[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

BAşQA / Bəyənat

İctimai təşkilatların birgə bəyənatı

Tarixin doğru tərəfində dayanan və repressiya şəraitində öz düşüncələrini ifadə edən gənclərə, qadınlara, zəhmətkeşlərə, alimlərə, pedaqoqlara, həkimlərə, mədəniyyət və idman nümayəndələrinə təşəkkür edirik! Rus qanununun qəbul edilməsinə və Avropa kursundan sapmasına qarşı ictimaiyyətin cəsarətli mübarizəsi öz ilk nəticəsini verdi.

7 martda Gürcüstan Parlamentinin çoxluğunu təşkil edən üzvlərindən 78-i gürcü xalqına qarşı rus qanununu dəstəklədi. Gürcüstanın bütün beynəlxalq tərəfdaşının açıqlaması ilə, hazırkı qanun Gürcüstan və Avropa İttifaqı arasında ucalan böyük rus divarı olacaqdır; Parlamentdə rus qanununun müzakirəsi bütün vətəndaşların ləyaqətinə xələl gətirir və Konstitusiyaya zidd bir addımdır. Bunun belə olduğunu Gürcüstan Prezidenti də təsdiqləmişdir.

Adı çəkilən Qanunun ilk dinləmədə qəbul edilməsi hakimiyyət tərəfindən Qərbin əleyhinə aparılan kampaniyaların və Avropa qurumlarının daimi delegitimasiyasının birbaşa davamıdır. İctimaiyyətə bildiririk ki, ilk dinləmədə qəbul edilən qanun layihəsinin geri çağırılma adlı bir prosedur yoxdur, onu yalnız plenar iclasda dayandırmaq mümkündür. Beləki, Parlament rus qanununu yenidən səsə qoymalı və səs verməyərək dayandırmalıdır. Rus qanununun səs verilməyən ikinci versiyasını isə təşəbbüskarlar rəsmi şəkildə geri çəksinlər. Bu addım Gürcüstan cəmiyyətinə birbaşa üzr kimi qəbul ediləcəkdir.

Beləliklə, tələb edirik ki:

  • Parlament dərhal plenar iclas keçirtsin, rus qanununu yenidən səsə qoysun və rəsmi şəkildə dayandırılsın;
  • Gürcüstanın Avropa gələcəyini müdafiə edən, küçələrdə Gürcüstanın və xalqın ləyaqətini tapdalayan rus qanununa etiraz edən bütün həbs olunanlar dərhal azadlığa buraxılsın.

Bəyənat qoşulmaq istəyən istənilən təşkilat və media üçün açıqdır.

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“