[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

DININ AZADLığı / Bəyənat

Batumi Yeni Məscidi məsələsi

Batumidə Yeni Məscidin Tikilmə Fondunun, Tolerantlıq və Müxtəliflik İnstitutunun və Sosial Ədalət Mərkəzinin bəyənatı.

Batumi şəhərində yeni məscidin tikilməsi icazəsilə bağlı 2017-ci ildə başlanan məhkəmə işini Gürcüstan Ali Məhkəməsi Apellyasiya məhkəməsinə müzakirə üçün qaytardı. Məscidin tikilməsinin qanuni tələbi isə müsəlman əhalisinin çoxillik ehtiyacından irəli gəlir və bu vaxta qədər öz həllini tapmamışdır.

Diqqətə almaq lazımdır ki, Ali məhkəmənin qərarı özündə bir çox problemli cəhətləri ehtiva edir ki, nəticədə nəinki müsəlmanların fundamental hüquqlarının həyata keçirilməsinin qarşısı alına bilər, habelə dinin azadlığı və bərabərlik hüquqları standartlarının pisləşməsinə də səbəb ola bilər. Bundan əlavə, bu həmin qərarla 7 il ərzində uzanmış məhkəmə müzakirəsi və beləliklə, müsəlmanların hüquqları kobud şəkildə pozulacaq, iş qeyri-müəyyən müddətlə uzadılacaq və bununla sürətli və effektli ədalət mühakiməsi prinsipi pozulacaqdır.

2023-cü ilin 15 may qərarı ilə, Ali məhkəmənin Administrativ İşlər Palatası (Maia Vaçnadze, Ketevan Tsintsadze və Bidzina Sturua tərkibi ilə), “Batumidə Yeni Məscidin Tikilməsi Fondunun” şikayətini qismən təmin edərək Batumi bələdiyyəsi Merinin kassasiya şikayətlərini, Kutaisi Apellyasiya Məhkəməsinin 13 aprel 2012-ci ildə verdiyi qərarını ləğv edərək, işi yenidən həmin məhkəməyə qaytardı.

Məlum oldu kimi, Batumi Şəhər Məhkəməsinin 30 sentyabr 2019-ci il qərarı, habelə Kutaisi Apellyasiya Məhkəməsinin 13 aprel 2021-ci il qərarı ilə (O, birinci instansiya məhkəməsinin qərarını dəyişməz olaraq saxlamışdı) aşağıdakıları müəyyənləşdirmişdilər:

  1. Batumi Meriyası tərəfindən müsəlmanlara qarşı ayrı-seçkilik münasibətləri (şikayətçinin məscid tikmək icazəsini almaq istədiyi sahədə yeddi provoslav kilsəsi yerləşib. Onlardan üçü Batumi bələdiyyəsinin mülkiyyətində qeydiyyatdan keçmiş torpaq sahəsindədir);
  2. Batumi Meriyasının tikinti icazəsini verməkdən imtina etməsilə bağlı qərarı ləğv edildi, çünki Meria lazım olan halları araşdırmamış, müsəlmanların maraqlarını təkzib etmiş və şəhərin həmin hissəsinin şəhərsalma kimi mücərrəd marağına prioritet vermişdir.

Şəhər və Apellyasiya məhkəmələri müsəlmanların məsələni yenidən müzakirəsi əvəzinə Batumi meriyasına tikinti icazəsinin verilməyi tapşırmaqla bağlı tələblərini təmin etmədilər.

Ali məhkəmə müsəlman icmasının tələblərini və kassasiya şikayətini qismən təmin etdi. O, Apellyasiya məskəməsinin ayrı-seçkilik təyin etməsini və ayrı-seçkiliyin nəticəsinin aradan qaldırılması məqsədilə apellyasiya məhkəməsinin işi bir dəfəlik həll etməsi və Meriaya geri qaytarması arqumentini qəbul etdi. Lakin, Ali məhkəmə Merə tikintiyə dair icazə verməyi tapşırmadı və işi apellyasiya məhkəməsinə yenidən müzakirə etməsi üçün geri qaytardı.

