[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

YAşıL SIYASəT / Bəyənat

RMG TƏRƏFİNDƏN MUŞEVANİDƏ QIZIL HASİLATINA İCAZƏ YENİLƏNMİŞ ƏMTQ-NİN İCTİMAİ MÜZAKİRƏLƏR KEÇİRİLMƏDƏN VƏ İCTİMAİ RƏYƏ MƏHƏL QOYULMADAN VERİLİB

Sosial Ədalət Mərkəzinə məlum olub ki, noyabrın 1-də Milli Ətraf Mühit Agentliyi Muşevani kəndinin yaxınlığında qızıl hasilatı ilə bağlı ətraf mühitin mühafizəsi qərarını qanunla müəyyən edilmiş prosedur və tələbləri pozaraq vermişdir. Yerli etnik azlığın prosesdə iştirak etməsinin müvafiq şəkildə təmin olunmaması ilə yanaşı, agentlik qanuna zidd olaraq təşkilatımızın və Ətraf Mühiti Mühafizə ekspertinin təqdim etdiyi iradları müzakirə etməyib və onlara məhəl qoymayıb. Müvafiq olaraq, təşkilatımız Milli Ətraf Mühit Agentliyinin çıxardığı qərardan məhkəməyə şikayət etməyi planlaşdırır.

Muşevani kəndi Bolnisi bələdiyyəsinin inzibati mərkəzindən 14 kilometrlik məsafədə yerləşir və əhalisinin 99,9%-ni etnik azərbaycanlılar təşkil edir. Kənddə əhalinin sayı 1000 nəfərə qədərdir, lakin kənddə hələ də içməli su, təbii qaz, kənddaxili yollar, suvarma sistemi kimi əsas infrastruktur mövcud deyildir. Kənddə uşaq baxçası da yoxdur.

Artıq Muşevani kəndində iş avadanlığı görünməkdədir və ƏMTQ sənədlərindən də aydın olduğu kimi, qazıntıların hasilatı Muşevani kəndindən 808 metr məsafədə həftədə 1-2 partlayış tələb edən açıq mədən üsulu ilə aparılacaq və mədən filizinin daşınması sutkada 24 saat iş rejimində planlaşdırılır. Bundan əlavə, kəndin yaxınlığında geniş ölçülü yardımçı infrastrukturun inşa edilməsi nəzərdə tutulur. Xüsusən də, istehsal meydaçasının, xidmət işçiləri üçün ofisin, təchizat texnikasının dayanacağının, giriş yollarının və digər infrastrukturun təşkili planlaşdırılır. Bundan əlavə, tullantı süxurları üçün karyerə bitişik 25,7 hektar ərazidə zibillik yerləşəcək.

İctimaiyyətə izah edirik ki, hazırkı mərhələdə planlaşdırılan fəaliyyət növbəti 6 il üçün açıq yataqlardan qızıl və mis hasilatını nəzərdə tutur, bununla belə, şirkətin həm bu müddətin uzadılmasını, həm də hasilat sahəsinin artırılmasını tələb etmək imkanı var. Məsələ burasındadır ki, bu mərhələdə ətraf mühiti mühafizə qərarı yalnız 11,27 hektar ərazidə verilib, baxmayaraq ki, lisenziya ilə müəyyən edilmiş mədən mülkiyyətinin ümumi sahəsi 175,8 hektardır, bu isə o deməkdir ki, araşdırma və spesifikasiya əsasında ehtiyatlar üzrə şirkət qeyd olunan ərazidə də yeni icazələrin verilməsini tələb etmək hüququna malikdir. .

Sakinlər narahatdırlar ki, fəaliyyətin miqyasından asılı olaraq mədən işlərinin onların kəndinə ciddi təsiri ola bilər. Xüsusilə də Gürcüstanda təbii sərvətlərin açıq karyer yoluyla çıxarılması təcrübəsi göstərdiyi kimi, bu fəaliyyət ətraf mühit və yerli əhali üçün ağır nəticələrlə əlaqədardır. Sağlamlığa yetirdiyi zərərlələ yanaşı, mədənçilik torpağın çirklənməsi səbəbindən yaşayış vasitələrinin itirilməsi riskini də daşıyır. Məhz buna görə də bu cür risklər və müvafiq yumşaldıcı tədbirlər yerli əhaliyə düzgün izah edilməli və mövcud dil maneəsi nəzərə alınmaqla onların haqlı narahatlıqlarına qənaətbəxş cavab verilməli idi.

