Susuzluq, işsizlik, nizamsız bələdiyyə nəqliyyatı, işləməyən sosial infrastruktur və ümumi kasıblıq - bu problemlər kənd yerlərində yaşayan bütün insanlar üçün eyni dərəcədə ağırdır. Bununla belə, etnik azlıq icmasında sosial təminatsızlıq və təcrid ikiqat ağırdır və bunun da əlavə izahatları var. Bunlara təhsil imkanlarının qeyri-bərabərliyi, etnik azlıqların ana dilinin xidmət sahəaindən və hətta özünüidarəetmə prosesindən kənarlaşdıran ədalətsiz dil siyasəti, etnik azlıqların siyasi iştirakının kəskin aşağı olması daxildir.
Etnik azlıqların səsi mərkəzi səviyyədə nadir hallarda eşidilir. Bu video etnik azərbaycanlı qadınların qayğılarını və Bolnisidəki ağır gündəlik həyatını daha yüksək səslə dilə gətirmək cəhdidir.