საერთო ცხელი ხაზი +995 577 07 05 63
11Apr
11 aprel 2023-cü ildə Sosial Ədalət Mərkəzi əməkdaşları Dmanisi Bələdiyyəsinin Yuxarı Oruzman kəndində yaşayan vətəndaşlara hüquqi məsləhətlər verdilər.
Vətəndaşlarla görüşdən sonra məlum oldu ki, yerlilər üçün kənd təsərrüfatı torpaqlarına əlçatanlıq və torpaqların qeydiyyatı məsələləri əhəmiyyətli problemlərdən biridir. Torpaqların çatışmaz olduğu bir şəraitdə yerlilər torpaq sarıdan əziyyət çəkirlər. Bununla belə, yerlilər illər ərzində kənddə mövcud olan torpaq sahələrini təyinatı üzrə işlətsələr də, həmin torpağı nə öz mülkiyyətlərinə keçirə, nədə icarəyə götürə bilirlər. Buna bənzər problemlər isə yerlilərə öz təsərrüfatlarını genişlətməkdə və inkişafı etdirməkdə maneçilik törədir.
Yerli əhali həmçinin, onlar üçün yüksəkdağlıq kəndlərə görə və kənd təsərrüfatının inkişafı çərçivəsində nəzərdə tutulmuş güzəştlər barədə məlumatlarının olmadığını da vurğuladı. Məhz bunun üçündür ki, həmin benefitlərdən faydalana bilmirlər. Yerində sosial müavinət almaq da problemli olaraq qalır. Yerlilərin qiymətləndirməsinə əsasən, onlar bir çox hallarda rədd cavab alırlar və ümumiyyətlə, onların müraciətlərinə heç bir reaksiya verilmir.
Klinika çərçivəsində Yuxarı Oruzman əhalisi tərəfindən, əhəmiyyətli problemlərdən biri kimi kənddə mövcud olan infrastruktur məsələlərinin adı çəkildi. Kənddə və yaxında yerləşən başqa kəndlərdə də uşaq bağçası yoxdur, uzaqda yerləşən kəndlərə və yaxud rayon mərkəzinə uşaqları aparmaq isə mümkün olmur. Əhali Bələdiyyə Meriyasına problemin həlli tələbi ilə dəfələrlə müraciət etsə də, məsələ bu vaxta qədər öz həllini tapmamışdır.
Sosial Ədalər Mərkəzi əməkdaşları üzərə çıxan problemlərlə bağlı yerlilərə detallı hüquqi məsləhətlər verdilər və onlara lazım olan bir neçə hüquqi sənəd hazırladırlar.
Sosial Ədalər Mərkəzi Gürcüstanın müxtrəlif bölgələrində, o cümlədən, etnik və dini baxımdan müxtəliggliyi ilə fərqlənən şəhərlər və kəndlərdə görüşləri yenə də davam etdirir.
Sosial Ədalət Mərkəzi USAID Hüququn Aliliyi Proqramının dəstəyilə əhali üçün hüquqi yardım görüşləri keçirdir.
Təlimat