Bundan əlavə, Yaşıl Alternativ, ətraf mühit üzrə ekspert və ən əsası da Milli Ətraf Mühit Agentliyi tərəfindən hazırlanmış ƏMTQ hesabatının qiymətləndirmələrindən aydın olur ki, şirkət tərəfindən təqdim olunan sənədlərdə bir sıra əsaslı qüsurlar var. Misal üçün aşağıdakı məqamları ayırmaq olar: 1

  • Ümumi lisenziya sahəsinin bu mərhələdə ekoloji qiymətləndirilməsinin aparıldığı sahədən xeyli böyük olduğunu nəzərə alaraq, qiymətləndirmə gələcək mədən işlərinin və hazırda planlaşdırılan mədən işlərinin ətraf mühitə kumulyativ təsirini nəzərə almır. Bundan başqa, müzakirə ediləcək lisenziya çərçivəsində RMG-yə məxsus mədən işlərinin ümumi sahəsi 175,8 hektardır; Müvafiq olaraq, bu dəfə cəmi 11,27 hektar ərazini əhatə edən bu cür pərakəndə qiymətləndirmə bütünlükdə mənzərəni dərk etməyə və gözlənilən təsirin tam öyrənilməsinə imkan vermir;
  • Layihənin alternativləri, o cümlədən heç bir fəaliyyətin olmaması (sıfır) alternativi, ƏMTQ hesabatında lazımi qaydada müzakirə edilməmişdir, Layihənin sıfır alternativi müzakirə edilərkən şirkət ƏMTQ hesabatının ilkin variantında qeyd edir ki, “qazıntıların hasilatından imtina, yəni sıfır alternativ, lisenziya sahibinin lisenziyada nəzərdə tutulmuş fəaliyyəti həyata keçirməkdən imtina etməsi deməkdir və bu, lisenziyanın şərtlərinə ziddir, lisenziyanın şərtlərini pozur və lisenziya sahibinin cərimələnməsinə səbəb ola bilər”; Bundan əlavə, şirkət onu da qeyd edir ki, lisenziya artıq verildiyi üçün “fəaliyyət həyata keçirilmədikdə (sıfır alternativ) Muşevani 2 qızıl-mis yatağının ərazisinin başqa məqsədlərlə işlənilməsi mümkünlüyü praktiki olaraq məhduddur”. Lisenziya artıq mövcud olduğu üçün fəaliyyətdən imtina etmək ehtimalı və müvafiq olaraq, ekoloji qərardan imtina o başdanca istisna edilir və ƏMTQ prosedurunun mahiyyətinə zidd olur.
  • Nə şirkət tərəfindən təqdim edilən ƏMTQ-də, nə də əlavə məlumatda qazma və partlayış nəticəsində faunaya yansıyan təsirin azaldıması üçün həfiflədici tədbirlərin görülməsi nəzərdə tutulmur.

Agentlik qanunu pozaraq şirkət tərəfindən hazırlanmış ƏMTQ ilə bağlı ekoloji ekspertin və təşkilatımızın iradlarını nəzərə almamışdır.

Gürcüstanın Ətraf Mühitin Qiymətləndirilməsi Məcəlləsi tələb edir ki, planlaşdırılan fəaliyyətin ƏMTQ hesabatı açıq şəkildə müzakirə edilməli və maraqlı ictimaiyyətə öz fikirlərini bildirməyə icazə verilməlidir. Bundan əlavə, icazə verən orqan ictimaiyyətin təqdim etdiyi fikirləri müzakirə etməyə və “müvafiq əsas olduqda” nəzərə almağa borcludur. Agentlik şirkətin ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatına təqdim etdiyi əlavə sənədləri cari ilin 21 sentyabr tarixində dərc edib və ictimaiyyətin öz rəylərini bildirmələri üçün oktyabrın 17-dək müddət təyin edib. Əlavə məlumat üçün təşkilatımız bizim və ətraf mühit üzrə ekspert Mamuka Qvilavanın substantiv xarakterli qeydləri oktyabrın 17-də, göstərilən tarixə uyğun olaraq göndərilib.1 Buna baxmayaraq, qurum ekoloji qərarda göstərir ki, “agentlik tərəfindən maraqlı ictimaiyyət tərəfindən iradların təqdim edilməsi üçün müddətin oktyabrın 17-dək müəyyən edildiyi nəzərə alınaraq, agentliyə gec verilən iradlar nəzərə alınmayıb”. 

