საერთო ცხელი ხაზი +995 577 07 05 63
27Apr
2023-cü ilin 27 və 28 aprelində Sosial Ədalət Mərkəzi əməkdaşları Dmanisi və Bolnisi əhalisinə səyyar klinika çərçivəsində hüquqi məsləhətlər verdilər. Sosial Ədalət Mərkəzi USAID Hüquq aliliyi proqramının dəstəyilə əhali üçün hüquqi yardım görüşlərini keçirdir.
Vətəndaşlarla görüş nəticəsində məlum oldu ki, dmanisililər üçün rayonda mövcud olan infrastruktur problemləri əhəmiyyətli problemdir. Avtomobil yolları səhmana salınmamış, suyun keyfiyyəti isə qənaətbəxş deyildir. Vətəndaşlar qeyd etdilər ki, yerli özünüidarəetmə orqanı kanalizasiya şəbəkəsinin tam reabilitasiyasına başladı, bundan sonra yollar da reabilitasiya olunacaqdır. Qeyd olunan prosesi yerlilər müsbət hesab edirlər, lakin, vətəndaşların izahı ilə, reabilitasiya işləri kifayət qədər uzun çəkdiyi üçün (guman ki, bir neçə il) yollarda mövcud olan çuxurların müvəqqəti düzəldilməsini tələb edirlər ki, avtomobillə hərəkətdə problemlər yaşamasın.
Görüşdə iştirak edən vətəndaşların qiymətləndirməsilə, Dmanisidə polis əməkdaşları ilə işləmək də problemlidir. Onların tərəfindən vətəndaşlarla münasibətdə səlahiyyətlərin aşması və sui-istifadələr müşahidə olunur. Bu özünü səbəbsiz, əsassız ləngitmələrdə və onlara qarşı qanunsuz məhkəmə prosesi aparmaqda ifadə edilir.
Vətəndaşların izahı ilə, yerində yerli özünüidarəetmə tərəfindən maliyyələşdirilmiş layihələrlə nəzərə alınmış benefitlərlə ədalətsiz istifadə halları təsbit olunur. Hakim siyasi qüvvə ilə bərabər olmayan və ya fərqli baxışlara malik olan insanlar bir çox hallarda bələdiyyə proqramlarından ya istifadə edə bilmir ya həmin proqramlardan istifadə etmək üçün meriyaya dəfələrlə müraciət etməli olur.
O ki qaldı Bolnisi əhalisinə, göstərilən hüquqi məsləhətlər vaxtı vətəndaşlar daha çox kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətə qeydiyyatı və Dövlət mülkiyyətində olan torpaqların icarəyə götürülməsi məsələləri ilə maraqlandılar. Torpaq qıtlığı şəraitində yerlilər üçün Dövlət mülkiyyətində mövcud olan torpaqların icarə götürülməsi qanuni və ədalətli şəkildə aparılmr. Görüşdə iştirak edənlərin qiymətləndirilməsilə qanun tez-tez pozulur, çünki yerlilərin belə torpaqların icarəyə verildiyi müddət və prosedurları haqqnda məlumatları olmur. Nəticədə isə, bir qayda olaraq, torpağın böyük resursu yalnız konkret şəxslərin əlinə keçir.
Görüşdə iştirak edənlər üçün ən maraqlısı həyat yoldaşların hər ikisinin şərikli mülkiyyətçi olmaları, ayrıldıqda alimentin təyin edilməsi və sosial müavinət alma məsələləri oldu.
Sosial Ədalət Mərkəzi əməkdaşları üzərə çıxan probemlər haqqında yerlilərə detallı şəkildə hüqüqi məsləhətlər verdilər və bir neçə halda hüquqi sənədlər hazırladılar.
Sosial Ədalət Mərkəzi Gürcüstanın müxtəlif bölgələrində, o cümlədən, etnik və dini cəhətdən müxtəlif şəhərlər və kəndlərdə hüquqi hüquqi yardım görüşlərini yenə də davam etdirir.
Təlimat