[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

BəRABəRLIK SIYASəTI / Tədbirlər

Tekalo kəndinin sakinləri ilə görüş

01Dek

Cover image

Sosial Ədalət Mərkəzinin nümayəndələri bu gün, Marneuli bələdiyyəsinin Təkəli kəndinin sakinləri ilə görüşdülər və kənddə yerləşən torpaq sahələri ilə bağlı mülkiyyət hüququnun mümkün pozulması faktını öyrənməyə başlayıblar.

Məlum olduğu kimi, dünən kənd sakinləri istifadəsində olan kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsi ilə bağlı etiraz aksiyası keçiriblər. Kənd sakinləri qeyd edirlər ki, Təkəli kəndində 18 ailə illərdir ki, 32 hektar torpaq sahəsini istifadə edir, onlar öz vəsaitləri hesabına həmin ərazini təmizləyərək orada tərəvəz becərirlər, satışından gələn pul isə onların yeganə gəlirləridir. Bu ilin sentyabrında Gürcüstan İqtisadiyyat Nazirliyi sözügedən torpaq sahəsini “Area 32” MMC-yə icarəyə verib. Dövlət reyestrinə əsasən, Area 32 MMC “Marneuli Almonds” MMC-yə mülkiyyətindədir, onun 90 faizi “Ibercompany” MMC-yə məxsusdur. Ibercompany MMC-nin 100 faizlik hissəsi Parlamentin üzvü olan (Gürcü arzusu - Demokratik Gürcüstan) Qoça Enukidzeyə məxsusdur. Elə məhz Qoça Enukidze ailəsinin üzvü Tinatin Enukidze “Area 32” MMC-nin direktorudur.

Təbii ki, yerli əhali üçün torpaq sahələrinin şəxsi icarəyə verməsi birmənalı şəkildə qəbuledilməzdir və onlar Sosial Ədalət Mərkəzinin əməkdaşlarına qeyd ediblər ki, əhalinin torpağı əkib-becərdiyi dövlətə illərdir məlum idi, Marneuli meri Kənan Ömərovdan torpaq sahəsinin onlara veriləcəyi ilə bağlı vəd alıblar.

Bu gün kənd sakinləri Kvemo Kartlidə Dövlət Müvəkkili (Qubernatoru) administrasiyası ilə görüş keçirib. Sakinlərin izahatına əsasən, Dövlət Müvəkkili Aparatının rəhbərliyi Təkəli kəndindəki torpaq sahəsi müqabilində qonşu Qaçağan kəndindəki torpaq sahəsini sakinlərə verməyə hazır olduqlarını bildirib, hansında ki, dövlət özü texnika gətirib, sahəni təmizləyərək kənd təsərrüfatının təşkilini təmin edəcək, digər tərəfdən isə, yaxın vaxtlarda administrasiya Təkəlidə yerləşən torpaq sahəsinin icarədarı ilə görüş təşkil edəcək və yerli əhali ilə birlikdə torpaq sahəsinin yerli əhalinin istifadəsinə verilməsi perspektivini müzakirə edəcək.

Sosial Ədalət Mərkəzi məsələni öyrənməyə və onların maraqlarını qorumaq üçün Təkəli sakinlərinə gələcək danışıqlarda və digər hüquqi proseslərdə dəstək verməyə dəvam edir.

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“