Bu, o fondadır ki, nazirlik tərəfindən müəyyən edilmiş 25 günlük müddət bir tərəfdən tamamilə özbaşınalıqdır. Məcəlləyə əsasən, ƏMTQ hesabatı üzrə rəylərin təqdim edilməsi üçün son müddət 40 gün müəyyən edilib və Məcəllə ƏMTQ-yə təqdim edilən əlavə məlumatlara “şərh vermək” institutunu tanımır.

Şirkət Agentliyin özünün əhali ilə əlavə ünsiyyətin zəruriliyi ilə bağlı göstərişini lazımi qaydada nəzərə almayıb, buna baxmayaraq, müsbət ekoloji icazə yenə də verilib.

Şirkət ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatını Milli Ekologiya Agentliyinə təqdim etdikdən sonra bu il avqustun 8-də Agentlik ƏMTQ-yə və ona əlavə edilmiş sənədlərə daxil edilməyən və dəqiqləşdirilməsi tələb olunan məsələlərin siyahısını şirkətə göndərib. Qiymətləndirməmizə görə, şirkət qeyd olunan iradları, o cümlədən əhali ilə əlavə əlaqə barədə göstərişi lazımi qaydada nəzərə almayıb ki, bu da qurum tərəfindən ətraf mühiti mühafizə qərarının rədd edilməsi ilə nəticələnməli idi.

Agentlik sözügedən məktubla şirkətə mədənin təsir zonasında yaşayan əhali ilə əlavə ünsiyyətdə olmağın zəruri olduğunu bildirib. İcazə verən orqanın birmənalı göstərişinə baxmayaraq, şirkət cavab məktubunda “indiki mərhələdə əhali ilə əlavə ünsiyyətə ehtiyacıın olmadığı” qənaətinə gəlib. Şirkətin səlahiyyətli dövlət qurumunun göstərişlərinə açıq şəkildə məhəl qoymadığı və onlara əməl etmədiyi şəraitdə Agentliyin ətraf mühitlə bağlı qərar qəbul etməsi, xüsusən də təsirə məruz qalmış əhali ilə ünsiyyət kimi əsas məsələyə aid olduqda, qəbuledilməz idi.

Bildirildiyi kimi, planlaşdırılmış hasilat sahəsində əsasən etnik azərbaycanlılar məskunlaşıb ki, bu da iştirak mexanizmlərinin həyata keçirilməsi zamanı düzgün nəzərə alınmayıb. Daha dəqiq desək, əhalinin verdiyi məlumata görə, kəndin 600-ə yaxın daimi sakinindən yalnız 70 nəfəri (təxmini məlumat) ictimai müzakirəyə qatılıb və ictimai müzakirəyə dair bildiriş yalnız gürcü dilində verilib. Yerli sakinlərin bildirdiyinə görə, müzakirədə bir tərcüməçinin olması məlumatın onlara tam olaraq  ötürülməsini təmin edə bilməzdi. Bundan əlavə, azlıqların dilinə tərcümə edilmiş heç bir ətraf mühitin qiymətləndirilməsi hesabatı və ya qeyd olunan hesabatın ən azı texniki olmayan rezümesi əhaliyə təqdim edilməmişdir. Bu vəziyyətdə məlum olur ki, layihənin təsirinə məruz qalan əhali məlumatı yalnız şifahi şəkildə alırmış və onları maraqlandıran və onlar üçün mühüm məsələləri yazılı şəkildə dəqiqləşdirmək və ya yoxlamaq imkanları olmayıb.  Təbiidir ki, bu cür təcrübə Orxus Konvensiyasının və azlıqların hüquqlarını tənzimləyən beynəlxalq sənədlərin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.

