საერთო ცხელი ხაზი +995 577 07 05 63
Telefon: 0322 94 37 63
Vebsəhifə: http://eeas.europa.eu/delegations/georgia_ka
Facebook: europeanunioningeorgia
Gürcüstanda Avropa İttifaqının rəsmi nümayəndəliyi və Sosial Ədalət Mərkəzinin əməkdaşlığı 2018-ci ildə başladı
Avropa İttifaqının maliyyə dəstəyilə Sosial Ədalət Mərkəzi, İnformasiya Azadlığının İnkişafı İnstitutu (İDFİ) və Qavqaz Araşdırma Resursları Mərkəzi ilə birlikdə (CRRC Gürcüstan) “Məhkəmə islahatının həyata keçirilməsinə dəstək” adlı iki illik layihəni həyata keçirir.
Qeyd olunan layihənin hədəfi məhkəmə islahatının monitorinq, dəlillərə əsaslanmış advokatlaşdırma, hakimlərlə fərdi dialoq və vətəndaş cəmiyyətini səfərbər etmək yolu ilə effektliyini təmin etməkdir. Bu hədəfə çatmaq üçün layihədə üç məsələni yerinə yetirmək nəzərdə tutulub: 1. “Üçüncü dalğa” məhkəmə islahatlarının həyata keirilməsi, əsas strategiyalar və fəaliyyət planının monitorinqi; 2. Hakimlərlə və məhkəmə orqanları ilə fərdi kommunikasiya və dialoqa dəstək vermək. Bunun üçün hakimlərin ədalət sistemindəki rolu barədə diskussiyaların aparılması; 3. Müxtəlif tipli iştiraklı proseslərin, ictimai fikrin formalaşması və aktivistlər qruplarının səfərbərliyinə dəstəyin verilməsi.
Təlimat