Ali Məhəkəmə Batumi Meriasının kassasiya şikayətini də qismən təmin etdi. Məhkəmənin izahına görə, müsəlmanlara qarşı ayrı-seçkilik təsbit edilmir, çünki Batumi Meriyası “6-cı zonada” (Yeni məscidin torpaq sahəsinin yerləşdiyi torpaq sahəsi) provoslav kilsələrinin tikintisinə icazə verməmişdir, nəticə də onlar icazəsiz tikiliblər.” Provoslav kilsələrinin tikilməsi üçün Batumi meriyasına müraciət faktının olmadığı üçün, məhkəmə bu vəziyyəti bu iki qrupu bir-birilə müqayisə etmək və ayrı-seçkilik təsbit etmək üçün kifayət hesab etmədi. Ali Məhkəmə Ümumi İnzibati Məcəlləsinin müddəalarını olduqca dar olaraq şərh etdi. Həmin müddəalara görə işin halları eyni olduqda inzibati orqan tərəfindən fərqli qərarın alınması yolverilməzdir.

Ali məhkəmə Apellyasiya məhkəməsinin məscidin tikilməsinə üstünlük verdiyi qərarının müvafiq yerləri haqqında da müzakirə apardı (Batumi Meriasının kassasiya şikayəti çərçivəsində). O, Apellyasiya məhkəməsinə bütün lazım olan halları əsaslı qiymətləndirməyi və araşdırmağı, verilmiş halda kimin marağının – müsəlmanların dini maraqlarının, yoxsa yerli əhalinin yaşayış binalarına olan maraqlarının - üstün olduğunu müəyyənləşdirməyi həvalə etdi.

Ali məhkəmənin qərarı bir sıra mübahisəli və təzadlı əsaslandırmalar və interpretiyasiyaları ehtiva edir. Hesab edirik ki, məhkəmənin ayrı-seçkiliklərlə bağlı izahları olduqca pis bir praktika tətbiq etməkdədir ki, bununla nəinki müəslmanların, ümumiyyətlə bərabərlik prinsiplərinin təminedilməsi cəhətdən problem təşkil edir. Bu isə gələcəkdə ölkədə mövcud olan hüquqi vəziyyət üçün çox pis olacaqdır. Misal üçün, məhkəmə provoslav kilsəsi və müsəlmanların mahiyyət etibarı ilə bərabər olduqlarını vurğulasa da, bir halda provoslav kilsəsinə də adıkeçən torpaq sahəsində tikintiyə icazə verilmədiyini və kilsənin özünün də heç vaxt bununla bağlı Meriaya müraciət etmədiyini səbəb gətirərək müsəlmanlara qarşı ayrı-seçkilik olduğu qənaətində deyildir. Bununla Ali məhəkəmə məsələni tamamilə başqa cür şərh etdi. Məsələ odur ki, ayrı-seçkilik formal olaraq icazənin verilib verilməməsində deyil, bir icmadan tikinti ilə bağlı icazə istəməsində, o birisinin isə icazəsiz tikdiyinə göz yummağındadır. Kassasiya məhkəməsi konteksti nəzərə almadan “Qanunsuzluqda bərabərlik yoxdur” prinsipini rəhbər tutmuşdur, lakin, həmin prinsipdən Dövlətin ayrı-seçkiliyi legitimləşdirməkdə istifadə edəcəyindən danışmamışdır.

Ali məhkəmə həmin sahədə 7 provoslav kilsəsinin icazəsiz tikintisi barədə danışaraq olduqca qəribə bir müzakirə aparır. Məhkəmə Dövlət və provoslav kilsəsi arasında mövcud olan Konstitusiya razılaşmasının 7-ci maddəsini göstərir. Həmin maddənin əsasında “Dövlət Gürcüstanın bütün ərazilərində mövcud olan provoslav kilsələrini, monastırlarını (fəaliyyətdə olanları və olmayanları), onların qalıqlarını, onların yerləşdiyi torpaq sahələrini kilsəsin mülkiyyəti hesab edir”. Bunun əsasında Batumi Meriyasının hüquqi rıçaqla məhdud olduğunu vurğulayır. Hesab edirik ki, Ali məhkəmə Konstitusiya sazişinin yeddinci maddəsini qeyri-dəqiq izah etmişdir. Həmin müddəa, mahiyyəti etibarı ilə, həmin sazişin bağlanılma müddəti üçün mövcud olan provoslav tarixi əmlakı nəzərdə tuturdu, dini birləşmə tərəfindən qanunsuz tikintilərə yol verilməsini deyil. Konstitusiya sazişinin məqsədi gələcəkdə və qanunsuz şəklildə əldə edilən və tikilən əmlakı müyyənləşdirmək kimi məqsəd güdə bilməz.