Qeyd edilməlidir ki, mövcud maneələrə baxmayaraq, əhali əvvəldən öz fikirlərini bildirməyə, səsini aidiyyatı qurumlara çatdırmağa çalışıbdır. O cümlədən, ƏMTQ hesabatı dərc edildikdən sonra iyulun 22-də Müşevani kəndinin əhalisi Agentlik tərəfindən müəyyən edilmiş müddət ərzində nəzərdə tutulan tədbirlərlə bağlı öz iradlarını (188 nəfər tərəfindən imzalanmışdır) və mənfi mövqelərini bildiriblər.

Bundan əlavə, Agentlik tərəfindən onların iradlarına məhəl qoyulmadığı üçün bu ilin sentyabrında əhali Gürcüstan parlamentinə, prezidentinə və Baş nazirinə əlavə petisiya (90 nəfərin imzası ilə) ünvanlayaraq, məsələyə baxılmasını və qərar qəbul edərkən kəndin mövqeyini nəzərə almalarını xahiş ediblər.

Avqustun 8-də Agentlik tərəfindən ətraf mühitin mühafizəsi ilə bağlı qərarın qəbulu üçün davam edən proseslərin dayandırılmasının ardınca ƏMTQ hesabatının yenilənməsi və onun ictimai müzakirəsi aparılmalı idi, baş isə vermədi və çoxlu güzəştlərlə müsbət qərar verildi.

O da qeyd edilməlidir ki, Ətraf Mühitin Mühafizəsi Milli Agentliyi 8 avqust tarixli məktubunda şirkət tərəfindən hazırlanan ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatında üzə çıxan digər mühüm çatışmazlıqları da göstərmişdir. Agentliyin iradlarına əsasən, RMG Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) hesabatına əlavə yeni sənədlər təqdim edib. Əlavə sənəddə layihənin fəaliyyətsiz (sıfır) alternativinin müzakirəsi, layihə ərazisindəki habitatlar, flora və faunaya təsiri, karyer sularının təmizlənməsi-istifadəsi, münbit torpaq qatının rekultivasiyası və s. kimi əsas məsələlər dəqiqləşdirilmişdir. Müvafiq olaraq, ƏMTQ hesabatının təqdim edilməsindən sonra “Ətraf Mühitin Qiymətləndirilməsi Məcəlləsi”ndə nəzərdə tutulan tədbirlər, o cümlədən yenilənmiş hesabatın ictimai müzakirədən keçirilməsi yenidən aparılmalı idi. Əhaliyə layihənin xüsusiyyətləri və təsirləri haqqında tam məlumatın verilməsi, xüsusilə birinci mərhələdə müəyyən edilmiş problemləri nəzərə alaraq, hesabatın yenidən araşdırılmasını tələb edirdi. Buna baxmayaraq, Agentlik sözügedən tələbə məhəl qoymadı və Gürcüstan qanunvericiliyinin tələb etdiyi kimi, ictimaiyyətin lazımi şəkildə iştirakına imkan vermədən və ictimai müzakirələr keçirmədən yenidən işlənmiş ƏMTQ ilə bağlı ekoloji qərar verdi.

