[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

MüNAQIşə BöLGəLəRINDə SIYASəT Və INSAN HüQUQLARı / Bəyənat

Gürcüstanın vətəndaş cəmiyyəti Dağlıq Qarabağda yaranmış humanitar böhranı təkrarlayır

Biz, Gürcüstan Vətəndaş Cəmiyyəti üçün, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və regionda sülhün bərqərar olması olduqca əhəmiyyətlidir. 2022-ci ilin dekabrında Dağlıq Qarabağ və Ermənistanı bir-birinə bağlayan Laçın dəhlizinin bağlanması ilə yenidən başlayan gərginlik təşvişimizə səbəb olur. 23 aprel 2023-cü ildə isə Azərbaycan Laçın dəhlizinin girişində nəzarət-buraxılış məntəqələrini yerləşdirməklə bağlı məlumat yaydı.

Bu reallıqda az qalsın 7 aydır ki, Dağlıq Qarabağda yaşayan 120 000 nəfər ağır sosial-iqtisadi çağırışlar və humanitar böhranla üzləşməli oldu. Bu vaxta qədər onların hər bir tərəfə istiqamətlənmələri məhdudlaşdırılıb və beləliklə təcrid vəziyyətinə düşüblər. 25 iyulda Beynəlxalq Qızıl Xaç Komitəsi, hansı ki bölgədə buna qədər humanitar yüklər çatdıran əsas təşkilat idi, bir çox cəhdinə baxmayaraq yerlilərə humanitar resursları çatdıra bilmədiyini deyir. Təxminən 1 aydır ki, bölgədə rus sülhməramlıları da qida, dəva-dərman və başqa resursları ötürməyi dayandırıblar. Bu 15 iyunda inkişaf edən hadisələrlə bağlıdır.

Müxtəlif təşkilat media qaynaqlarına əsasən, bölgədə qidanın, tibbi vasitələrinin və bazis istifadə əşyaların kəskin qıtlığı yaranıb. Amnesty International-ın məlumatına əsasən, qida qıtlığına görə qadın və uşaqlarda immunodefisit, anemiya, qalxanvari vəzi xəstəlikləri və diabet vəziyyətinin pisləşməsinin artmaqda olan halları müşahidə edilir. Vəziyyət xüsusilə yaşlılar və Sağlamlıq İmkanları Məhdud şəxslər, habelə xroniki xəstəlikləri olan şəxslər üçün ağırdır. Onların səhiyyə xidmətlərinə əlçatımlılığı kəskin şəkildə məhdudlaşdırılıb və ya bəzi hallarda tamamilə dayandırılıb. Blokadaya alınmış bölgədə qadınların hüquqi və humanitar vəziyyəti ikiqat ağırlaşdı. Dağlıq Qarabağ bölgəsində sayları 27 000 çatan şagirdlərin təhsilə əlçatımlılıq hüquqları məhdudlaşdırılır. Buna səbəb təhsil müəssisələrinin istilik və elektrik enerjisiz qalmasıdır. Hərəkət etmək azadlığı məhdudlaşdığı üçün, Dağlıq Qarabağda 1100-dək insan öz evlərinə qayıda bilmir, o cümlədən 270 uşaq valideynlərindən ayrı qalıb.

28 dekabr 2022-c ildə Ermənistan Dövlətlərarası bəyənatı çərçivəsində Laçın dəhlizində hərəkət azadlığının məhdudlaşması ilə bağlı müvəqqəti ölçülər tələbilə Beynəlxalq Ədalət Mühakiməsi Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 22 fevral 2023-cü il qərarı ilə, Azərbaycana Laçın dəhlizində hər iki tərəfə yükün, insanların və nəqliyyat vasitələrinin ləngimədən hərəkəti tapşırıldı. Məhkəmə müzakirə edərək müvəqqəti ölçülərin irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması barədə Beynəlxalq Konvensiya ilə (CERD) zəmanət verilmiş hüquqları təmin etmək məqsədilə etnik erməni əhali üçün, o cümlədən, ölkə daxilində sərbəst hərəkət etmələri, tibbi və sosial xidmətlərə əllərinin çatması və etnik əlamətlə ayrı-seçkiliyin aradan qaldırılması qərarını vermişdir. Məhkəməyə əsasən, Laçın dəhlizini blokada altına almaqla bu hüquqların həyata keçirilməsi təhlükə altına düşə bilər, bunun üçün Azərbaycan hərəkət etmək üçün qoyulmuş maneələrin aradan qaldırılması üçün bütün ölçüləri qəbul etməyə borcludur. Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsi 22 dekabr 2022-ci ildə reqlamentin 39-cu maddəsinə müvafiq olaraq, müvəqqəti ölçülərin qəbul edilməsi haqqında qərar qəbul etmişdir. Qərara əsasən, Azərbaycan Laçın dəhlizini keçməklə həyati əhəmiyyət kəsb edən xidmətlərdə məhdudiyyətlə üzləşən, o cümlədən ağır xəstələrin səhiyyə xidmətindən məhrum olan insanların hərəkətini təmin etməsi üçün lazım olan bütün ölçüləri götürməlidir.