Ali məhkəmə ictimai və şəxsi maraqlar haqqında da danışdı. Dini birləşmə tərəfindən ibadətxana açmaq marağı ictimai nizam, başqalarının hüquqları və azadlıqlarının müdafiəsi maraqları ilə uzlaşmalıdır. Ali məhkəmə hesab edir ki, Apellyasiya məhkəməsi məscidin tikilməsilə bağlı şikayətçinin maraqlarına üstünlük verərkən konkret ərazidə məscidin tikilmə tələbinə obyektiv olaraq qarşı çıxacaq ictimai maraqlar haqqında müzakirə aparmayıb. Beləliklə, Ali məhkəmənin verdiyi şərhə əsasən, Apellyasiya məhəkəməsi dini birləşmənin ibadətxanasının tikilməsinin legitim ictimai maraqla nə qədər məhdud edilib-eedilmədiyini araşdırmalıdır.

Öz arqumentlərini möhkəmlətmək üçün Ali məhkəmə insan hüquqları üzrə avropa məhkəməsinin konkret qərarlarına da işarə etdi. Həmin qərarlar isə bir çox hallarda yanlış kontekst və qarşıdakı işlə tamamilə uyğunsuz və insan hüquqları standartını cılızlaşdırmaq effektilə istifadə edilmişdir. Misal üçün:

  • Kilsəyə təhvil verilmiş mülkiyyətin müdafiəsi kontekstində Ali məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin „Maurice vs. France” işi ilə bağlı çıxardığı qərarını gətirir. Həmin işdə isə məhkəmənin əsas arqumenti, imperativ olaraq, fərdlərə vurulmuş zərərin kontekstinə söykənir və ictimai maraqlara subyekt tərəfindən dinc şəkildə istifadə etmək hüququ arasındakı balansa dolayı olsa da belə toxunmur. Təəssüflər olsun ki, Ali məhkəmə vurulan ziyanı, qərarın verilməsi motivasiyasının şərtsiz aspekti kimi, tamamilə təkzib edir və qeyd olunan qərarı elə şərh edir, sanki mülkiyyətin müdafiəsi presedenti və subyektdən “aktivin” əlindən alınmasının yolverilməzliyi presedenti yaranır.
  • Burdaca, Ali məhkəmə - Griechische Kirchengemeinde München und Bayern e.V. v. Germany (dec.), no. 52336/99, 2007 – adlı işi “Konvensiyanın 9-cu maddəsini dini icmanı Dövlət orqanlarından avtomatik şəkildə ibadətxanalar tələb etmək səlahiyyətlərinin olduğu kimi şərh etmək olmaz” kimi gətirdi. Qeyd etmək gərəkdir ki, bu işlərin konteksti tamamilə fərqlidir, presedent qismində gətirilən iş iki dini təşkilat arasında Dövlət mülkiyyətində mövcud olan kilsənin kimə məxsus olması haqqında idi. Həmin mübahisənin yaradılmasında Dövlət heç də iştirak etməyib və o heç bir tərəfi təmsil etmirdi. İkinci tərəfdən isə, Batumi məscidi işində mübahisə məsələsi şikayətçilərin mülkiyyətində olan torpaq sahəsində məscidin tikilməsi icazəsinə aiddir, Dövlətdən əmlak əldə etməyə deyil.
  • Habelə, Ali məhkəmənin verdiyi qərarın motivasiya hissəsində, öz mövqesini möhkəmlətmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinin „COMMUNITY OF JEHOVAH’S WITNESSES OF KRYVYI RIH’S TERNIVSKY DISTRICT v. UKRAINE“ işi ilə bağlı verdiyi qərarı gətirir. Həmin qərarın 51-ci paraqrafında Avropa məhkəməsi nəzarətsiz şəhər inkişafının qarşısını almaq üçün, doğrudan da şəhərsalma siyasətinin Dövlətlərdən asılı olduğunu və onların baxışlarını əks etdirməni göstərir. Lakin, qeyd olunan paraqraf blanket xarakterlidir və qərarın 54-cü paraqrafında Avropa məhkəməsi Yəhova şahidləri üçün ibadətxananın tikintisinə rədd cavabı düzgün hesab etmədi 9-ci maddənin pozulduğunu müəyyənləşdirdi. Beləki, məhkəmə Dövlət orqanlarının ibadətxananın tikilməsilə bağlı icazəni verməzkən həmin rədd cavabın sırf şəhərsalma məqsədləri ilə şərtləndiyini heç bir şübhəyə yer vermədən sübuta yetirə bilməlidirlər. O cümlədən məhkəmə qonşuların ibadətxana əleyhinə olmasının keçərli ilkin şərt olmadığına da müəyyənləşdirmişdir.
  • Məhkəmə dini azadlıq hüququnun məhdudlaşdırılmasını şəhərsalma reqlamentlərilə doğrultmağa “çalışdı”. Vergos v. Greece, no 65501/01, 2004 Vergos v. Greece, no 65501/01, 2004 işi ilə bağlı izahatlarla bu işdə Avropa məhkəməsi yerli hakimiyyət tərəfindən dini binanın tikilməsinə rədd cavab verməklə 9-cu maddənin pozulmadığını qeyd etmişdir. Lakin, Ali məhkəmə Avropa məhkəməsinin qərarlarına səbəb olan faktları gizlətdi. Həmin faktlar Ali məhkəmənin qiymətləndirdiyi faktlardan tamamilə fərqlənir. Şikayətçiyə dini binanın tikilməsinə icazə verilməməsinə ona görə bəraət qazandırdı ki, həmin şəhərdə şikayətçidən savayı eyni dindən olan başqa insan yaşamırdı. Tələb edilən ibadətxananın oxşarı isə qonşu şəhərdə artıq vardı. Bundan əlavə, ibadətxana ictimai müəssisə izahına uyğun gəlirdi ki, təklif edilən torpaq sahəsində ictimai müəssisənin tikilməsi isə şəhərsalma planına uyğun gəlmirdi. Qanunvericiliklə şəhərin planını dəyişmək mümkün olsa da, şəhərdə şikayətçidən savayı eyni konfesiyaya mənsub olmadığı üçün buna ehtiyac qalmırdı (§36).

