqqında daha yüksəkdən və fəal şəkildə danışırlar. Bununla belə, onların Dövlət və qeyri-dövlət, habelə beynəlxalq aktorlarla ünsiyyətləri prosesində, Dövlətin qarşısında problemli  məsələlərin qaldırılmasında dəstəyə ehtiyacları var.  

Layihənin qayələri bundan ibarətdir:

  1. Milllətlərarası əməkdaşlıq və vətəndaş inteqrasiyası ilə bağlı məsələləri siyasi və ictimai gündəmə gətirmək.
  2. Yerli media təşkilarlarının gücləndirmək və yerli təşəbbüsləri və ehtiyaclarını işıqlandırma yolu ilə  imkanlarının gücləndirilməsi.
  3.  Azlıqların inteqrasiyası məsələləri barədə kritik biliyin artması üçün inter -disiplinar tədqiqatların dəstəyi.

Sosial Ədalət Mərkəzi qeyd olunan layihələri yerli təşkilatlarla – Həmrəylik icması və Salam platformu ilə birlikdə həyata keçirir.

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“