Dağlıq Qarabağda yaranmış humanitar böhranı 16 iyul 2023-cü ildə Avropa İttifağı bir daha tənqid etmişdir.

Gürcüstan Vətəndaş Cəmiyyəti Təşkilatları olaraq hər iki tərəfdə münaqişədən zərər çəkən əhaliyə öz həmrəyliyimizi və dəstəyimizi elan edirik. O əhaliyə ki, 30 illik, həll edilməyən münaqişə və müharibələr onların həyatını ağır şəkildə yara vurmuşdur. Münaqişə və müharibə nəticəsində dinc əhali həmişə ən ağır faciələr yaşamalı olur. Silahlı qarşıdurmalar və həll edilməyən münaqişələr insanların həyatını, səhhətlərini, gündəlik təhlükəsizliklərini və gələcəyini puç edir. Biz, sülh və insan hüquqlarının müdafiəsinə yönəlmiş aktorlar üçün, ilk növbədə ən əhəmiyyətli olan şey dinc vətəndaşların maraqlarını müdafiə etmək və dəstəkləməkdir. Bizim üçün beynəlxalq cəmiyyət və münaqişə tərəflərinin danışıqlar prosesində məhz humanitar və insan hüquqlarının müdafiəsi və perspektivlərini rəhbər tutmaları əhəmiyyətlidir. Hesab edirik ki, etimadın bərpası və münasibətlərin normallaşmasının ilkin şərtlərini məhz elə münaqişədən zərər çəkmiş əhalinin hüquqlarının müdafiəsi təşkil edir.

Yaranmış böhranlı geo-siyasi situasiyada dinc şəkildə bərabər yaşamağın yeni təcrübələrini, etibarın, qarşılıqlı kömək və əməkdaşlıq predendetlərini yaratmaq Cənubi Qafqazın hər üç ölkəsinin maraqlarındadır. Sadalanan amillər Azərbaycan, Gürcüstan və Ermənistan xalqlarının bərabərcə dinc yaşamasına, inkişafına və sosial rifahına xidmət göstərəcəkdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq bunları güdmək olduqca vacibdir:

Tərəflər atəşkəsin pozulmasına yol verməməlidirlər. Danışıqlara xələl gətirəcək, onsuzda kövrək olan mühiti korlayacaq hərəkətlərdən özlərini saxlasınlar və münaqişələrdən zərər çəkmiş şəxslərin ləyaqətini, hüquqlarını və təhlükəsizliklərini qorusunlar.

Hesab edirik ki, yaranmış situasiyada xüsusi məsuliyyət Azərbaycan Hökumətinin üzərinə düşür. O, Dağlıq Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyini və hüquqlarını müdafiə etməlidirlər. Azərbaycan bu işin öhdəsindən necə gəlsə o, ümumiyyətlə regionda yaşayan xalqlararası münasibətlərə və sülhə təsir bağışlayacaqdır.

İmza atan təşkilatlar:

  • Sosial Ədalət Mərkəzi
  • Qafqaz evi
  • İnsan Hüquqları Mərkəzi
  • Sülh və Vətəndaş İnkişafı Mərkəzi (CPCD)
  • Demokratiyanın Tədqiqat İnstitutu (DRI)
  • Müsbət Dəyişikliklər Uğrunda Cəmiyyət

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“