Bu hallardan aydın olur ki, ətraf mühitin qiymətləndirilməsi məcəlləsi ilə müəyyən edilmiş prosedurların icrası zamanı aşkar edilmiş qüsurlarla yanaşı, ƏMTQ proseduruna qədər əhalinin qərarların qəbulu prosesində iştirakının təmin olunmaması heç də az problemli deyil. İctimaiyyət üçün izah edək ki, ƏMTQ prosedurunun başlanmasından əvvəl mədən lisenziyasının verilməsi nəzərdə tutulur. Belə olan halda, Müşevani yatağına lisenziya hələ 2011-ci ildə verilib, lakin ötən ilin mayında ona ciddi dəyişikliklər edilib, ehtiyatlar dəqiqləşdirilib. Bu mərhələdə yerli əhali nə məlumatlı idi, nə də qərarların qəbulu prosesinə hətta görüntü xətrinə belə cəlb olunmamışdı. Lisenziyalaşdırmanın təşkili və qərarların bu şəkildə qəbul edilməsi insanların yaşayış mühitinə və həyat tərzinə əhəmiyyətli dərəcədə təsir edəcək qərarları bilmədiyi və ona heç cür təsir edə bilməyəcəyi hallara gətirib çıxarır. Bununla yanaşı, ətraf mühiti mühafizə eksperti tərəfindən əraziyə baxış zamanı məlum olduğu kimi, 2017-ci ildən lisenziya əsasında aparılan tədqiqat işləri nəticəsində ətraf mühitə xeyli dərəcədə ziyan dəyib. Ancaq ətraf mühitin qiymətləndirilməsinin mahiyyəti təsir baş verməzdəəvvəl qiymətləndirmənin aparılmasıdır. Buna görə dəƏMTQ-nin qiymətləndirilməsi vəəhalinin cəlb edilməsi mümkün qədər tez, fəaliyyətin hələ planlaşdırılması prosesində olduğu və alternativlərin real müzakirə imkanı olduğu zaman aparılması vacibdir. Bütün qeyd edilənlərə əsaslanaraq, lisenziyalaşdırmanın vəƏMTQ prosedurunu tənzimləyən qanunvericiliyinin bir tərəfdən təsirə məruz qalan əhalinin maraqlarının lazımi qaydada nəzərə alınmasını, digər tərəfdən isə ekoloji risklərin sığortalanmasını və mənfi təsirlərin azaldılmasını birgə, kompleks şəkildə təmin etməsini vacib hesab edirik.

Hesab edirik ki, Müşevanidə baş verən proseslər ölkədə iri iqtisadi layihələrin həyata keçirilməsində ekoloji və sosial məsələlərə lazımi əhəmiyyət verilməyən daha geniş problemli təcrübənin tərkib hissəsidir, adı çəkilən layihələrin ictimai maraqlara uyğunluğu isə ictimaiyyətə aydın deyil. Layihənin yaratdığı ağır ekoloji fəsadların acı nəticələrini bir qayda olaraq, yerli əhali çəkir, fəaliyyətdəəldə edilən qazanclar usə kiçik bir qrupun əlinə keçir, belə ki, oxşar layihələrin dövlət üçün xərcsərfəliliyi sonunadək əsaslandırılmayıb.

Məhz buna görə də Sosial Ədalət Mərkəzi qanuna zidd olaraq qəbul edilmiş hesab etdiyi ekoloji qərardan məhkəməyə şikayət edəcək və ölkədəədalətli iqtisadi və ekoloji siyasətin bərqərar olması istiqamətində fəaliyyətini davam etdirəcək.

Elanın vizualı Henrix Böll Fondunun Tbilisi ofisinin dəstəyi ilə həyata keçirilən “Gürcüstanda su və mineral ehtiyatların davamlı və demokratik idarə olunması” layihəsi çərçivəsində hazırlanıb.

Sxolio və biblioqrafiya

1. Şirkət tərəfindən hazırlanmış ƏMTQ sənədinin və əlavə məlumatın tənqidi qiymətləndirilməsini əlavə edilmiş sənədlərdə ətraflı görə bilərsiniz.

2. Gürcüstanın Baş İnzibati Məcəlləsinin 94-cü maddəsinə əsasən, inzibati icraatda müddətin hesablanması üçün Gürcüstanın Mülki Prosessual Məcəlləsinin 59-69-cu maddələri ilə müəyyən edilmiş qaydadan istifadə edilir. Mülki Prosessual Məcəllənin 61-ci maddəsinin 2-ci hissəsinə əsasən, müddətin sonuncu günü istirahət və ya bayram gününə təsadüf etdikdə, müddətin növbəti birinci iş günü müddətin bitmə günü hesab edilir. Agentliyin mövqeyinə görə, oktyabrın 16-sı istirahət günü olduğundan nelə çıxır ki, son müddət oktyabrın 17-də daxil olmaqla idi.

3. Şirkətin təqdim etdiyi əlavə/dəqiqləşdirilmiş məlumatla bağlı 17 oktyabr, 2022-ci il tarixində Sosial Ədalət Mərkəzinin şərhləri/mülahizələri təqdim olunub. Maraqlı ictimaiyyət tərəfindən iradların təqdim edilməsi üçün Agentlik tərəfindən son müddətin oktyabrın 17-dək müəyyən edildiyi halı nəzərə alınaraq, Agentliyə gec təqdim edilmiş iradlar nəzərə alınmayıb.

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“