Gürcüstan Ali Məhkəməsi tərəfindən Avropa Məhkəməsinin qərarlarını tamamilə subyektiv və dini azadlıq hüququnun mahiyyətilə uzlaşmaz interpretasiyalarla təqdim etmiş, onun verdiyi şərhlər və istifadə etdiyi işlərin kontekstini dəyişdirmişdir. Bundan əlavə alınan qərar həm əsassızdır, həm də sekulyar və hüquqi dövlətin konstitusiya prinsiplərilə ziddiyət təşkil edir.

Azadlıq cəhətdən müsəlmanların fundamental hüquqlarının kobud şəkildə pozulması davam etməkdədir. İllər ərzində müsəlmanlar hakimiyyət tərəfindən yaradılmış qanunsuz sədlərə görə Batumidə ibadətxana tikə bilmirlər və indiyədək açıq səma altında toplanaraq dua etməli olurlar. Hakimiyyət işin vaxtlı həll edilməməsi üçün əlində olan bütün rıçaqlardan istifadə etmişdir. Məhkəmə instansiyalarında şikayət etməklə işi 7 il ləngitmişdir. Ali məhkəmənin qərarı isə həm prosesin uzadılmasına, habelə müsəlmanların hüquqlarının sistemli şəkildə pozulmasını davam etməyə dəstək verir.

Batumidə Yeni Məscidin Tikilmə Fondu və müsəlman icması öz fundamental hüquqlarının qanuni yollarla müdafiəsinə davam edir və bunun üçün bütün yerli və beynəlxalq məhkəmə mexanizmindən istifadə etməyi planlaşdırır.

Məhkəmədə „Batumidə Yeni Məscidin Tikilmə Fondunun” maraqlarını Tolerantlıq və Müxtəliflik İnstitutu (TDI) ilə Sosial Ədalət Mrəkəzi müdafiə edirlər.

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“